axsaminiz xeyr.
mezunlar ve telebeler necesiniz?
Odlar Yurdu Universiteti
Adminler : Bakinec, KastroO
Adminkamız: .. Xow sohbetler) Kimin Sehife ile bagli ideya-si fikri o
Universitetdəki
Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı peşə istiqaməti üzrə:
«Yol hərəkətinin təşkili» ixtisası.
İnformatika və hesablama texnikası peşə istiqaməti üzrə:
«İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri» ixtisası.
«Maarif» peşə istiqaməti üzrə: «İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisası. Hüquqşünaslıq peşə istiqaməti üzrə:
«Hü
Bu səhifə göz görə görə itib batir ). Adminlik etmək istəyən varsa elaqe saxlasın.
Salam əziz tələbələrimiz və məzunlarımız necəsiniz? Dərs həyatı necə gedir?
2008 ilin stomatologiya məzunlarından kimsə var? ))
15/05/2017
Bu şəklidə köhnə tələbələrimizçün yükləyək :) 2012ci illərdə Odlarin əksər tələbələrinin mobil telefonları bu kişinin rəngarəng fotosesiyalarından ibarət idi :)
30/04/2017
8-ci il.. Hələ də yeri sızlayır.. ADNA tələbələrinə və ölkəmizə uzanan əllər qırılsın! 30 aprel terrorunda həlak olan müəllim və tələbələrimizi hüznlə anırıq!
17/04/2017
Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
Benjamin Franklin
02/04/2017
ALLAH ŞEHIDLERIMIZE REHMET ETSIN,RUHLARI ŞAD OLSUN.
1. Baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
2. Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.
3. Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü.
4. Əsgər Rəvan İsmayıl oğlu Nurayev. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
5. MAXE Ruhin Qəhrəmanov. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.
6. Əsgər Samir İzayəddin oğlu Qaçayev, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.
7. Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.
8. Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
9. Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.
10. MAXE İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
11. Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
12. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini Quliyev Səyyar Knyaz oğlu Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
13. Şəkinin Böyük Dəhnə kənd sakini, 1993 təvəllüd Süleymanov Vüqar Natiq oğlu Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
14. Masallı rayonunun Kalinovka kəndindən olan gizir Əsgərli Nurlan Bayram oğlu Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
15. Qobustan rayonu, Bədəlli kəndi sakini Orxan Мüstəсəbov Ələsgər oğlu şəhid olub.
16. Laçın rayonu Qarakeçdi kənd sakini əsgər Ülvin Məmmədov Cəmaləddin oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
17. Biləsuvar rayon sakin, Hüseyn Dəmirli Zeynal oğlu Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
18. Xaçmazın Əbilyataq kənd sakini, 27 yaşlı hərbi qulluqçu Elvin Sədrəddin oğlu Qaibov Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub.
19. Göyçay rayon, Çaxırlı kənd sakini Teymur Mikayıl oğlu Qasımov Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
20. Şəkinin Kiş kəndi sakini, 1992-ci il təvəllüdlü gizir, MAXE Orxan Kazım oğlu Hümbətov cəbhədə gedən döyüşlərdə şəhid olub.
21. Zaqatala rayon sakini Bayramov Sərxan Oqtay oğlu Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
22. Zəngilan rayon sakini, Naftalandan xidmətə yollanan Orucov Müşfiq Arif oğlu Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
23. Füzuli rayonu Alxanlı kənd sakini, MAXE Əlvan Hüseynov Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
24. Ağdamın Cinli kəndində anadan olan, polkovnik, 1968-ci il təvəllüdlü Raquf Orucov Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
25. Zabit Məmmədov Rasim Əbdül oğlu cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
26. Biləsuvar rayonu, Səmədabad kəndindən Novruzov Fərahim Adışirin oğlu Füzulidə gedən döyüşlərdə şəhid olub.
27. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı MAXE Qarayev Dilsuz Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.
28. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılan Həmidov Orxan Ənvər oğlu şəhid olub.
29. Beyləqan rayonu Dünüyamallar kənd sakini, 22 yaşlı kəşfiyyatçı Məhəbbət Mirzəyev Zaman oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
30. Xızı rayonu, Giləzi qəsəbə sakini, Novruzov Ravil Elman oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
31. Tərtərdə gedən döyüşlərdə Qazağın Yuxarı Salahlı kəndindən olan kəşfiyyat komandiri, Baş leytenant Namazov Elvin Məmməd oğlu şəhid olub.
