Günel Əliyeva

Günel Əliyeva

Share

Evli

Kurikulum üzrə təlimçi, Filoloq,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

1.12.1991-ci ildə Şuşa şəhərində anadan olub. Kurikulum üzrə təlimçi
Filoloq

Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur.

27/01/2026

🇦🇿 Sabah Xankəndiyə ilk köç olacaq

Müxtəlif yerlərdə məskunlaşan, çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi Xankəndiyə köçürüləcək.

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub.

20/01/2026
18/01/2026

Günel Əliyeva deyir ki,

Mən yalan olsaydım, sevərdin məni,
Doğruyam, düzgünəm, məni bağışla!
Mən haqsız olsaydım haqlı bilərdin,
Haqlıyam, haqlıyam, bacar alqışla!

14/01/2026

Adam var

Adam var, yalanı sevir, düz bilir,
O adam doğrunu görmür, eşitmir.
Adam var, sağ ikən qədri bilinmir,
Öləndə "əvəzsiz" insan deyilmir?

Adam var, dünyanın dərdini çəkir,
Adam var, dəli olur, dərdi çəkilir.
Adam var, onunçun candan keçilir,
Adam var, gözündə hərgün kiçilir.

Günel Əliyeva

14/01/2026

Sevir yer göyünü, göy de yerini,
Ay günəşi sevir, günəş ayını,
Sevən unutdurur dərdin sayını,
Götür bu sevgidən sən də payını.

Sevir dağ çəməni, çəmən dağını,
Ağaclar bağını, bağ ağacını,
Sevən unutdurur ağrı-acını,
Götür qoy başına eşqin tacını.

Günel Əliyeva

12/01/2026

Yazmaq qəlbin peşəsidir. Yenə yazdırdı qəlbim.
Günel Əliyeva

11/01/2026

ÖYRƏT MƏNƏ, MÜƏLLİM!

Həyatın hər üzünü,
Əyrisini, düzünü,
Insanlığın özünü
Öyrət mənə, müəllim!
Öyrət xoşbəxt olmağı,
Kədərə dayanmağı.
Əzabların ardından
Həyata tutunmağı.
Həqiqəti, gerçəyi,
" Heç nə" adlı hər şeyi,
"Hər şey" adlı heç nəyi.
Sevməyi, sevilməyi.
Öyrət mənə, müəllim!
Göz yaşımı silməyi.
Bəyaz rəngi sevməyi.
Bəzən səssiz getməyi,
Bəzən səssiz gəlməyi.
Sevinməyi, gülməyi,
Öyrət mənə, müəllim!
Böyüklərə hörməti,
Sevgidə sədaqəti,
Həm qayğını, diqqəti,
Həyatı öyrət mənə,
Öyrət mənə, müəllim!
Həm xeyiri, həm şəri,
Yol gözləyən gözləri
Atılmış körpələri
Sevgiyə öyrətməyi
Öyrət mənə, müəllim!
Günahın çəkisini,
Ürəyin naləsini.
Ağlımızın səsini
Həmişə dinləməyi
Öyrət bizə, müəllim!
Ən çətin anımızda,
Sözlərin yadımızda.
Bizim öz dünyamızda
Bir müəllim olmağı
Öyrət bizə, müəllim!

GÜNEL ƏLİYEVA

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

menbirmuellimem.info innovativtelim.com

İnnovativ Təlim Akademiyası Əliyeva Günel Qəzənfər qızı 01. 12. 1991- ci ildə Şuşa şəhərində anadan olub. 2009 cu ildə Şuşa şəhəri 6№-li tam orta məktəbi bitirib, 2009- 2013 cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu olmuşdur. Hal- hazırda Laçın rayonu 13№ li tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsində çalışır, eyni zamanda Bakı Peşəkarlar Akademiyasında Pedaqogika, Kurikulum təlimçisi kimi fəaliyyət göstərir. Bədii yaradıcılıqla da məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıları dövri mətbuatda müntəzəm olaraq dərd edilir. Şeirlərindən ibarət'' Gecikmisən qəlbimə'' adlı, Pedaqogika və kurikulum mövzularından ibarət ''Mən bir müəlliməm'' adlı elmi və bədii üslubları birləşdirən kitabların müəllifidir. ''Nəzəriyyə və praktika'' adlı kitabı isə müəllifin oxucularla 3- cü görüşüdür.

Location

Category

Telephone

Website

Address


Azerbaycan
Baku
AZ1009