03/02/2026
Improve Your Academic Search Using EBSCO AI Tools
What you will learn:
- How to access full-text journals, books, and dissertations
- How to create effective search queries
- How to use AI-powered tools such as Natural Language Search, Generate AI Insights, and More Like This
- How to apply limiters and expanders
- How to download, cite, and export publications
- How to use subject headings
- How to set up alerts and notifications for new content
- And much more!
🔗 Register via the link
https://ebsco-russian.zoom.us/webinar/register/WN_HKKSo4FrSmK0cQhXk4gMXg
or scan the QR code on the poster!
27/01/2026
Tədqiqatçılar üçün Scopus platforması üzrə onlayn təlim keçiriləcək
Elmi nəşrlər üçün dünyanın ən böyük xülasə və istinad bazalarından biri olan Scopus platforması üzrə tədqiqatçılar üçün onlayn təlim təşkil olunacaq. Təlim çərçivəsində Scopus platformasının elmi tədqiqatların axtarışı və təhlilini təkmilləşdirən funksional imkanları təqdim ediləcək, eyni zamanda süni intellekt texnologiyalarına əsaslanan innovativ Scopus AI aləti ilə bağlı ətraflı məlumat veriləcək.
Təlim zamanı aşağıdakı mövzular əhatə olunacaq:
• Scopus platformasının interfeysi ilə tanışlıq: əsas səhifə, axtarış paneli və menyular;
• əsas axtarış üsulları;
• axtarış nəticələrinin təhlili: məqalə metadataları və xülasələr;
• elmi tədqiqat prosesinin sürətləndirilməsi məqsədilə Scopus-un etibarlı məzmunu və məlumatları ilə generativ süni intellektin inteqrasiyasına əsaslanan Scopus AI alətinin imkanları.
Təlimçi: Saide Sak – müştəri uğuru üzrə menecer, Elsevier
Tarix: 28 yanvar 2026-cı il, saat 15:00
Dil: türk dili
Qeydiyyat linki: https://elsevier.zoom.us/webinar/register/WN_cHCH-OyxS8eK7N3rhHw29w
19/01/2026
2026-cı ilin final imtahanları davam edir ✨
Uğura gedən yol buradan başlayır — Xəzər Universitetinin Kitabxana və İnformasiya Mərkəzi 📚
17/12/2025
18 Dekabr 2025-ci ildə Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə "Uzaq Şərqin səsləri: Kitablar və Mədəniyyət" adlı tədbir keçiriləcək.
Tədbir Nippon Fondunun maliyyə dəstəyi ilə Tokio Siyasət Araşdırmaları Fondu tərəfindən idarə olunan Read Japan layihəsinin Xəzər Universitetinə hədiyyə etdiyi müxtəlif sahələr üzrə kitabların təqdimatına və Yapon mədəniyyətinə həsr olunacaq.
09/12/2025
17 Dekabr saat 11:00-da Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin müəllifi olduğu Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər adlı kitabın təqdimatı keçiriləcək.
08/12/2025
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində böyük Azərbaycan şairi və ictimai xadimi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə xüsusi kitab sərgisi təşkil olunmuşdur. Sərgidə şairin müxtəlif illərdə nəşr edilmiş poeziya kitabları, dram əsərləri, publisist yazıları, eləcə də onun yaradıcılığını araşdıran tədqiqat işləri nümayiş etdirilmişdir.
Bu sərgi ziyarətçilərə Bəxtiyar Vahabzadənin ədəbi irsinin zənginliyini daha yaxından tanımaq imkanı yaratmış, onun xalqımızın milli-mədəni kimliyinin formalaşmasında oynadığı rolu bir daha vurğulamışdır. Ekspozisiyada şairin klassik mövzularla yanaşı, vətən, dil, milli dəyərlər və insanlıq kimi ali məfhumlara həsr etdiyi nümunələr də xüsusi yer almışdır.
Təşkil edilən sərgi həm tələbələr, həm də müəllimlər üçün yaradıcılıq axtarışlarına ilham verən dəyərli bir mədəni hadisə olmuş, görkəmli söz ustadının 100 illik yubileyinin layiqincə qeyd olunmasına töhfə vermişdir.
08/12/2025
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə BP-nin təşəbbüsü və maliyyə dəstəyi ilə TEAS Press Nəşriyyat Evində hazırlanaraq nəşr edilmiş 250 nüsxədən ibarət yüksək elmi və metodoloji əhəmiyyətə malik dərslik və tədris vəsaitləri hədiyyə olunmuşdur.
Bu təşəbbüs universitetdə biznes və iqtisadiyyat elmləri üzrə tədrisin elmi bazasının gücləndirilməsi və tələbələrin müasir akademik ədəbiyyata çıxış imkanlarının artırılması baxımından mühüm dəyər kəsb edir.
Ümumilikdə bu nəşrlər universitetdə iqtisadiyyat, biznes, maliyyə, menecment və tətbiqi statistika sahələrində təhsil alan tələbələrin, həmçinin bu istiqamətlərdə fəaliyyət göstərən tədqiqatçı və müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin daha effektiv təşkilinə xidmət edəcəkdir.
Sözügedən kitablar müasir iqtisadi nəzəriyyələrə, statistik metodologiyalara və idarəetmə strategiyalarına dair aktual bilikləri özündə cəmləyən, beynəlxalq standartlara uyğun hazırlanmış mənbələrdir. Onların kitabxana fonduna daxil edilməsi tədris prosesinin keyfiyyətinə, tədqiqat fəaliyyətinin genişlənməsinə və tələbələrin daha müasir elmi resurslara çıxış imkanlarının artırılmasına əhəmiyyətli töhfə verir.
Xəzər Universiteti adından BP şirkətinə göstərilən dəstəyə görə təşəkkür edir, elm və təhsilin inkişafına yönəlmiş bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanırıq.
08/12/2025
Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzində Ukrayna güşəsi açıldı.
2025-ci il dekabrın 1-də Xəzər Universitetində Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Ukrayna güşəsinin açılışı olmuşdur. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, Ukraynanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev və səfirliyin işçiləri iştirak etmişlər.
05/12/2025
Professor Hamlet İsaxanlının Kitablarına Həsr Olunmuş İmza Günü Keçiriləcək
11 dekabr 2025-ci ildə Crescent Mall-da yerləşən Əli və Nino kitab mağazasında tanınmış alim, yazıçı və ictimai xadim Professor Hamlet İsaxanlının kitablarının təqdimatına həsr olunmuş imza günü keçiriləcək.
İmza günü çərçivəsində müəllifin müxtəlif mövzularda qələmə aldığı kitablar təqdim olunacaq, oxucular isə Professor Hamlet İsaxanlı ilə birbaşa görüşmək, fikir mübadiləsi aparmaq və kitablarını imzalatmaq imkanı əldə edəcəklər.
Tədbir bütün kitabsevərlər, elm və ədəbiyyat maraqlıları üçün açıqdır.