Elinin Zulfuqari "

Elinin Zulfuqari "

Share

BU SAYFA DİNİ SAYFADİR İNSALLAH BİZİM UCUN UGURLU OLAR

23/12/2014

DINI HEKAYELER

Hüsеyn ibn Әli (әlеyhissәlаm) uşаqlıq dövrünün аltı ilini bаbаsı Pеyğәmbәrin (sәllәllаhu әlеyhi vә аlih) yаnındа kеçirmişdir. Pеyğәmbәrin vәfаtındаn sоnrа оtuz il аtаsı Әli әlеyhissәlаmlа birgә yаşаmış vә Әli әlеyhissәlаmın hаkimiyyәti dövründә irәli çıхаn çәtinliklәrdә fәаl iştirаk еtmişdir. Әli әlеyhissәlаmın şәhаdәtindәn sоnrа (hicrәtin qırхıncı ilindәn) siyаsi vә ictimаi sәhnәlәrdә qаrdаşı Hәsәn ibn Әli әlеyhissәlаmlа çiyin-çiyinә çаlışmışdır. İmаm Hәsәn әlеyhissәlаmın şәhаdәtindәn sоnrа (hicrәtin әllinci ilindәn) оn il müddәtinә qәdәr Müаviyә ibn Әbu Süfyаnın hаkimiyyәti dövründәki İslаmi vәzifәlәr İmаm Hüsеyn әlеyhissәlаmın bоynunа düşmüşdür. Müаviyәnin ölümündәn sоnrа hаkimiyyәt bаşınа gәlәn Yеzidin dövründә inqilаb еtmiş vә nәhаyәt, hicrәtin аltımış birinci ili mәhәrrәm аyının оnundа Kәrbәlа çölündә şәhid оlmuşdur. İmаm Hüsеyn әlеyhissәlаmın hәyаt mәrhәlәlәrinin sоnuncusu, yә’ni, о Hәzrәtin İmаmәt dövrü оnun hәyаtının әn әsаs hissәsi hеsаb оlunur. Еlә bu kitаbdа dа, әsаsәn, bu hissәdәn söhbәt еdәcәyik



Sizə çox ciddi bir həqiqəti bildirim: Uca kitabımız Quranda adı çəkilən bütün peyğəmbərlər Haqq peyğəmbərlərdir. Hamısı İslam peyğəmbəridir hamısı bizim peyğəmbərizimdir.Hz.Adəm də bizimdir Hz. Nuh da Hz. İbrahim də Hz. Musa da Hz. İsa da Hz Məhəmməd də. Ona görə də peyğəmbərlərimizi doöma-ögey bizim-sizin deyə bölməyə çalışmayın. Onların hamısı insanı yaradan Uca Allahın elçiləri insanları haqq yoluna dəvət edən müəllimlərdir. Ola bilsin ki kimlərsə peyğəmbərlər arasında ayrı seşkilik salır “onu qəbul etmirəm bunu qəbul etmirəm” deyir. Siz əmin olun ki peyğəmbərlərdən birini inkar edən bir başqasını da sevməz. Bu cür inkarçı adamlar heç cur səmimi ola bilməzlər və həmişədə nəticədə zərərə uğrayarlar. Siz belələrindən olmayın və peyğəmbərlərimizin hamısını sevgi ilə anın. Onların adı çəkiləndə “əleyhissəlam” yəni “onasalam olsun” deyin çünki bunun sizlər üçün böyük faydası var.
Qurani-Kərimdə haqqında bıhs edilən peyğəmbərlərdən biridə Hz. İsadır (ə.s.). Məryəm oğlu İsa və ya İsa Məsih adlanan bu böyük peyğəmbər hər kəsdən daha çox biz müsəlmanlara yaxındır. Allah-Təalanın Hz. İsa ilə göndərdiyi təlimi qəbul edib onun yolu ilə gedən insanlara bəzi mənbələrdə apostollar bəzi mənbələrdə isə həvarilər deyilir. Amma onlar o dövrün müsəlmanları doğru yolun yolçularıdır. Onu da ağlınızdan çıxarmayın ki İsa peyğəmbər nə bəzilərinin söylədiyi kimi Allahdır nə də Allahın oğludur. Bu cür düşünənlər haqq yolundan azanlardır.Hz. İsa Allah-Təalanın göndərdiyi peyğəmbərlərdən biridir.Biz də bu yazımızda İsa peyğəmbərlə (ə.s.)bağlı bir söhbəti sizlərə danışmaq istəyirik:
Ardıcılları açarkən:
- Ya İsa acmışıq deyərdilər. Hz. İsa da əlini yerə vurar,oradan çıxan çörəkləri götürüb ardıcıllarına verərdi. Ardıcıllar susadıqlarını bildirəndə də bu Uca peyğəmbər əlini yerə vurar, bu dəfə yerdən su çıxar, ardıcılları doyunca içərdilər.Bir gün ardıcıllarından biri soruşur:
- Görəsən bizdən daha üstün insnalar varmı ki,acanda yerdən çörək susuyanda su çıxsın?
Hz.İsa ona belə cavab verir:
-Əlinin zəhməti ilə halal çörəyini qazanan sizdən daha üstündürlər.
Peyğəmbərin bu sözündn sonra onun ardıcılları başqalarının paltarlarırını yuyaraq əldə etdikləri qazancla dolanmağa başladılar

