26/03/2024
Lüdviq Feyerbax "insan yediyi şeydir" və ya "bir daxmada, bir sarayda olduğundan fərqli düşünülür" deyirdi. Yəni içərisində yaşadığımız şərtlər bizim şüur səviyyəmizi müəyyən edirdi. Əgər şüur səviyyəmiz maddi amillərdən asılı idisə və maddi amilləri də dəyişmək mükündürsə, edilməli olan tək şey vardı. İçərisində olduğumuz dünyanı dəyişmək. Karl Marksın da dediyi kimi "daha insani şərtlər uğurunda mübarizə apara bilərdik". Belə dünya anlaşılmalı olan yox, məhz dəyişdirilməli olan dünya idi. Filosofların da yalnız bir məqsədi var idi, dünyanı dəyişdirmək.