26/12/2016
YUSIF SAVALAN
AXTARSAN, SƏN ONU CƏNNƏTDƏ AXTAR
Tanrıya tapındı həyatı boyu,
O, turançı idi, türk idi soyu,
Özü yaraşıqlı, gözəldi xoyu,
Nurani pir idi Qiyasi Muxtar,
Axtarsan, sən onu cənnətdə axtar.
Doğmaları üçün pərvanə idi,
Könlü yurdu kimi viranə idi,
Özgürlük eşqindən divanə idi,
Sirr idi, hürr idi Qiyasi Muxtar,
Axtarsan, sən onu cənnətdə axtar.
Durdu hər sözünün ər tək dalında,
Qaldı məsləkində, pak amalında,
Gözü heç olmadı dünya malında,
Özü bir dürr idi Qiyasi Muxtar,
Axtarsan, sən onu cənnətdə axtar.
Təbi aşıb-daşdı, coşub-çağladı,
Sözdən çələng hördü, divan bağladı,
Haqlının halına yandı-ağladı.
Bizimlə bir idi Qiyasi Muxtar,
Axtarsan, sən onu cənnətdə axtar.
Yağının əlindən yanıqlı idi,
İpək səsi həzin, yanıqlı idi,
Şair təxəllüsü Yanıqlı idi!
Bax, belə biriydi Qiyasi Muxtar,
Axtarsan, sən onu cənnətdə axtar.
26/03/2016
tirkin - tavan
YAZ GƏLƏR
Durnalar gətirər yeni soraqlar,
Oyanar ölkəmiz qış yuxusundan.
Bayram paltarını geyinər dağlar,
Küləklər kükrəyər gül qoxusundan.
Bu qar da, yağış da yerə udular,
Ağrılar, acılar tez unudular,
Al-yaşıl bağlarda qulaq tutular
Uşaq gülüşündən, quş oxusundan.
Güc verər irmaqlar, çaylar selinə,
Yamaclar gül-çiçək taxar telinə,
Savalan bağlayar qurşaq belinə,
Göy qızı sevinər öz toxusundan.
Bənövşə çiynindən kimə göz eylər,
Yazın qönçəsi tək bağrım köz eylər,
Könlüm duyduğunu incə söz eylər,
Ancaq gizləyərəm mən çoxusundan.
Görəsən evimiz elə dururmu?
İçində bir doğma ürək vururmu?
Yenə tirkinində yuva qururmu
Qoşa qaranquşlar otdan, yosundan?
Yanıqlım, kim sənin ününə ağlar?
Kimsələr indi öz gününə ağlar,
Yurdun bu gününə, dününə ağlar
Günəş batısından, ay doğusundan.
Bakı, 13-21 mart 1985.
26/03/2016
Mən səni sevmədim ki?!
İstədim nəfəsini nəfəsimə qatasan.
Dara duşsem hayıma, harayıma çatasan.
Rəngsiz yuxularına bir azca rəng qatasan.
Mən səni sevmədim ki?!
İstədim mən keçəndə yolum üstə durasan.
Mənim üçün sevgidən yeni dünya qurasan,
Uşusem ateşinlə qəlbimə od vurasan,
Mən səni sevmədim ki?!
Alasan nəfəs belə bircə mənə görə sən;
Saçlarıma əlinin istisini hörəsən;
Kimə, nəyə boylansan, baxsan məni görəsən.
Mən səni sevmədim ki?!
Sevindirsin hər günüm, her ayım, ilim bizi.
"İki canda bir ruhuq", beləcə bilim bizi,
Bacarsa ayırmağa ayırsın ölüm bizi,
Mən səni sevmədim ki?!
Ofeliya Bagiyeva
27/12/2015
Qızım Güntəkinə
Ağca quba qaza bənzər
Güntəkinim, günəş balam.
Gözləri ilk yaza bənzər,
Ağlar balam, güləş balam.
Nə boya, nə ənlik izlə,
Anam kimi mənlik izlə,
Nə istəsən, məndən istə,
Ölməmiş bu lələş, balam.
Quzum, yenə nə dolmusan,
Ulcayın saçın yolmusan?
Yaman dalaşqan olmusan,
Bacınla az igəş, balam.
Çox sevirsən öz atanı,
Ancaq onu yaxşı tanı,
Səndə yoxsa elin qanı,
Öz qanına bələş, balam.
Kimin könlü elə yanar,
Körpələri belə yanar,
Yanıqlılar elə yanar,
Necə yanar küləş, balam.
Bakı, 9-21 avqust 1979.
05/12/2015
Günəşli neft yatağında həyatlarını faciəvi şəkildə itirən həmvətənlərin ailələrinə baş sağlığı diləyirik!
02/12/2015
ULCAY
Qızım Ulcaya
Yaşı artıq dördü aşıb,
Nəyi görər, sorar Ulcay.
"Cırttan" elə uzunlaşıb,
Atasını yorar Ulcay.
Şəngülümdən salar sözü,
Şüngülümçün dolar gözü,
Məngülümə indi özü
Çıxış yolu arar Ulcay.
Üz-gözündə qayğı donar,
Kirpiyinə şehlər qonar,
Ürəyimi ağrı yonar,
Varlığımı sarar Ulcay.
Ora gedər, bura gedər,
Oda çatar, suya yetər,
Nənəsinə kömək edər,
Saçlarını darar Ulcay.
Əməyini elə belə
Yanıqlı tək verməz yelə,
Ana yurda, doğma elə
Haçaq desən, varar Ulcay.
Bakı, 1-10 sentyabr 1979.
25/05/2015
"Yetim" poemasından bir hissə
25/05/2015
Bu gün Muxtar Qiyasinin doğum günüdür
Özüm kimi ümüdüm də qocaldı,
Qoşduqlarım olmasaydı, ölərdim.
İstəklərim ürəyimdən boşaldı,
O yenidən dolmasaydı, ölərdim.
Nə ayağım əyri gedib, nə əlim,
Bilməmişəm evə necə boş gəlim,
Axşam üstü üzü gülər dəcəlim
Birçəyimi yolmasaydı, ölərdim.
İnci çıxmır hər ötəri üzgüdən,
Yanıqlıyam bu qurğudan, düzgüdən,
Sevdiciyim incik çönər güzgüdən,
Mənimki də solmasaydı, ölərdim.
https://www.youtube.com/watch?
Muxtar Qiyasi
şeir: ÖLƏRDİM
10/01/2015
"Xilə şəcərələri" kitabının müəllifi Fəridə Bünyadzadənin xiləlilərlə (əmircanlılarla) bağlı maraqlı söhbəti
"Fələklər yandı ahimdən" kitabının təqdimat mərasimi. 6-ci hissə.
çıxış etdi: 1. Gənc dedektiv yazar Vüqar Baylamlı 2. "Xilə şəcərələri" kitabının müəllifi Bünyadzadə Fəridə