AI Academy

AI Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AI Academy, Educational Research Center, Üzeyir Hacıbəyli 57, Baku.

Azərbaycan Süni İntellekt Akademiyası süni intellekt sahəsində qabaqcıl dərs proqramları ilə ödənişsiz təhsil imkanları yaradan və peşəkar mühəndislər yetişdirməyi hədəfləyən tədris mərkəzidir.

21/04/2026

AI Academy-də süni intellekt sahəsində tələb olunan bacarıqların formalaşdırılması real tətbiq yönümlü tədris yanaşması əsasında qurulur.

İctimai TV tərəfindən hazırlanan reportajda tədris prosesi və tələbələrin öyrənmə təcrübəsi təqdim olunur.

Bu yanaşma süni intellektin real mühitdə tətbiqinə hazırlıq mərhələsini əks etdirir.

17/04/2026

Tələbədən - Tələbəyə 🎓

“Math for AI”dan keçənlər, keçəcəklərə danışır.
Aktiv öyrən. Vizuallardan istifadə et. Proqramlaşdırmaya başla.

Bu üç tövsiyə - mərhələni tamamlayan tələbələrimizin real təcrübəsindən gəlir.

“Math for AI” yolçuluğuna başlayırsansa, bu sözlər ən yaxşı bələdçin ola bilər. 🚀

13/04/2026

Süni intellekt mühəndisliyi məlumat toplamaqla bitmir - əsl iş məhz buradan başlayır.

Toplanan məlumatı anlamaq, analiz etmək və onu riyazi modellər vasitəsilə işlək həllərə çevirmək bu sahənin əsasını təşkil edir.

Data bizə ümumi mənzərəni göstərir, riyaziyyat isə bu mənzərənin arxasındakı əlaqələri və qanunauyğunluqları üzə çıxarır.

Bu iki istiqamət birləşdikdə isə məlumat sadəcə informasiya olaraq qalmır - real problemləri həll edən modellərə çevrilir.

AI Academy məhz bu yanaşmanı əsas götürərək gələcəyin süni intellekt mühəndisləri üçün həm güclü akademik baza, həm də praktik biliklər formalaşdırır. 🚀

Photos from AI Academy's post 09/04/2026

Gürcüstan İnnovasiya və Texnologiya Agentliyinin İdarə Heyətinin sədr müavini Tornike Jobava və Beynəlxalq Əlaqələr və Strateji Planlama Departamentinin rəhbəri Nino Taganashvili AI Academy-ni ziyarət ediblər.

Görüş zamanı qonaqlara Milli Süni İntellekt Mərkəzinin fəaliyyəti və mütəxəssislərimiz tərəfindən hazırlanan süni intellekt məhsulları təqdim edilib.

Nümayəndə heyəti AI Academy layihəsi, tədris mühiti və proqramları, menecerlər üçün nəzərdə tutulmuş süni intellekt kursları, həmçinin Stanford University ilə əməkdaşlıq imkanları ilə tanış olub.

Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.

07/04/2026

AI Academy tələbələri "Math for AI" mərhələsini layihə təqdimatları ilə uğurla tamamladılar.🎓

Bu mərhələ tələbələrə fundamental riyazi biliklərini və analitik düşünmə bacarıqlarını real tətbiq üzərindən nümayiş etdirmək imkanı verdi.

Müəllim və süni intellekt mütəxəssisləri tərəfindən aparılan qiymətləndirmə hər bir tələbənin güclü tərəflərini və inkişaf istiqamətlərini ortaya qoydu.

Növbəti mərhələ - "AI Engineering". 🚀

06/04/2026

Hər böyük uğurun bir ilk addımı var. ✨

Tələbələrimiz öz hekayələrini LinkedIn-də paylaşaraq həm bu nailiyyəti qeyd edir, həm də gələcək akademiya yoldaşları üçün ilham mənbəyinə çevrilirlər.

Sənin hekayən də başqasının başlanğıcı ola bilər. 🚀

03/04/2026

AI Academy-də “Orientation Day” tədbiri uğurla həyata keçirildi.

Tədbir çərçivəsində tələbələr proqramın strukturu, tədris yanaşması və qarşıdakı mərhələlər üzrə gözləntilərlə yaxından tanış oldular.

Bu mərhələ onların tədris prosesinə aydın baxış, düzgün istiqamət və inamlı başlanğıcla addım atmalarını təmin etmək məqsədi daşıyır.

Photos from AI Academy's post 02/04/2026

AI Academy-də növbəti maarifləndirici görüş “Uniq” Uşaq İnkişaf Mərkəzinin üzvlərinin iştirakı ilə baş tutdu.

Görüş zamanı iştirakçılar akademiyanın tədris mühiti, proqram yanaşması və süni intellektin real tətbiq sahələri ilə yaxından tanış oldular. Eyni zamanda, fərdi Sİ modelləri üzərində praktik biliklər əldə edərək bu sahədə ilkin təcrübə qazandılar.

AI Acdemy olaraq, gənc nəslin süni intellekt sahəsinə olan marağını dəstəkləməkdən məmnunluq duyuruq!

Photos from AI Academy's post 01/04/2026

AI Academy tərəfindən tələbələrlə sənaye nümayəndələri arasında əlaqə yaratmaq, onları süni intellekt sahəsində real təcrübə və karyera perspektivləri ilə tanış etmək məqsədilə “AI Coffee Talks” sessiyaları təşkil olunur.

Bu təşəbbüsün ilk sessiyasının qonağı AZCON Holding-in Baş texnologiya və rəqəmsallaşma inzibatçısı Orxan Quliyev olub. Sessiya zamanı süni intellektin real biznes mühitində tətbiqi, qərarvermə proseslərinə təsiri və şirkətlərin Sİ sahəsində mütəxəssislərdən gözləntiləri müzakirə edilib.

Görüş interaktiv müzakirələr şəraitində keçib və tələbələr öz suallarını birbaşa mütəxəssisə ünvanlandırmaq imkanı əldə ediblər.

20/03/2026

Novruz ruhu bu dəfə süni intellekt ilə canlanır,
keçmişdən gələn ənənələr və gələcəyin texnologiyası bir araya gəlir.

Bayramınız mübarək! 🌱

17/03/2026

15 Mart tarixində keçirilən əyani imtahanın nəticələri artıq açıqlanıb.

İmtahan nəticələri namizədlərin qeydiyyat zamanı təqdim etdikləri e-mail ünvanlarına göndərilib.

Zəhmət olmasa e-mail qutunuzu yoxlayın.

16/03/2026

AI Academy seçim prosesinin bir mərhələsi olaraq 15 mart tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani imtahan keçirildi.

Bu imtahanın məqsədi namizədlərin riyazi düşünmə və analitik yanaşma bacarıqlarını real imtahan mühitində qiymətləndirmək idi.

İştirakçılar müxtəlif çətinlik səviyyəli riyazi məsələlər üzərində işləyərək öz biliklərini nümayiş etdirdilər.

İmtahan nəticələri qısa zamanda açıqlanacaq.

İmtahanda iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Üzeyir Hacıbəyli 57
Baku