Ağıllı

Ağıllı

Share

30.03.2018

12/12/2022

Ceyran və sürücü Əhməd 59 il sonra...

11/12/2022

- İnsanlar bir çox şeyin seksi olduğunu fikirləşir; rəqs, əzələlər, sarı saçlar, fransız aksenti. Məncə seksi olan bilirsən nədir? Ağıl. Biri danışarkən ona heyran olmaq xoşuma gəlir. Biri mənə bilmədiyim şeyləri izah edəndə yoldan çıxıram.
- Bu dediyin şey lüğətdə var əslində, sapioseksual deyilir.

"La casa de papel" serialından

Sapioseksual intellekti ən cazibədar xüsusiyyət hesab edən insandır. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» - ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz - ağlın qüdrəti və dərinliyi, həzz almaq — intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir.

Sapioseksuallar üçün məmnuniyyət alma pərəstişi - partnyorla fəlsəfi müzakirələr aparmaq, sərt tənqid etmək və dəqiq kinayə etmək və s.dir.

Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasından anlaşılmaz ola bilər. Ağlın işini müşahidə etmək - böyük məmnunluğun apriorisidir. Bunun başqaları üçün belə olmaması da mümkündür.

04/12/2022

❄❄❄

13/11/2022

Möhtəşəm mənzərəli yerlərdən ölkəmizdə çox var.Yolunuz düşsə İsmayıllıya baş çəkərsiniz

📸Tural Mamedoviç

24/10/2022

Bir dəfə varlı səyahətçi mehmanxanada gecələmək üçün mehmanxana sahibinə 50 dollar pul verir. Özü isə bəzi işlərini həll etmək üçün bir-iki saatlıq gedir. Mehmanxana sahibi o geri dönənə qədər ona ən yaxşı otağı hazırlayacaqlarını vəd edir. Səyahətçi işlərini həll etməyə getdikdə sonra mehmanxana sahibi vaxt itirmədən pulları götürür və qəssabın yanına gedərək ona borclu olduğu 50 dolları qaytarır. Qəssab isə öz növbəsində ətə görə ferma sahibinə 50 dollar borclu idi və onun yanına gedərək borcunu qaytarır. Ferma sahibi bu pullar avtomobil ustasına olan borcunu, usta isə mağazaya olan borcunu ödəyir. Mağaza sahibi isə mehmanxana sahibinə bir neçə günlük qohumlarını qəbul etdiyinə görə borclu olduğu 50 dolları ödəyir.

Səyahətçi 1 saatdan sonra qayıdır, planları dəyişdiyi üçün dərhal gedəcəyini bildirir və verdiyi 50 dolları geri istəyir. O 50 dollarını götürür və gedir. Şəhərin heç bir sakini heç nə əldə etmir, lakin artıq heç kimin heç kimə borcu qalmır.

23/10/2022

Televiziyalar beyinləri təmizləyir.

22/10/2022

Cabbar Qaryağdıoğlu, 1935-ci il.

Rənglənmiş tarix

17/10/2022

Universitetdə ən çox sevdiyim müəllimin otağında idim. Mənə “Nə olmaq istəyirsən?” deyə sual verdi. “İntellektual olmaq istəyirəm” dedim.

“Səndən intellektual olmaz” dedi.

Donub qaldım, sonra incik bir səslə "Sizin dərsi keçsəm də yenə mühazirələrinizə gəlirəm, ən çox oxuyan, araşdıran və elmi müzakirələrdə iştirak edən yenə mənəm” dedim.