Əcəm hökümdarlarlardan biri Məhəmməd peyğəmbərin yanına bilikli bir həkim göndərdi.Həkim bir neçə il Ərəbistan ölkələrində qaldı, lakin bu müddət ərzində heç kim ona müalicə üçün müraciət etmədi.nəhayət, o, Məhəmməd peyğəmbərin yanına gəlib şikayətləndi:
- Məni sizin adamlarınızı müalicə etmək üçün buraya göndəriblər.Ancaq bu müddət ərzində heç kəs yanıma gəlməyibdir ki, öhdəmə düşən vəzifəni yerinə yetirəm.Peyğəmbər dedi:
- Bu camaatın bir adəti var:acmamış yeməzlər doymamış yeməkdın əl çəkərlər.
- Həkimn dedi:
- Demək onların sağlamlığının səbəbi bu imiş.
Sonra təzim edib geri döndü və getdi

23/12/2014

Ey Hüseynsiz dünya nəyə gərəksən?

Ey Hüseynsiz dünya nəyə gərəksən?
Çəkil get bir daha çıxma qarşıma!
Dedim insaf elə tərk etmə onu,
Sənsə rəhm etmədin bu göz yaşıma.
Niyə bəs bu qədər vəfasız oldun?
Sandın ki, gizlərsən bəlkə bilinməz?!
Bu Hüseyn qanıdır sən bulaşmısan
Hər qan silinsə də bu qan silinməz.
Susuz biyabanda onu tək qoydun
Heçdə həya edib utanmadınmı?
Bu qədər qan sənin nəyinə lazım?
Bir ömür qan içdin usanmadınmı?
Gərək sən bu qana bulaşmayaydın,
O əsil üzünü nədən görmədim?!
Onacan mən sənin aşiqin idim,
O gündən bir daha könül vermədim.
O gündən səni də gülən görmürəm
De görüm dərdini, nəyin var, danış!
Yoxsa qoca vaxtı, peşman olmusan?
Aç boşalt qəlbini sən aşkar danış!
De ki, onu məndən zorla aldılar
Yoxsa mən heç zaman bunu etməzdim.
Mən də o Hüseynə vurğun idim, de!
Yoxsa bunca zaman yasın tutmazdım.
Ey Hüseynsiz dünya nəyə gərəksən?
Haqqın carçısına yiyə durmadın.
Minlərlə əyrinin nökəri oldun,
Bircə doğrusuna yiyə durmadın.
Gün gələr Kamil də tərk edər səni,
Onun da dalınca baxıb gülərsən.
Biz getdik sənin də sonun yetişər,
Bizim qədrimizi onda bilərsən.

23/12/2014

Yа Әli mәn ölürәm, qоymа Hüsеyn qаn аğlаsın!
Zеynәbi bаğrınа bаs, qоymаgınаn cаn аğlаsın!

Yа Əli mәn ölürәm Vаrdı sәnә bircә sözüm
Hәsәn ilә Hüsеynimdir кi, mәnim iкicә gözüm
Bаlаlаrım nә cәFа Çәкәcәy, bilmirәm özüm
Zеynәbi bаğrınа bаs qоymаgınаn qаn аğlаsın.

Qоrхurаm yа Әli bаğlа gözümü mәn ölürәm
Bir кәsim yохdur, аnаm yохdur, bаcım yох görürәm
Nәyşimi sәn yuyаrsаn, dәFn еdәrsәn, bilirәm
Еy әmi оğlu ölürәm, qоymа Һәsәn qаn аğlаsın.

Әzәli öldü аnаm, аldı mәnim tаqәtimi
Аtаmın ölmәyi dә әydi mәnim qаmәtimi
Bilirәm sахlıyаn оlmаz, mәnim һörmәtimi
Tut әzа аğlа mәnә, qоymа Һüsеyn qаn аğlаsın.

Pаdşаһ tәк аtаmı qоymаdılаr аğlаmаğа
Öz еVimdә mәni dә qоymаdılаr аğlаmаğа
Gәldilәr bir nеÇә mә`lun qаpımı bаğlаmаğа
Dеdilәr Fаtimәyә, yа Әli dе аğlаmаsın.

Yа Әli еylә nәzәr, һәşri günü bu Кәnizә
Nöһәlәr izаһ еdәr, Fаtimәyә, yа кi sizә
Göz diкib һüzzаrilәn mәһşәrdә ümüdinizә
Һәr iкi dünyаdә sәn, qоymа оnu qаn аğlаsın.

23/12/2014

Ya Hüseyn (ə.)

Səndədir ən yüksək aşiqlik, sədaqət, ya Hüseyn,
Həq vücudundan olubsan sən bir ayət, ya Hüseyn.

Əkrəmin Rəbbin verib həm elmdə irfan sənə,
Verdi xaliq hər nə ki, var eylədi ehsan sənə,
Ol səbəbdəndir doğuşdan yad olub nöqsan sənə,
Olmusan zərr aləmindən çün hidayət, ya Hüseyn.

Müstəqimsən getdiyin hər rahdə, ey sərvərim,
Möcüzün göstərdi Allah şahdə, ey sərvərim,
Əmr Allahındır icra etməsi peyğəmbərin,
Kim,demiş Quran ilə oldun əmanət,ya Hüseyn.

Gün gəlib yetdi, Rəsul getdi bu dünyadən fəqət,
Heç rəvadırmı ki, minbərdə otursun nabələd
Söylədin, qəsb eylədi haqqın sənin əmalı bəd,
Həm əmanət çıxdı yaddan, həm xəyanət, ya Hüseyn.

Yetmədi qəsbi - xilafət sonra üsyan eylədi,
Getdi Əkbər, həm Əbəlfəz bağrını qan eylədi,
Kəsdi başın ki, sənin ol qana qəltan eylədi,
Görmədi dünya bu cür zülmü cinayət, ya Hüseyn.

Etmədi rəhm ol Yəzid bir dəm qohum qardaşına,
Salmadı bir an nəzər çüşmindən axmış yaşına,
Söylədin: ”Dünya, bu gündən bil, kül olsun başına”
Gər ki, almişsa fidan Əsğər xəsarət, ya Hüseyn.

Bir səda yüksəlmədə titrər bu halətdən fələk,
Yoxmudur imdad edən etsin o dildarə kömək,
Göylər ağlar söyləyir Cəbrail adlı bir mələk
Halinə, avaz ilən eylər tilavət, ya Hüseyn.

Çəkmişəm ismin sənin hər dəm yetibsən dadimə,
Salmaq üçün hər gecə, gündüz, səhərlər yadimə,
İsmini mən eşq ilən verdim oğul övladimə,
Çün həya etdim çəkib səndən xəcalət, ya Hüseyn.

Rahiyəm, eşqim tükənməz heç zaman bitməz sənə,
Hər nə qədri şer yazsam bil, hədər getməz sənə,
Hər iki aləmdə vəsf etsəm yenə yetməz sənə,
Hər nə ki, yazsam sənə etməz kifayət, ya Hüseyn

23/12/2014

Ya Əli

10/02/2013

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
****ALlaHu EkBeR***
'''''''''''''''''''''''''''''''''''''''''''''''
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

09/02/2013

Hara qaçacaqsan göz qabağindan,
Bu zalim dûnyaya neyleyeceksen?
Yûz yol çixacaqsan öz qabiğindan,
Özûnden ayrila bilmeyeceksen. Öýren,
yavash-yavash özûne öýren,
Dûnyanin her cûre ûzûne öyren...

09/02/2013

öylər səninçün ağlayır

Nuru itibdi gözlərin,
Gözlər səninçün ağlayır.
Təsiri yoxdu sözlərin,
Sözlər səninçün ağlayır.

Kimlər kəsibdir başını?
Qolsuz qoyub qardaşını?
Şair tökür göz yaşını
Gözlər, səninçün ağlayır.

Həsrət qalıb izlərinə,
Məs o yer ki, gəldi bəla,
Qan ağlayır Kərbübəla,
İzlər səninçün ağlayır.

O kəslər ki, İlahidən
Ürək vurur, sağam deyir,
Şəhid olan ağam deyir
Dillər, səninçün ağlayır.

Qalmayıbdı bu dünyanın
Ləzzəti bilməm bu nə sirr.
Sənsiz keçən on dörd əsr,
İllər səninçün ağlayır.

Gözlər hər an gəzir səni,
Dillər adinla dolaşır,
Çaylar, sular, sellər daşır,
Yerlər səninçün ağlayır.

Qələm yazır tükənmədən,
Dilim mənə danış deyir.
Göydən yağan yağış deyir,
Göylər səninçün ağlayır.

09/02/2013

ALLAHIM MENIM SENDEN ISTEDIKLERIMI YOX SENIN MENDEN ISDEDIKLERINI MENE NESIB EYLE YAREBBIM AMIM....

07/02/2013

♥ Hezret Muhemmed (s.e.a.s) buyurub.Qiyamet gününde ALLAH'in nezerinde en p*s adam ikiüzlü adamdir...!

22/01/2013

Herşeyin ilacı 'ZAMAN' derler. Birde tersten okumayı deneseler...

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

CENNET CEHENNEM
Baku
PAPANIN173