14№ Bakı Peşə Liseynə qəbul olmuş tələbələrin nəzərinə, 06.09.2019-cu il tarixindən 10.09.2019-cu il tarixinədək II mərhələnin sənəd qəbuluna start verilmişdir.Qəbul olmuş bütün tələbələrə uğurlar arzu edirik.
Tələb olunan sənədlər:
1.Atestat;
2.Şəxsiyyət vəsiqəsi və 1 sürəti;
3.Tibbi arayış (forma №86);
4.Şəkil 3x4 ölçüdə 4 ədəd;
5.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi biletin sürəti.
Qəbul olan tələbələrin qeydiyyatı:
I-V günlər 09:00-18:00
Şənbə və Bazar günləri 10:00-16:00
14 nömrəli Bakı Peşə Liseyi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 14 nömrəli Bakı Peşə Liseyi, Trade school, 8-ci km qəs. Naxçıvanski küç. 100, Baku.
14№ Bakı Peşə Liseynə qəbul olmuş tələbələrin nəzərinə, 21.08.2019-cu il tarixindən 27.08.2019-cu il tarixinədək sənəd qəbuluna start verilmişdir.Qəbul olmuş bütün tələbələrə uğurlar arzu edirik.
Tələb olunan sənədlər:
1.Atestat;
2.Şəxsiyyət vəsiqəsi və 1 sürəti;
3.Tibbi arayış (forma №86);
4.Şəkil 3x4 ölçüdə 4 ədəd;
5.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi biletin sürəti.
Qəbul olan tələbələrin qeydiyyatı:
I-V günlər 09:00-18:00
Şənbə və Bazar günləri 10:00-16:00
II mərhələ üzrə qəbul (boş qalan yerlərə qəbul) 27.08.2019-cu il tarixində başlayacaqdır.
06/06/2019
03.06.2019-u il tarixində Gənclərin"Tənhalara Dayaq"İctimai Birliyinin təşkilatçılığı ilə Premier Expo otelin konfrans zalında "Qəhrəmanlarımızı tanıyaq və yaşadaq" mövzusunda keçirilən inşa müsabiqəsinin təltifetmə mərasimi keçirilmişdir.Keçirilən tədbirdə 14 saylı Bakı Peşə Liseyinin 28 tələbəsi iştirak etmişdir.Əvvəlcə inşa mövzusu liseyin tələbələri arasında elan olunub,daha sonra yazılan inşaların arasından yazı qaydalarına uyğun yazılanlar seçilib,siyahı tərtib olunaraq təşkilata təqdim olunmuşdur.Qeyd olunan tarixdə tələbələrimiz birliyin keçirtdiyi mətasimdə iştirak edərək sertifikatlarla mükafatlandırılmışlar.Daha sonra xanım təşkilatçı Xoşbəxt Seyidova tələbələrdən öz ürək sözlərini ifadə etmələrini istəmişdir.Məktəbin 224-cü qrup tələbəsi Əlizadə Gülgün hamının marağına səbəb olan və mövzunu tam əhatə edən çıxışla mərasim iştirakçılarını rəğbətini qazanmışdır.Vətənpərvərlik mövzusu günümüzün ən aktual mövzusdur və bu mövzunu məhz gənclərin ifasında dinləmək çox xoş təsir bağışlamışdır.Keçirilən tədbirə görə təşkilatçılara təşəkkür edir və gələcək işlərində uğurlar arzulayırıq.
28/05/2019
14 №-li Bakı Peşə Liseyinin “Peşəyönümlü işin orta məktəblərdə təşkili " istiqamətində fəaliyyət göstərən peşəyönümlü təbliğat işçi qrupunun üzvləri Bakı şəhəri Sabunçu rayonu 169,311,22 və 170 №-li tam orta məktəblərdə IX-XI sinif şagirdlərilə görüş keçirmiş və tədris olunan peşə ixtisaslar haqqında ətraflı məlumat vermişdirlər.
27/05/2019
14 nömrəli Bakı Peşə Liseyində 28 May Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir.
May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu.
25/05/2019
23.05.2019-cu il tarixində 14 saylı Bakı Peşə Liseyində "Milli Qəhrəmanlarımızı unutmayaq və yaşadaq"mövzusunda esse yazı müsabiqəsi keçirilmişdir.Tələbələr arasında keçirilən bu yazı müsabiqəsinin məqsədi Vətən uğrunda canından keçmiş vətəndaşlarımızın tələbələrimiz tərəfindən yad edilməsi olmuşdur.Yeniyetmələrin fikirləri,onların vətən mücahidlərinə olan sonsuz məhəbbət və rəğbəti demək olar ki,bütün esselərdə üzə çıxmışdır.Yazılar təqdim olunarkən onlar tanımadıqları və adını ilk dəfə eşitdikləri Milli Qəhrəmanlarımız barəsində yoldaşlarının yazıları sayəsində məlumat almış və bu da onların vətənpərvərlik duyğularının daha da qabarmasına yol açmışdır.Vətən uğrunda canlarında keçən bütün soydaşlarımızı hörmətlə anır və onlara tanrıdan rəhmət diləyirik.
23/05/2019
14 №-li Bakı Peşə Liseyinin “Peşəyönümlü işin orta məktəblərdə təşkili " istiqamətində fəaliyyət göstərən peşəyönümlü təbliğat işçi qrupunun üzvləri Bakı şəhəri Nizami rayonu 10,272 və 129№-li tam orta məktəblərdə IX-XI sinif şagirdlərilə görüş keçirmiş və tədris olunan peşə ixtisaslar haqqında ətraflı məlumat vermişdirlər.
22/05/2019
14 nömrəli Bakı Peşə Liseyinin 217 nömrəli qrup tələbələri Şirvanşahlar sarayı kompleksində infoturda olmuşdur.Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı olmuşdur.Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.
22/05/2019
14 №-li Bakı Peşə Liseyinin “Peşəyönümlü işin orta məktəblərdə təşkili " istiqamətində fəaliyyət göstərən peşəyönümlü təbliğat işçi qrupunun üzvləri Bakı şəhəri Suraxanı rayonu Bakıxanov qəsəbəsi 85.84 və 114№-li tam orta məktəblərdə IX-XI sinif şagirdlərilə görüş keçirmiş və tədris olunan peşə ixtisaslar haqqında ətraflı məlumat vermişdirlər.
15/05/2019
14 №-li Bakı Peşə Lisryinin “Peşəyönümlü işin orta məktəblərdə təşkili " istiqamətində fəaliyyət göstərən peşəyönümlü təbliğat işçi qrupunun üzvləri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi371,74və 75№-li tam orta məktəblərdə IX-XI sinif şagirdlərilə görüş keçirmiş və tədris olunan peşə ixtisaslar haqqında ətraflı məlumat vermişdirlər.
08/05/2019
14 №-li Bakı Peşə Liseyinin “Peşəyönümlü işin orta məktəblərdə təşkili " istiqamətində fəaliyyət göstərən peşəyönümlü təbliğat işçi qrupunun üzvləri Bakı şəhəri Sabunçu raonu 310 və 80 №-li tam orta məktəblərdə IX-XI sinif şagirdlərilə görüş keçirmiş və tədris olunan peşə ixtisaslar haqqında ətraflı məlumat vermişdirlər.
08/05/2019
Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etməsindən 27 il ötür.
1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.
İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Baku
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |