30/12/2025
Bu gün Kəlbəcər rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyinin əldə olunması zamanı xalqımızın apardığı mücadilə, azadlıq mübarizəsi ilə bağlı tarixi hadisələrə toxunulub. Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin vacibliyini nəzərə alaraq 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi rəsmən elan edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci ildən etibarən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün ölkədə dövlət bayramı olaraq rəsmən qeyd olunmağa başlanıb. 1993-cü ildə isə Prezident Heydər Əliyevin imzaladığı fərmanla 31 Dekabr ölkə üzrə qeyri-iş günü elan edilərək dövlət bayramı statusu alıb.
Beləliklə, hər il dekabrın son günü həm Azərbaycanda, həm də xaricdə yaşayan bütün soydaşlarımız üçün milli həmrəylik bayramı kimi rəsmiləşib.