“Səndən intellektual olmaz” dedi.
Çox qəzəblənmişdim! “Dosentlik dissertasiyalarının mövzularını belə mən təklif edirəm" dedim.
Professor gülümsəyərək geriyə yaslandı.
"Səndən çox yaxşı tədqiqatçı olar, amma intellektual olmaz” dedi. Arxasınca da davam etdi: “Səndən intellektual olmaz dediyimdə niyə elə düşündüyümü soruşmadın, küsdün və qəzəbləndin”.Yazarlıq bilik işidir. İntellektuallıq bilik deyil, davranış tərzidir. Bir insanın intellektual olması üçün ailəsinin ən azı 3 nəsil oxumuş olması lazımdır. Universitetin həyətinə bax. Son model avtomobillərlə doludur, hamısı da müəllimlərə məxsusdur. Hər il yenilərini alırlar. Tez-tez maşın dəyişməyə nə ehtiyac var? Niyə belə yaşayırlar?
Çünki müxtəlif elmi titullara sahib müəllimlərin karyerası nə qədər yüksək olsa da ruhları feodal bir kəndçi ruhudur.

Güclərini cəmiyyətə sırımaq üçün özlərini belə göstərməli, lovğalanmalıdırlar.

Əsl intellektual əsla bu motivlərlə hərəkət etməz. Saxta intellektual kəndçilərə diplomlar və elmi titullar azlıq edir.

Eynilə pulun azlıq etdiyi kimi.

16/10/2022

İngilis generalı bir müddət qoyunlarını otaran çobana baxdıqdan sonra ona yaxınlaşır və deyir ki:
- sürünü qoruyan itini öldürsən, sənə 100 sterlinq verərəm.
Bu, uzun müddət ağır şəraitdə yaşayan çoban üçün böyük puldur.

Bununla belə, it də çox qiymətlidir. Sürüsünü idarə edən, hər cür təhlükədən qoruyan, xəstə qoyunun başında belə günlərlə ac-susuz gözləyən çobanın yeganə etibarı, it bir sərvətdir.
Ancaq təklif olunan pul 100 funt sterlinqdir.

Çoban iti tutub generalın qabağında kəsir və pulu alır.

General:
- Köpəyin dərisini soysan daha 100 sterlinq verəcəm deyir.

Çoban bu dəfə düşünmədən, İtin dərisini soyur və pulu alır.

General:
- Əgər iti parçalara ayırsan, daha 100 sterlinq deyir..

Artıq iş-işdən keçib, çoban iti parça-parça edir, pulunu alır.

İşi bitdikdən sonra oradan ayrılmaq istəyən generala bu dəfə təklif çobandan gəlir:

- 100 sterlinq daha versən, itin ətini də yeyərəm..

General cavab verir:
- Heç vaxt!! Məqsədim sizin dəyər verdiklərinizə münasibətinizi öyrənmək idi. Yoldaşını, köməkçini, itini p**a qurban verdin.
Mənə lazım olanı öyrəndim.

Sonra üzünü yanındakılara cevirir.
Deyir:
- nə qədər ki, insanlarda bu xarakter var, qorxma, hər şeyi edə bilərsən.

Pulu olan və dəyəri olmayan insanlar, dəyəri olan, amma pulu olmayan insanların həyat tərzini dəyişdi.

Təəssüf ki, insanların şəxsi mənfəətləri üçün sata bilməyəcəyi dəyər qalmayıb.

Ya az p**a, ya da çox p**a.

Bəzən p**a, bəzən vəzifəyə görə..

Qazanmaq üçün satanlar...
Əslində, tamamilə itirdiklərini dərk etmirlər.

Çünki dəyərini p**a satanlar, satdıqları adamın iti olmaqdan, başqa işə yaramazlar...

Pulun aça bilmədiyi qapı yoxdur deyənlər,
Əslində! Pul üçün hər şeyi edə bilənlərdir...

16/10/2022

İnsanlara, xatirəyə çevrilməmişdən əvvəl dəyər verin...

16/10/2022

Onlarsız yaşamaqdan başqa, həyatda hər şeyi öyrədirlər💔

Photos from Ağıllı's post 15/10/2022

Bəzən ehtiyacın olan tək şey qucaqlaşmaqdır.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Baku