06/02/2026
‼️TƏHSİLİN MAFİOZ QADINI-TƏRANƏ CƏBRAYILOVA
Müzakirələrə səbəb olan son paylaşımın qəhrəmanı Təranə Cəbrayılova barədə kiçik bir araşdırma etdik. Məlum oldu ki, bu qadın, sözün həqiqi mənasında, qərb zonasının ən ataman, "ən bərkgedən" direktorlarındandır. Saytlarda gedən (təkcə elə tehsil. media saytında onun maxinasiyalarını əks etdirən 3 yazı gedib) bu iddialar, konkret və dəqiq faktları əks etdirib və buna görə də qarşı tərəf, cavab verməyi deyil, gizlənməyi seçib (Niyəsə onun fb profili belə yoxdur).
Belə ki, yeni vəzifəyə təyin olunmazdan əvvəl, yəni Goranboy rayonunun Hazırəhmədli kənd orta məktəbinin direktoru olarkən,o, konkret cinayət və maxinasiya faktı üzrə ifşa olunub! Daha dəqiq desək, işə götürmək adı ilə müavini vasitəsilə vətəndaşdan tam 9 min azn (!) rüşvət alıb, lakin vədini yerinə yetirməyib. Şikayətçi tərəf, hüquq-mühafizə orqanlarına müraciət edib və istintaq zamanı, müavin rüşvəti də etiraf edib, onu direktora verdiyini də etiraf edib, lakin nə sirdisə, fakt lazımı hüquqi qiymətini almayıb(!).
T. Cəbrayılova, ən azı 2 maddə üzrə (külli miqdarda dələduzluğa və korrupsiyaya görə) həbs olunmaq əvəzinə, necəsə, "sudan quru çıxıb"!
Dəhşətli qalmaqaldan sonra, hətta rayonun təhsil sektorunun müdiri, istefa ərizəsi verməyə məcbur qalıb.
Beləcə işin "üstü örtülüb".
Və nə qədər əcaib olsa da, T.Cəbrayılova ən azı təhsildən qovulmaq əvəzinə, başqa məktəbə direktor təyin edilib!
Yəni, qadın, bildiyimiz peşəkar bir mafioz və kriminal bir ünsürdür!
_______
Qeyd olunan hadisə, təbii ki, sözügedən dələduz qadının, qanunsuz əməllərindən sadəcə biridir, hansı ki, qarşı tərəf özündə cəsarət taparaq, məsələni ictimailəşdirə bilib.
(Qeyd etdiyimiz bu və digər faktlar üzrə mediada dərc olunmuş məlumatların linklərini şərhdə yerləşdirəcəyik).
________
P.S. Dünən Yunis Dürüst Filosofun bu qadını "qorxulu" adlandırması ilə bağlı postunu paylaşmışdıq. Demək olar ki, 99 faiz insan onu qınadı, hətta bəziləri təhqir etdi, qadını "gözəl" və "xeyirxah qadın" adlandırdı. Amma, əslində Yunis bəy onun eybəcər olduğunu demirdi, yəni xaricindən yox, daxilindən danışırdı.
Bəli, Yunis bəy haqlı çıxdı, digərləri yanıldı! Görünür ki, cəmiyyətimizin yetkin və intellektli olmasına hələ çox var...
,,,,,,,,,,,,,,,,,,,,
P.S. Normalda, mafioz bir qadını ətrafı və tör-töküntülərindən başqası müdafiə etməməliydi, amma müəllimlər də bu əcaib və mafioz çevrəyə özlərini urcah etdilər... Bəli, ən üzücü olan budur ki, yüzlərcə müəllim də Yunis bəyi qınayıb, bu fırıldaqçı qadını müdafiə etdi!
Kriminal bir ünsürü, sırf gözəlliyini görə hansısa şorgöz və yelbeyin kişi müdafiə edə bilər və çoxlu belə kişi, bu qadını tanımadan axmaqca müdafiə etdilər. Lakin QADINLARın sırf "qadın həmrəyliyi" ilə onu korkoranə müdafiə etməsi, absurd və faciəvidir! Çünki, gözəl olmaqla, yaxşı olmağın fərqini anlamayan dərrakəsiz müəllim hər halda, yəqin ki, gec-tez təhsil sistemimizin amansız "tırtılları", çətinləşən şərtlər altında əziləcəkdir.
Çox təəssüflər olsun ki, müəllimlərimizin çoxu sadəlövh və səbrsizdir.