32. 19 yaşlı əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə cəbhədə şiddətli döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub.
33. Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlüdür. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.
34. Kəşfiyyatçı İnqilab Əliyev cəbhədə gedən döyüşlərdə şəhid olub.
35. Beyləqan rayon, İkinci Şahsevən kənd sakini, 1991-ci il təvəllüd MAXE Hüseynov Ayaz Ələkbər oğlu Füzuli istiqamətində döyüşdə şəhid olub.
36. Bakı şəhər sakini, Baş leytenant Novruzov Mirzə Sərvər oğlu Goranboy istiqamətində, Tap Qaraqoyunluda gedən döyüşlərdə şəhid olub.
37. Bakının Xochəsən qəsəbə sakini, Hacıağayev Cabbarxan İlham oğlu Lələ təpə yüksəkliyində gedən döyüşlərdə şəhid olub.
38. Ağdaş rayonu Şəkili kənd sakini, 1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu Füzuli rayonu istiqamətində gedən döyüşdə şəhid olub.
39. Salyan rayon Xələc kənd sakini, 1990 təvəllüdlü baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu şəhid olub.
40. Sabirabad rayonu, Çiçəkli kənd sakini Rizvan Muradov cəbhədə gedən döyüşlərdə şəhid olub.
41. Əslən Biləsuvar rayonundan olan, Sumqayıt şəhər sakini, 1989 təvəllüd gizir Məmmədov Murad Vaqif oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
42. Hərbçimiz, 19 yaşlı Əsgər Zəkərayev Nazim Nadir oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
43. Şəmkir rayonu Kür qəsəbə sakini Əliyev Vüsal İlham oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
44. Zərdab rayon Böyük Dəkkə kənd sakini 1994-ci il təvəllüdlü Gizir Abdullazadə Nurlan Rasim oğlu şəhid olub.
45. Şəmkir rayon Tatarlı kənd sakini Nurlan Cəmil oğlu Qasımov cəbhədə gedən döyüşlərdə şəhid olub.
46. Şəmkirin Şiştəpə kənd sakini, 1976-cı il təvəllüdlü, polkovnik Yusifov Vüqar Nürəddin oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
47. Bakı şəhəri, Mərdəkan qəsəbə sakini Şirəliyev Kamran Faiq oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
48. Lənkəran rayon Cil kənd sakini 1997-ci il təvəllüdlü İslamov Əlizaman Fərrux oğlu cəbhədə gedən döyüşlər zamanı şəhid olub.
49. Bakı sakini, Zığ şossesində yaşayan Əzizzadə Xaliq Həsən oğlu Tərtər-Goranboy istiqamətində istiqamətində gedən döyüşlərdə şəhid olub.
50. Əslən Kəlbəcərli olan Gəncə sakini, Silahlı Qüvvələrin zabiti, 33 yaşlı İnqilab Çingiz oğlu Quliyev cəbhədə gedən döyüşlərdə şəhid olub.
51. Əslən naxçıvanlı olan Bakı sakini Quliyev Mahir Qadir oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
52. Qəbələ rayon, Bum qəsəbə sakini Şirinov Sahil Həsrət oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
53. Bakı şəhər Binəqədi qəsəbəsi sakini, 1996-cı il təvəllüdlü, kəşfiyyatçı Emin Bağırov İmran oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
54. Bərdə rayon Lək kənd sakini, 1989-cu il təvəllüdlü, baş leytenant Həsənov Ziya Niyaz oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
55. Şəmkir rayon Morul kənd sakini Əsgərov Təbriz Hamlet oğlu Gədəbəy istiqamətində gedən döyüşlərdə şəhid olub.
56. Sabirabad rayon Muğangəncəli kənd sakini, polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev cəbhədə gedən döyüşlərdə şəhid olub.
57. Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan, kəşfiyyatçı Orucəliyev Qabil Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
58. Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüd Bayramov Şülan Bayram oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
59. Bərdə rayon, Mustafaağalı kənd sakini 1987-ci il təvəllüdlü, baş gizir Musayev Səbuhi Rəfael oğlu Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub.
