14/06/2024
Oktyabr ayının 12-si Azərbaycan Radioloqlar Cəmiyyəti tərəfindən keçiriləcək konfransa tezislərin qəbulu davam edir.
Təqdim olunacaq işlər aşağıdakı tələblərə uyğun hazırlanmalıdır:
- Tezislər azərbaycan və yaxud ingilis dillərində təqdim oluna bilər.
- Tezislər A4 formatda, 1 səhifədən çox olmamaq şərtilə, “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arasında interval 1 olmalıdır.
- Tezis ardıcıl olaraq giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr və yekun hissələrdən ibarət olmalıdır.
- Əvvəlcə baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə tezisin müəlliflərinin soyadı, adı və atasının adı və çalışdığı müəssisə qeyd edilir.
- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalıdır və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır.
- Tezislərin elektron variantlarını, e-mail vasitəsilə 1 iyul 2024 il tarixinədək, Azərbaycan Radioloqlar Cəmiyyətinin Elmi Katibliyinə təqdim etməyiniz xahiş olunur. Təqdim olunan işlər Cəmiyyətin Elmi Komitəsi tərəfindən dəyərlənirilərək, məruzə və ya poster olaraq təqdim olunabilmə haqqında məlumat göndəriləcəkdir.
E-mail: [email protected]