19/06/2026
🎓15 iyun 2026-cı il tarixində təşkil olunan “Milli Qurtuluş Günü və Məzun Günü” tədbiri məktəb həyatının ən yaddaqalan səhifələrindən birinə çevrildi.
🎓Bu xüsusi gündə məzunlarımızı həm qürur, həm də xoş arzularla gələcək həyatlarına yola saldıq.
Şagirdlərimizin bu günə gəlib çatmasında böyük əməyi olan müəllimlərimizə, hər zaman onların yanında olan valideynlərimizə və tədbirimizin sevincini paylaşan bütün qonaqlarımıza dərin minnətdarlığımızı bildiririk.✨
🎓Əziz məzunlar, qarşıdakı yolda inamla irəliləyin, hədəflərinizə doğru əzmlə addımlayın və hər zaman uğurlarınızla qürur duyun!
📸 “Son Zəng 2026” tədbirindən yadda qalan ən gözəl anlar...