60. Ordumuzun hərbçisi Babayev Emin cəbhədə gedən döyüşlərdə şəhid olub.
61. Lənkəran rayon Hirkan qəsəbə sakini, gizir Rusif Ağayev cəbhədə gedən döyüşlərdə şəhid olub.
62. Naftalan şəhər sakini, 1979 təvəllüd kapitan Bayramov Vaqif Dilqəm oğlu Talış ətrafı atışmada şəhid olub.
63. Neftçala rayonunun Həsənəbad kənd sakini mayor İmanov Samid Gülağa oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
64. Ordumuzun hərbçisi Nağıyev Cavid Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
65. İmişlinin Qaralar kənd sakini 1989 təvəllüd, leytenant Dədəkişiyev Cavid Gülbala oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
66. Sumqayıt şəhər sakini Axundov Əbdülməcid Nadirşah oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
67. Bakının Binəqədi qəsəbə sakini, 1994 təvəllüd, Qurbanlı Fəxrəddin Seyfəddin oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
68. Xırdalan sakini Baxşəliyev Rəşid Əliağa oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
69. İsmayıllı rayonu Maçaxı kənd sakini, Vahabov Mikayıl Yaqub oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
70. Əslən zəngilanlı olan Bakı sakini, Niftalıyev Rəşad Şakir oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
71. Qusar rayonu Qazmalar kənd sakini, 1997 təvəllüd Osmanov Yalçın Namiq oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
72. Mingəçevir şəhər sakini, 1993 təvəllüd MAXE, Adilzadə Adil Kamran oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
73. Xaçmaz rayon sakini, 1994 təvəllüd Mirzəyev Elvin Azadxan oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
74. Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü, MAXE Qasımov Teymur Sabir oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
75. Şamaxı şəhər Göylər kəndi sakini, hərbçimiz Səmədov Elşən Səlim oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
76. Masallı rayon Güllütəpə kənd sakini, 1996 təvəllüd Bağırzadə Firdovsi Əliş oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
77. Qusar rayon Cağar-qışlaq kənd sakini, hərbçimiz Xeyirbəyov Əmiraslan Xəlil oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
78. Bakı şəhəri, Pirşağı qəsəbə sakini, 1994 təvəllüd, Şəhid Mirzəyev Mahir Sabir oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
79. Əslən cəbrayıllı, 1997 təvəllüd hərbçimiz İbrahimov Mahmud Azər oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
80. Şəmkir rayon Düyərli kənd sakini, 1997 təvəllüd Dəmirli Altun Fərman oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
81. Əslən Xaçmazlı, 1993 təfəllüd, hərbçimiz Dadaşov Tural Sabir oğlu Tərtərdə gedən döyüşlərdə şəhid olub.
82. Cəlilabad rayon Məlikqasımlı kənd sakini, 1997 təvəllüd, pulemyotçu Nəsirov Royal İmran oğlu Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
83. Şabran rayon Zeyvə kənd sakini, kiçik gizir Abidov Babək Vəfadar cəbhədə gedən döyüşlərdə şəhid olub.
84. Qazax Rayon Fərəhli kənd sakini, kapitan Orucav Mühit Qurban oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
85. Beyləqan rayon sakini, hərbçimiz Cavadzadə Şahin cəbhədə gedən döyüşlərdə şəhid olub.
86. Ağsu rayonun, Bico kənd sakini Fərəczadə Toğrul Habil oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
87. Goranboy rayon sakini, 1995-ci il təvəllüd, Gizir Hüseynov Bəxtiyar Rəfael oğlu Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
88. Astara rayonu Ezarud kənd Teymurov Pəncəli Nurməmməd oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
89. Naftalan şəhər sakini, hərbçimiz Sərxan Salmanov cəbhədə gedən döyüşlərdə şəhid olub.
90. Əslən şəkili olan, 1989 təvəllüd İsgəndərov Elnur İsgəndər oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
91. Kürdəmir rayon sakini, kəşfiyyatçı Qurbanov Tural Gülşad oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
92. Tovuz rayon, Bayramlı kənd sakini, 1994 təvəllüd, kəşfiyyatçı Cəfərov Mirsalam Təvəkgül oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
