UNEC İnklüziv Təhsil Mərkəzi

UNEC İnklüziv Təhsil Mərkəzi İnklüziv Təhsil Mərkəzin direktoru
Sevinc Məhsimova
Tel: 012 441 65 23
E-mail: [email protected]

Əlilliyi olan tələbələr üçün Mərkəzin məqsədi UNEC tələbələrinin geniş akademik inkişafını təmin etmək və onlarda xüsusi qabiliyyətini aşkar etməkdir. Bu Mərkəz əlilliyi olan tələbələrin təhsil alma imkanlarının mütəmadi yaxşılaşdırılması istiqamətində çalışır. Mərkəz UNEC-də əlilliyi olan tələbələrə bərabər hüquqlu təhsil imkanları, geniş və pozitiv sosial mühit yaradaraqı, onların təhsil prosesində uğurlu fəaliiyət göstərmələri üçün proqram və informasiya bazası ilə təmin edir. Mərkəz tələbələrinin UNEC-də təhsil almaq məqsədlərinin reallaşdırılması üçün bütün gücünü əsirgəməyəcəkdir. Mərkəz əlilliyi olan tələbələrin xüsusi istedad və qabiliyyətlərini aşkarlayıb, onların sosial və intellektual inkişafı üçün şərait yaradır. UNEC tələbələrin tam inkişafına zəruri olan bütün sahələrdə universitet strukturuna tam inteqrasiyasına, Mərkəzlə birgə fəaliyyətinə peşəkar dəstək verir.
•Mərkəzin fəaliyyət planı
•Məsləhət Komitəsi



Əlilliyi olan tələbələr üçün Mərkəzin koordinatoru
Sevinc Sakmanlı

Tel: 492-60-45

E-mail: [email protected]

Mərkəzin iş vaxtı:
I – V günlər saat 09:00 – 18:00

Mərkəzin yerləşdiyi ünvan:
H.Əliyev 135, UNEC-in II tədris binasi, otaq 111.

Alman mühəndis Mikaela Benthaus yerimə məhdudiyyətli olmasına baxmayaraq suborbital kosmik uçuşu uğurla həyata keçirib.
22/12/2025

Alman mühəndis Mikaela Benthaus yerimə məhdudiyyətli olmasına baxmayaraq suborbital kosmik uçuşu uğurla həyata keçirib.

Əlil arabası istifadəçisi ilk dəfə kosmosa səyahət etdi Alman mühəndis Mikaela Benthaus yerimə məhdudiyyətli olmasına baxmayaraq suborbital kosmik uçuşu

12/12/2025
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzi 3 dekabr tarixini ənənəyə sadiq qalaraq, hər il un...
03/12/2025

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzi 3 dekabr tarixini ənənəyə sadiq qalaraq, hər il universitet daxilində sərgi və tədbir ilə xüsusi olaraq qeyd edir.
Bu il biz mərkəz olaraq İnklüziv Təhsildə daha çox kütləyə əlçatanlılığı təmin etmək üçün tələbələrimizlə birgə bir neçə "Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzləri"ndə olduq✅ Əsas olaraq, "Sosial İş" ixtisası üzrə təhsil alan UNEC tələbələrimizə könüllü şəkildə bu işdə bizə dəstək olduqları üçün təşəkkür edirik💫
Etik nöqteyi nəzərdən fotolar paylaşılmır🌸

UNEC Zaqatala filialında inklüziv təhsilin əhəmiyyətinə dair maarifləndirici tədbir keçirilib.Görüşdə UNEC İnklüziv Təhs...
24/06/2025

UNEC Zaqatala filialında inklüziv təhsilin əhəmiyyətinə dair maarifləndirici tədbir keçirilib.

Görüşdə UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Təlim zamanı Sevinc Məhsimova inklüziv təhsilin mahiyyəti, əsas məqsədləri, əhatə dairəsi və UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. İştirakçılar inklüzivlik anlayışının təhsil mühitində tətbiqi, əlçatanlığın təmin olunması, bərabər imkanların yaradılması və sosial inteqrasiya kimi mühüm aspektlərlə tanış olublar.

Tədbir çərçivəsində UNEC İnklüziv Təhsil Mərkəzinin yaradılmasının 10 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş elmi məqalə müsabiqəsinin nəticələri də qeyd olunub. Müsabiqədə fərqlənən UNEC Zaqatala filialının tələbələrinə sertifikatlar təqdim olunub.

Səfər zamanı Sevinc Məhsimova filialda tələbələr üçün yaradılmış tədris və sosial infrastrukturla tanış olub, həmçinin tələbə evində inklüziv təhsil alan – SİM (xüsusi imtiyazlı tələbələr) üçün ayrılmış otaqlara baxış keçirib.

UNEC-in “24/7 Kitabxana”sının müdiri Arzu Məmmədova ZOOM platforması üzərindən tədbirə onlayn şəkildə qoşularaq, kitabxananın inklüziv təhsilə dəstəyi, elektron resursların əlçatanlığı və tələbələrə təqdim olunan xidmətlər barədə ətraflı təqdimatla çıxış edib.
https://news.unec.edu.az/xeber/105-telebe/13606-unec-zagatala-filialinda-inkluziv-tehsil-movzusunda-gorush-kechirilib

17/06/2025

2025-ci il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) üçün ikiqat əlamətdardır. Universitetin 95 illik yubileyi ilə yanaşı, bu il UNEC-də “İnklüziv Təhsil İli” elan olunub. Bu mühüm hadisələr fonunda universitetin inklüzivlik sahəsində atdığı strateji addımlar diq...

15/01/2025
19/11/2024

UNEC NEWS - Azərbaycan Dövlət İqtisad Universitetinin Rəsmi Xəbər Portalı

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when UNEC İnklüziv Təhsil Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UNEC İnklüziv Təhsil Mərkəzi:

Shortcuts

Share