05/05/2020
YENİ SÖZLƏRİ QEYD EDİN.
Bu tövsiyyənin klassik olmasının səbəbi həqiqətən işə yararlı olmasıdır! Bəzən bəzi sözlər və ya ifadələr o qədər xoşumuza gəlir ki, əsla unuda bilməyəcəyimizi düşünürük. Amma əmin olun ki, bəzən xatırlamağa ehtiyac duyulur. Yeni sözləri qeyd etməyi bir vərdiş halına gətirmək üçün yanınızda gözəl bir dəftər daşıya və ya mobil telefonunuzda qeyd edə bilərsiniz. Bu gün biz Ingilis dilində olan “Squirrel- Dələ” sözünü öyrənəcəyik.
05/05/2020
Hərkəsin bildiyi kimi dil öyrənən zaman inkişaf etdirməli olduğumuz 4 bacarığın hər biri (listening,reading,speaking,writing) bir-biri ilə sıx bağlıdır.
İnglis dili öyrənən zaman dinləmək danışıq bacarığı başda olmaqla digər bacarıqları da yüksək səviyyədə inkişaf etdirir. Əgər biz mənalı və təbii bir ünsiyyətə başlamaq istəyiriksə ilk öncə müxtəlif İngilis dilində olan materiallara qulaq asmalıyıq. Listening zamanı çoxlu sayda ingilis dilində sözlər,onların işlənmə qaydası, qrammatik strukturlar,intonasiya,vurğunun işlənmə yeri öyrənilir və tərcümə etmək bacarığı inkişaf etdirilir.
05/05/2020
Barbados — Mərkəzi Amerikada Karib hövzəsi və ya Vest-Hinddə yerləşən dövlət. Kiçik antil adaları qurupunda eyni adlı ada da yerləşir. Paytaxtı və mühüm portu Brictaun şəhəridir. Dövlət dili ingilis dilidir, pul vahidi isə Barbados dollarıdır.
Ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos vermişdir. Tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkmiş və o, ağacları formaca “saqqallı adamlar”a bənzətmişdir. Bu torpağı o “los – barbados” adlandırmışdır, bu da ispan dilindən tərcümədə “saqqallılar” deməkdir.
04/05/2020
Hello! Şəkillərsiz dil öyrənmək mümkün deyil. Əgər siz dil öyrənirsizsə, bu o deməkdir ki, söhbət şəkillərdən gedir. Müntəzəm olaraq yeni sözlər ifadələr öyrənmək çox vacibdir. Bu gün biz Ingilis dilində olan “Teapot - Çaydan” sözünü öyrənəcəyik.
04/05/2020
Advanced Education – seçdiyiniz yolda sizin yardımçınız və dostunuzdur.
Biz sizə əzbərçilik deyil bilik öyrədirik!
Təhsil mərkəzimizdə IELTS, General English dərsləri keçirilir.
Daha ətraflı məlumat üçün:
📱: +994 709991888
📍: Rəşid Behbudov küç. 55, Af Biznes Mərkəzi
04/05/2020
Baham Adaları Birliyi - eyni adlı adalarda yerləşən dövlət. Paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir.
Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur.
01/05/2020
Xarici dil öyrənmək üçün vasitələrdən birincisi hər gün öyrəndiyiniz sözləri qeyd etməkdir. Çünki, insan beyni yazaraq daha yaxşı yadda saxlayır. Bir sözü yaxşı öyrənmək istəyirsinizsə, əvvəlcə sözün mənasını öyrənin, sonra həmin sözü ingilis dilində ifadə edin, bundan sonra, o sözlə eyni kökdə olan digər sözləri araşdırın, ən sonda isə öyrəndiyiniz sözü cümlə içərisində işlədin. Bu gün biz Ingilis dilində olan “Recuperate - Gücünü yığmaq” sözünü öyrənəcəyik.
01/05/2020
İngilis dilində heç nə bilmirsiz və ingilis dili öyrənmək istəyirsiniz? İngilis dilində heç bir biliyiniz yoxdur deyə narahat olmayın. Hər şeyin bir başlanğıcı var. Başdan ingilis dili öyrənmək sizin düşündüyünüz qədər çətin deyil. Hətta çox asandır. Advanced Education sizə İngilis dilini öyrənməkdə kömək olacaq.
Daha ətraflı məlumat üçün:
📱: +994 709991888
📍: Rəşid Behbudov küç. 55, Af Biznes Mərkəzi
01/05/2020
Honolulu — ABŞ-ın Havay ştatında şəhər. Honolulu dünyanın ən böyük şəhəridir. Honolulu Havay əyalətinin paytaxtıdır, amma Havay adasında deyil. Çox daha kiçik, amma əhali sıxlığı daha çox olan Oahu adasında yerləşir.
Kapitan Cook, Havay adalarını 1778-ci ildə kəşf etdi və sponsoru Qraf Sandwich xatirəsinə buranın adını Sandwich adaları olaraq dəyişdirdi. Cook 1779-cu ildə Havayda öldürüldü.
XIX əsrin başlanğıcında bu adalar Havay Krallığı deyə bilinirdi. Havay 1900-cı ildə də ABŞ torpaqlarına daxil edilməsinə və 1959-cu ildə ABŞ-ın 50 əyaləti olmasına baxmayaraq, bayrağında Birləşmiş Krallığın bayrağını daşıyan tək ABŞ əyalətidir.
30/04/2020
YENİ SÖZLƏRİ QEYD EDİN.
Bu tövsiyyənin klassik olmasının səbəbi həqiqətən işə yararlı olmasıdır! Bəzən bəzi sözlər və ya ifadələr o qədər xoşumuza gəlir ki, əsla unuda bilməyəcəyimizi düşünürük. Amma əmin olun ki, bəzən xatırlamağa ehtiyac duyulur. Yeni sözləri qeyd etməyi bir vərdiş halına gətirmək üçün yanınızda gözəl bir dəftər daşıya və ya mobil telefonunuzda qeyd edə bilərsiniz. Bu gün biz Ingilis dilində olan “Tent - Çadır” sözünü öyrənəcəyik.
30/04/2020
Dil öyrənmək hər zaman davam edən bir prosesdir. Öyrənməyinizə kömək edəcək yararlı vərdişləri yaratmaq və ən uyğun sözləri danışıq prosesində istifadə etmək komunikasiya yaratmağınızı, fikirlərinizi aydın şəkildə çatdırmağınızı və yazmağınızı daha da yüngülləştirəcək. Əgər siz ingilis dilində gözəl söz bazası yaratmaq istəyirsinizsə davamlı olaraq oxuma rejimi yaratmalısınız.
Həftədə 1 yeni kitab oxumağa başlaya bilərsiniz. Söz bazanızı inkişaf etdirməklə bərabər eyni zamanda öz dünya görüşünüzü artırmış olarsınız.
30/04/2020
De-Moyn - ABŞ-ın Ayova ştatının inzibati mərkəzi və ən iri şəhəridir.Şəhər De-Moyn çayı sahilində, Rakkun çayının ona töküldüyü yerdədir.
1843-cü ildə hərbi post kimi əsası qoyulmuşdur. Adı çayın adından götürülmüşdür. 1851-ci ildən şəhərdir. 1857-ci ildən Ayova ştatının inzibati mərkəzidir.