93. Sumqayıt sakini, kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu cəbhədə gedən döyüşlərdə şəhid olub.
94. Hərbçimiz Məmmədov Natiq Ehtiram oğlu cəbhədə baş vermiş döyüşlər zamanı şəhid olub.
Haqqında dəqiq məlumat olmayan hərbçilər:
1. Qəbələ rayonundan çağırılmış Əhədli Sədail Vüqar oğlu haqqında heç bir məlumat yoxdur.
2. Vüsal Şıxməmmədov - (dəqiq xəbər yoxdur)
Mülki şəxslərin siyahısı:
1. Orxan Valeri oğlu Rəhimov – 1993-cü il təvəllüdlü - Tərtər
2. Fərman Elçin oğlu Əsədov – 1992-ci il təvəllüdlü - Gəncə
3. Turanə Kamandar qızı Həsənova - 16 yaşlı - Kəlbəcərdən məcburi köçkün
4. Dadaşov Qaraş Şahmar oğlu – 1954-cü il təvəllüdlü - Ağdam Əhmədağalı
5. Cəlal Rəhimov
6. Orxan Rəhimov Cəlal oğlu
31/03/2017
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalq"ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.
Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən anti-azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Bu - erməni faşızminin yalnız bir əsrdə törətdiyi qisa icmaldır...
Allahım, Qarabağın azadlığını tezləşdir!
(Aqşin Əsgərov)
UNUTMADIQ UNUTDURMARIQ!!!
11/03/2017
Xərçəng xəstəliyindən vəfat etmiş, amerikalı yazıçı Erma Bombek ölümündən əvvəl bunları qələmə almışdır:
Həyatımı yenidən yaşaya bilsəydim əgər;
Xəstəykən yatağa girər istirahət edərdim.
Mən olmadığım zaman hər şey pisə gedəcək deyə düşünməzdim... Gül şəklindəki çəhrayı şamı saxlamaz yandırardım.
Daha az danışar, amma daha çox dinlərdim...
Yerlər çirklənsə, masa örtüm ləkələnsə belə daha çox dostlarımı axşam yeməyinə dəvət edərdim...
Qonaq otağında televizora baxarkən, popcorn yeyər. Yerlər ləkə olacaq deyə qorxmazdım... Mənə gəncliyini izah etməyə çalışan atama daha çox vaxt ayırardım... Ərimin məsuliyyətlərini daha çox paylaşardım...
Saçım pozulmasın deyə, avtomobilin şüşəsinin açılmasına qarşı çıxmazdım...
Ətəyimin ləkələnilməsinə baxmadan çəmənlərə oturardım...
Televizora baxarkən daha az, həyata baxarkən daha çox ağlar və gülərdim... Ömür boyu zəmanətlidir deyilən heç bir şeyi satın almazdım...
Hamiləliyimin bir an əvvəl sona çatıb, doğum etməyi diləmək yerinə, hamilə olduğum hər anın dadını çıxarar və içimdə bir canlı saxlamanın nə qədər möcüzə olduğunu fərq edərdim... Bu o qədər nadir bir hadisə ki... Möcüzə kimi bir şey...
Uşaqlarım məni öpmək istədiklərində, əsla "Əvvəl get əllərini, üzünü yu" deməzdim... Onlara daha çox "səni sevirəm", ondan da daha çox "üzr istəyərəm" deyərdim.
Amma başqa bir həyat verilsəydi ən çox edəcəyim şey; hər dəqiqəsini qiymətləndirmək olardı...
Diqqətlə bax... Həqiqətən gör... Yaşa.. İmtina etmə...
Kiçik şeylər üçün şikayət etməkdən imtina et...
Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı...
Bunun yerinə, əlaqələrimi gücləndirməyə çalışardım...
Sahib olduğunuz ruhi, fiziki və romantik hər şey üçün şükr edin...
Tək bir həyatınız var və bir gün sona çatır...
Ümid edirəm hər gününüzü qiymətləndirərsiniz..."
09/03/2017
Bu gün ürek dağlayan hadise oldu.Belke de bir neçe telebe evden uzaq ,belkde günlerin sayirdilar bayrama göre😔 Yol qezasinda SDU telebleriden texminen 20 nefer yaralanan ve 5 nefer dünyasin deyişdi.Tanridan dünaysini deyişen telebelerimizin yaxinlarina sebr ve yaralananlara acil şefalar dileyirik.Yanliz SDU-nun deyil bütün universitetlerimizin kederidir .....😔😔😔😢
07/02/2017
İbrahimov Mübariz Ağakərim oğlu
7 fevral 1988- ∞
Doğum Günün Mübarək.
Click here to claim your Sponsored Listing.