BARAMA Uşaq Bağçası

BARAMA Uşaq Bağçası

Share

�www.baramakids.az
[email protected]

16/01/2026

💌 Bağça uşaqlar üçün sadəcə bir məkan deyil. Burada oyun var, dostluq var, gülüş var!

✔ BARAMA Uşaq Bağçasında balacalar özlərini hər zaman rahat, xoşbəxt və güvənli hiss edirlər.

09/01/2026

🟢 BARAMA Uşaq Bağçasında balacalar rəngli toplarla oynayaraq maraqlı vaxt keçirdilər!

🌀 Onlar komanda şəklində yarışdılar, bir-birinə dəstək oldular və oyundan böyük zövq aldılar. Bu oyun uşaqların diqqətini və çevikliyini inkişaf etdirdi, həmçinin günə xüsusi rəng qatdı.

31/12/2025

🎄 "Şirvan" korpusunda rəngarəng Yeni il bayramı!

30/12/2025

🎅 Şaxta baba gəlsə, ondan nə istərdin?

🎁 BARAMA Uşaq Bağçasının uşaqları öz arzularını səsləndirdilər və hansı hədiyyəni istədiklərini böyük həvəslə söylədilər.

🎄Onlar böyük həyəcanla Yeni ili gözləyirlər!

26/12/2025

🛝 BARAMA Uşaq Bağçasının balacaları açıq havada maraqlı və hərəkətli fəaliyyətlərlə vaxt keçirdilər.

✅ Oyun meydançasında bir araya gələn uşaqlar müxtəlif oyunlar oynadılar, paylaşmağı və birlikdə əylənməyi təcrübədən keçirdilər. Açıq hava fəaliyyəti uşaqların həm fiziki aktivliyini artırır, həm də sosial bacarıqlarının inkişafına dəstək olur.

23/12/2025

✨ Tədrisi bayram əhvalına uyğun şəkildə əyləncəli edək! Uşaqlar həm öyrənəcək, həm də Yeni il ab-havasını hiss edəcəklər.

💡 Necə başlaya bilərsiniz?

1️⃣ Bir neçə yaşıl, qırmızı və qızılı rəngli kağız hazırlayın.
2️⃣ Kağızlardan sadə formalarda fiqurlar kəsin — üçbucaq (şam ağacı), dairə (bəzək), ulduz və s.
3️⃣ Övladınıza bu fiqurları rənginə, ölçüsünə və formasına görə ayırmağı tapşırın.
4️⃣ Daha sonra birlikdə “öz şam ağacı panelinizi” yaradın: fiqurları yapışdırın, ulduz əlavə edin və ad yazın.

🌟 Faydaları:

🎨 Yaradıcılığı inkişaf etdirir;
🧠 Kateqoriyalara ayırma bacarığını gücləndirir (rəng, forma, ölçü);
✂️ Kiçik motorika bacarıqlarını artırır;
💬 Bayramla bağlı söz ehtiyatını genişləndirir (“bəzək”, “ulduz”, “şam ağacı”, “parlaq”).

✨ Uşaqlarla birlikdə Yeni ilin işıqlarını öz əllərinizlə yaradın – həm öyrədici, həm də həzz dolu bir fəaliyyət!

UşaqBağçası

12/12/2025

🌿 Canlı və cansız aləmlə tanışlıq!

📚 BARAMA Uşaq Bağçasında Ətraf aləm məşğələsində balacalar canlı və cansız varlıqlarla tanış oldular. Uşaqlar müxtəlif heyvanlar, bitkilər və ətrafdakı əşyalar barədə məlumat əldə etdilər, fərqləri müşahidə etdilər və maraqlı nümunələrlə mövzunu daha dərindən öyrəndilər.

👀 Hər bir məşğələ uşaqların müşahidə və düşünmə bacarıqlarını inkişaf etdirir, onların ətraf dünyaya marağını artırır.

09/12/2025

🚌 BARAMA Uşaq Bağçasının balacaları təbiətin qoynunda maraqlı bir gəzintiyə çıxdılar.

🍁 Şagirdlər payız yarpaqları və qozalar topladılar, müxtəlif oyunlar oynadılar və təmiz havada gəzərək günü həm öyrədici, həm də əyləncəli şəkildə keçirdilər.

📌 Bu cür fəaliyyətlər uşaqların müşahidə bacarıqlarını, yaradıcılıq düşüncəsini və təbiətə bağlılığını daha da gücləndirir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Baku