Xəbər verdiyimiz kimi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan elmi: humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusuna həsr olunmuş “Ustad dərsi” keçib.
Akademik çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı gördüyü işlər barəsində də danışıb.
Həmin çıxışdan bir hissəni təqdim edirik.
AMEA science.az
1995-ci ildə yaradılmış ilk veb-sayt
Azərbaycan Respublikasında ilk veb-sayt olan, 1995-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda www.ab.az adı altında yaradılmış www.science.az portalı AMEA Rəyasət Heyətinin 26 sentyabr 2001-ci il qərarı ilə www.science.az adlandırılmışdır.
26/04/2026
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Səfa Qarayevin müəllifi olduqları “Azərbaycan mədəniyyəti – 2040: XXI əsrin qlobal çağırışları kontekstində Azərbaycanın mədəniyyət strategiyası” adlı məqalə “Ədəbiyyat qəzeti”ndə dərc olunub.
Ətraflı: https://science.gov.az/az/news/open/35745
25/04/2026
“Molla Nəsrəddin” jurnalında millətə milli mənlik şüuru aşılamaq, mənəvi dirilik dərsi keçmək üçün təlimin ana dilində aparılması ideyası geniş surətdə təbliğ edilir, ana dilinin tədrisi bütün təlim işinin mərkəzinə qoyulurdu. “Molla Nəsrəddin” jurnalı ilk nömrədən başlayaraq sonuncu nömrəyə kimi ana dilində yazdı”.
Bu fikirlər AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “science.gov.az” saytında “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş məqaləsində qeyd edilib.
Ətraflı: https://science.gov.az/az/news/open/35742
25/04/2026
Mərkəzin Ümummilli Lider Heydər Əliyevin 100 illiyi adına kitabxanasına ümumilkdə 150 kitab və elmi jurnal hədiyyə olunub.
Ətraflı: https://science.gov.az/az/news/open/35737
24/04/2026
Dünyada yüzlərlə kiçik xalqlar var ki, lideri olmadığına, asılı dövlət olduğuna və ya müstəmləkə olduğuna görə əriyib bitdi. Son 100 ildə dilini itirən, başqa millətlərin içində əriyən yüzlərlə etnik qrup var. Azərbaycan isə inkişaf etdi və bu dəyərləri günümüzə qədər çatdıra bildi.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın doktorant və dissertantları, gənc alim və mütəxəssisləri üçün “Azərbaycan elmi: Humanitar və rəqəmsal təfəkkürün qovşağında” mövzusunda keçdiyi ustad dərsi zamanı deyib.
Ətraflı: https://science.gov.az/az/news/open/35687
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə ASAN TV-nin “Asan status” verilişinin qonağı olub.
Professor verilişdə insanın daxili inkişafı və uşaqlara milli-mənəvi dəyərlərin aşılanması məsələləri haqqında fikirlərini bölüşüb.
Müsahibədən bir hissəni təqdim edirik.
Aprelin 23-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbir çərçivəsində Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabın təqdimatı da olub.
Qeyd edək ki, nəşrin müəllifi Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, rəyçisi isə Türk Dil Qurumunun başqanı, professor Osman Mertdir.
24/04/2026
Çempionata göstərilən marağın bu il artdığını və AMEA-nın Gənclər Akademiyasının da özünün müstəqil komandası ilə yarışda təmsil olunduğunu deyən akademik İsa Həbibbəyli son illərdə Akademiya gəncliyinin inkişafı üçün bir sıra zəruri addımların atıldığını bildirib.
Ətraflı: https://science.gov.az/az/news/open/35738
24/04/2026
Görüş zamanı akademik İsa Həbibbəyli Azərbaycan ilə Rumıniya arasında müxtəlif sahələrdə mövcud əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Ətraflı: https://science.gov.az/az/news/open/35730
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkına baxış keçirib.
Akademik İsa Həbibbəyli bildirib ki, üç il əvvəl “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, nadir dekorativ ağac və kol bitkilərinin əkilməsi ilə salınmış Nadir ağaclar parkı artıq bu gün öz bəhrəsini verir. AMEA rəhbəri vurğulayıb ki, Nadir ağaclar parkı ölkəmizdə ekologiyanın qorunmasına, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına Akademiyanın bir töhfəsidir.
Akademik İsa Həbibbəyli parkda əkilmiş ağac və kol bitkilərinə mütəmadi aqrotexniki qulluğun göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, AMEA-nın Azad Həmkarlar İttifaqının və AMEA-nın Rəyasət Heyəti aparatının Akademiya şəhərciyi şöbəsinin əməkdaşları iştirak ediblər.
24/04/2026
Konfrans çərçivəsində alimin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ətraflı: https://science.gov.az/az/news/open/35725
24/04/2026
Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır” başlıqlı icmal yer alır.
Ətraflı: https://science.gov.az/az/news/open/35728
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Baku