JET School tələbələrinin hazırladığı kibertəhlükəsizlik layihələri 🔐💻
Bu videoda tələbələrimizin kurs müddətində üzərində çalışdıqları layihələri və təqdimat anlarını sizinlə paylaşırıq. 🚀
Sistemlərin qorunması və kibertəhlükəsizlik yanaşmaları üzrə hazırlanan layihələr onların qazandıqları praktiki bilik və bacarıqları nümayiş etdirir.
JET School-da tələbələr öyrəndiklərini real layihələr üzərində tətbiq edərək texnologiyanı daha dərindən mənimsəyirlər.
—
Проекты по кибербезопасности, подготовленные студентами JET School 🔐💻
В этом видео делимся проектами и моментами презентаций, над которыми наши студенты работали во время обучения. 🚀
Проекты в области защиты систем и кибербезопасности демонстрируют практические знания и навыки, которые приобрели студенты.
В JET School студенты применяют полученные знания на практике и глубже осваивают технологии через работу над реальными проектами.
JET School
IT, Proqramlaşdırma, Kibertəhlükəsizlik, Robotexnika kursları (10-15 yaş uşaqlar)
Кибербезопасность — это не просто теория, а реальные навыки. 🔐💻
В JET School в рамках соревнования по кибербезопасности наши студенты решали реальные сценарии, проверяя свои навыки защиты систем и решения проблем.
После напряжённых и интересных этапов были определены победители. 🏆
Это соревнование ещё раз показало, что кибербезопасность — это не только знания, но и скорость мышления и правильные решения.
—
Kibertəhlükəsizlik sahəsində biliklər sadəcə nəzəri deyil — real bacarıqdır. 🔐💻
JET School-da keçirilən Kibertəhlükəsizlik yarışmasında tələbələrimiz real ssenarilər üzərində düşünərək, sistemləri qoruma və problem həll etmə bacarıqlarını sınadılar.
Gərgin, maraqlı və rəqabətli anların sonunda isə ən güclü iştirakçılar qalib elan olundu. 🏆
Bu yarışma bir daha göstərdi ki, kibertəhlükəsizlik yalnız bilik yox, həm də sürətli düşünmə və düzgün qərarvermə bacarığıdır.
Что такое Firewall и как он защищает нас в интернете? 🔐💻
В рубрике MiniTech наш ученик Мухаммедали на этот раз за 1 минуту объясняет одно из основных понятий кибербезопасности.
Коротко, просто и с реальным техническим объяснением — станьте ещё на шаг ближе к миру кибербезопасности. 🚀
________
Firewall nədir və internetdə bizi necə qoruyur? 🔐💻
MiniTech rubrikasında tələbəmiz Məhəmmədəli bu dəfə 1 dəqiqədə kibertəhlükəsizliyin əsas anlayışlarından birini izah edir.
Qısa, sadə və real texniki izahla — kibertəhlükəsizlik dünyasına bir addım daha yaxınlaşın. 🚀
Bəzən ən dəyərli nəticə — övladınızın texnologiyaya baxışının dəyişməsidir. 💻
Tələbəmiz Tural Sayadlının valideyni Samirə xanım bu videoda övladının JET School-dakı inkişafı, dərslərə yanaşması və vaxtını daha faydalı şəkildə dəyərləndirməsi ilə bağlı fikirlərini bölüşür.
Videoda həmçinin dərslərin fərqli formatı, müəllim və mentorlarımızın yanaşması, eləcə də tədrisin keyfiyyəti haqqında dəyərli fikirlər yer alır. 🚀
Belə inkişaf hekayələri gördüyümüz işin dəyərini daha da artırır.
—
Иногда самый ценный результат — это изменение взгляда ребёнка на технологии. 💻
В этом видео мама нашего студента Турала Саядлы — Самира ханым делится своими впечатлениями о развитии сына в JET School, его отношении к занятиям и том, как он начал проводить своё время более полезно.
Также в видео она особенно отмечает необычный формат обучения, подход преподавателей и менторов, а также качество обучения. 🚀
Такие истории развития делают нашу работу ещё более ценной.
13/05/2026
Yay tətilini planlı və məqsədli şəkildə dəyərləndirmək istəyən valideynlər üçün ideal seçim ☀️
JET School Yay Qrupları ilə övladınız IT əsaslarını mənimsəyəcək, proqramlaşdırmanı öyrənəcək, veb dizayn bacarıqları qazanacaq və nəticədə öz saytlarını yarada biləcək 💻
Bu müddət yalnız tədrislə məhdudlaşmır — əyləncəli tədbirlər, yeni dostluqlar və unudulmaz xatirələr də bu təcrübənin bir hissəsidir 🎉
Üstəlik, hazırda 20% ENDİRİM fürsəti də mövcuddur! 🔥
Müraciət etməyə tələsin 📩
Ətraflı məlumat üçün rəylərdə “YAY” sözünü qeyd etməyiniz kifayətdir🏖️
JET School-da alqoritm üzrə bilik və düşünmə bacarıqlarını yoxlayan maraqlı yarışma keçirildi 💻🧠
İştirakçılar verilən tapşırıqları həll edərək məntiq, sürət və düzgün yanaşma bacarıqlarını nümayiş etdirdilər.
Yarışmanın sonunda isə ən yaxşı nəticə göstərən tələbələr seçildi və medal, eləcə də hədiyyələrlə mükafatlandırıldı 🏅🎁
Bütün iştirakçıları təbrik edirik və göstərdikləri əzmkarlığa görə təşəkkür edirik 👏
10/05/2026
10 May — Ümummilli Lider Heydər Əliyevin doğum günüdür!
Ulu Öndəri dərin hörmət və ehtiramla anırıq.
JET School-da təhsil sadəcə dərslərlə məhdudlaşmır — burada uşaqlar özlərini dəyərli hiss etdikləri bir mühitdə təhsil alırlar 🎉
Mart və Aprel aylarında ad günü olan tələbələrimizi kiçik hədiyyələr və xoş sürprizlə sevindirdik 🎁✨
Onların sevinc dolu anlarını isə bu videoda sizinlə bölüşürük 🧡
Birlikdə öyrənmək qədər, birlikdə gözəl xatirələr toplamaq da bizim üçün dəyərlidir.
09/05/2026
9 May — Faşizm üzərində Qələbə Günündə tarixə iz qoyan qəhrəmanları hörmətlə yad edirik. 🇦🇿
Gələcək nəsillərin sülh və həmrəylik içində böyüməsi arzusu ilə. 🧡
01/05/2026
Öyrənməyə başlamaq üçün ən doğru vaxt — elə indidir. 💻🚀
JET School-da Kompüter Mühəndisliyi dərsləri uşaqlara texnologiyanı yalnız istifadə etməyi deyil, onu anlamağı və yaratmağı öyrədir.
Proqram çərçivəsində onlar alqoritmik düşüncə, proqramlaşdırma, dizayn və kibertəhlükəsizlik kimi sahələrdə ilkin və vacib biliklər qazanırlar.
Bu bacarıqlar uşaqların həm məntiqi düşüncəsini inkişaf etdirir, həm də gələcəkdə texnologiya sahəsində güclü təməl formalaşdırır. ✨
Sizcə uşaqlar üçün ən vacib bacarıq hansıdır? Cavabınızı şərhlərdə yazın. 👇
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Baku