30/03/2026
Göygöl – Təbiətin Möcüzəsi 💙
𝗕𝗶𝗹𝗶𝗿𝗱𝗶𝗻𝗶𝘇𝗺𝗶 ki, Göygöl zəlzələ nəticəsində yaranıb və suyu o qədər təmizdir ki, dibini belə görmək mümkündür? Bu möhtəşəm göl dağların qoynunda yerləşir və ətrafı sıx meşələrlə əhatə olunub.
𝗦𝘂𝗮𝗹: Səncə, Göygölün dərinliyi neçə metrdir❓
Göygöl füsunkar təbiətini görmək üçün tura qoşulmağa nə deyirsiniz? Təmiz hava, möhtəşəm mənzərə, Leo ilə oyunlar və maarifləndirici söhbətlər. Həm öyrənəcəyik, həm də unudulmaz anlar yaşayacağıq.
Ətraflı bizə yazın.
29/03/2026
Güclü Dişlər 🦷
𝗕𝗶𝗹𝗶𝗿𝗱𝗶𝗻𝗶𝘇𝗺𝗶 ki, ilbizlər dünyanın ən çox dişli canlılarıdır? Onların ağzında 10 mindən çox (bəzilərində 25 min) xırda diş var. Amma bu dişlərlə dişləmir, yeməyi sürtərək yeyirlər.
𝗦𝘂𝗮𝗹: Bəs sizin neçə dişiniz var? Gəlin güzgüdə sayaq!
28/03/2026
Şirin və tarixi
Bilirdinizmi ki, Şəki Xan Sarayı tikilərkən nə mismardan, nə də yapışqandan istifadə olunub? Bütün o rəngli şəbəkə pəncərələr sanki bir "lego" kimi bir-birinə keçirilib! 🏰
𝗦𝘂𝗮𝗹: Bəs siz Şəkidə olmusunuz?
Gəlin bu möcüzəni birlikdə görək! Tezliklə planlaşdırılan Şəki turumuzda həm Xan sarayını görəcəyik, həm də məşhur Şəki halvasının dadına baxacağıq.
Bizi izləyin və bu postu bərabər getmək istədiyiniz dostunuza göndərin.
27/03/2026
Yatmayan heyvanlar 🐬
Bilirdinizmi ki, delfinlər yatanda bir gözlərini açıq saxlayırlar? Onlar beyinlərinin bir yarısını yatızdırır, digər yarısı ilə isə ətrafı nəzarətdə saxlayıb nəfəs alırlar.
𝐒𝐮𝐚𝐥: Sizcə, delfinlər balıqdır, yoxsa məməli heyvan?
Leo ilə həm öyrən, həm də əylən.
26/03/2026
Meyvələrin Kralı 🍓
Bilirdinizmi ki, çiyələk toxumları meyvənin daxilində deyil, çölündə olan yeganə meyvədir? Bir çiyələyin üzərində təxminən 200 dənə balaca toxum olur!
𝐒𝐮𝐚𝐥: Başqa hansı qırmızı meyvələri sevirsiniz?
Bizim meyvə bağlarına təşkil olunan turlarımızda uşaqlar təbiəti yaxından tanıyır, meyvələrin necə yetişdiyini öyrənir! Sizdə qoşulmaq üçün bizi izləyin və dostlarınıza göndərin onlarında xəbəri olsun.
25/03/2026
Balaca qəhrəmanlar 🐝
Bilirdinizmi ki, bir bal arısı həyatı boyunca cəmi bir çay qaşığının 1/12-i qədər bal hazırlaya bilir? Amma minlərlə arı birləşəndə bizə bankalarla şirin bal hədiyyə edirlər.
Sual: Sizcə arılar çiçəkləri necə tapırlar? 🌸
🦁 Leo ilə öyrənmək artıq daha əyləncəlidir.
21/03/2026
Salam, dostlar!
𝐋𝐞𝐨 sizin hamınızı salamlayır!
🎒 Bu gün ən böyük macəra başlayır – Baharın gəlişi!
Kosa və Keçəllə əylənməyə, tonqaldan tullanmağa hazırsınızmı? Arzu edirəm ki, boyunuz səməni kimi sürətlə uzansın, enerjiniz isə bahar günəşi kimi parlaq olsun. Yeni dostluqlar və maraqlı kəşflərlə dolu bir bayram keçirin!
Bayramınız mübarək!
19/03/2026
Kosmos Macərası 🚀
Fakt: Bilirdinizmi ki, kosmosda heç bir səs yoxdur? Orada hava olmadığı üçün səs dalğaları yayıla bilmir. Hətta yanınızda böyük bir partlayış olsa belə, tam sakitlik olar!
Sual: Bəs sizcə, astronavtlar kosmosda bir-biri ilə necə danışırlar? 🛰️
19/03/2026
👨👩👧 Valideynlər üçün ən vacib məsələ – güvəndir.
Leokids turlarında uşaqlar:
🛡 təhlükəsiz nəqliyyat və şəraitdə olur
👨🏫 Peşəkar rəhbər nəzarəti altında olur
🌿 Planlı və intizamlı proqramda iştirak edir
Hər bir turumuzda əsas məqsədimiz:
🌿 Rahatlıq, 😊 Güvən, 🎒 Keyfiyyətdir
Uşaqların təhlükəsizliyi bizim üçün daha önəmlidir. Övladlarınız bizim üçün əmanətdir..
📩 Ətraflı məlumat üçün bizə yazın
18/03/2026
Sehrli meşədə 𝗟𝗲𝗼 ilə yeni bir macəra başlayır! BİLİRDİNİZMİ sualını tapmaq üçün o, izləri təqib edir. Görəsən bu maraqlı fil və sehrli göbələklər ona nə danışacaq?
Salam dostlar! Mən 𝗟𝗲𝗼. Bilirdinizmi ki, fillər tullana bilməyən tək heyvandır? 🐘 Gəlin sabah daha maraqlı bir şey öyrənək!
Leo kəşf etməyə davam edir..
18/03/2026
2026 Yay düşərgəmizə qeydiyyat başladı🥳
Bu il Övladlarınız üçün unudulmaz əyləncələrin məkanı Leokids olacaq.
5 günlük Yay düşərgəsi:
🏕️Gedib-gəlmək (servis) 325 AZN, yatılı: 395 AZN
7 günlük Yay düşərgəsi:
🏕️Gedib-gəlmək (servis) 365 azn, yatılı: 495 azn AZN
14 günlük Yay düşərgəsi:
🏕️Gedib-gəlmək (servis) 595 azn, yatılı: 795 azn
Erkən qeydiyyatdan keçən zaman 2 və daha çox uşağa 50+ azn endirim tətbiq olunur.
📍Məkan: Mərdəkan
Daha ətraflı məlumat və qeydiyyat üçün bizə yazın.