ASAIF - Azerbaijani Students and Alumni International Forum

ASAIF - Azerbaijani Students and Alumni International Forum Layihənin əsas məqsədi itirilmiş əşya sahiblərinin internet imkanlarından istifadə edərə

İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə yetirəcək bu layihə Etap.az adlanır. Layihənin əsas məqsədi itirilmiş əşya sahiblərinin internet imkanlarından istifadə edərək asanlıqla əşya haqqında elan yayımlaması, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və sosial fayda yaratmaqdır.

İlkin versiyada veb versiya kimi təqdim

olunacaq Etap.az gələcəkdə mobil tətbiq kimi istifadəçilərin xidmətinə təqdim olunacaq ki, bu da daha geniş miqyasda xidmət göstərməyə imkan yaradacaq. Hazırki mərhələdə xidmətin təklif olunduğu əsas bazar kimi Azərbaycan nəzərdə tutulmuşdur. Xidmət ödənişsizdir, lakin "Premium" imkanlara malik elanlardan istifadə etmək istəyənlərə ödənişli elan xidmətləri də təklif olunur. Premium elanların üstünlüyü seçilmiş müddət ərzində elanın daha çox insan tərəfindən görüntülənməsidir. Tapılmış əşyanı sahibinə qaytarmaq istəyən şəxslər də tamamilə ödənişsiz formada əşyanı qeydiyyatdan keçirə biləcəklər. Tapılan əşyanın qeydiyyatı zamanı və ya qeydiyyatdan öncə itirilmiş əşyalar arasından tapdığınız əşyaya uyğun bir əşya çıxarsa əlavə qeydiyyat aparmadan elan sahibi ilə əlaqə saxlaya və əşyanı təhvil verə bilərsiniz. Etap.az istifadə sadəliyi, istifadəçiyə rahat dizaynı, təkmilləşdirilmiş axtarış sistemi və bütün cihazlara uyğunlaşması ilə seçiləcək. Etap.az layihəsi haqda ən son məlumatları hələ ki, rəsmi facebook səhifəsindən əldə etmək olar.

Address

İçəri Şəhər, Böyük Qala Küçəsi 24
Baku

Alerts

Be the first to know and let us send you an email when ASAIF - Azerbaijani Students and Alumni International Forum posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ASAIF - Azerbaijani Students and Alumni International Forum:

Shortcuts

Share

Category