21/06/2021
Liderlik və idarəetmə təlimimiz nümunəvi bir lider, rol model olaraq formalaşmağınız üçün əhəmiyyətli rol oynayacaq!
İlk dərs ödənişsizdir, qoşulmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
☎️ (012) 594 26 73
📞 (050) 597 79 67
📍 Cəlil Məmmədquluzadə 73F, Nəsimi rayonu (Bridge Plazanın yanı)
14/06/2021
İşdəki motivasiya səviyyəsi çox vacibdir. İş yerindəki davranışlarından işçilərin motivasiyasının aşağı olduğu müşahidə edilə bilər. Düşük motivasiyaları nəticəsində işlərindəki performanslarının azaldığını müşahidə edə bilərsiniz.
Motivasiyanın aşağı olduğu hallarda işçilər işdənkənar fəaliyyətlərə daha çox vaxt ayırmağa başlayacaqlar. İş vaxtlarını sərf etmək üçün müxtəlif yollardan istifadə etmək şirkətin fəaliyyətinin azalmasına səbəb olacaqdır.
Belə vəziyyətlər müşahidə edildikdə, əvvəlcə işçi ilə təkbətək müsahibələr aparmaq lazımdır. Bu kadrların aşağı motivasiyasının səbəbləri araşdırılmalıdır. Bunlara şəxsi, menecerlərlə olan, maaş problemləri kimi məsələlər səbəb ola bilər. İşçinin motivasiyasının olması səbəbinin hansı problem olduğunu mütləq tapmaq lazımdır.
02/06/2021
Şirkətin uğurla yüksəlişə keçməsinin ən önəmli şərtlərindən biri də müştərinin xidmətdən razı olmasıdır. Bunun üçün isə bizə lazım olan bəzi önəmli detallara nəzər yetirməliyik :
- Müştərimizi yaxşı tanıyırıqmı?
- Müxtəlif situasiyalarda çətin xarakterli müştəri ilə münasibətdə çıxış yolunu tez tapırıqmı?
- Xidmətimizdən məmnun olan müştəri varmı?
- Müştəridə şirkət haqqında müsbət təəssürat yarada bilmişikmi?
- Aqressiv müştəri ilə davranış qaydalarını bilirikmi?
24/05/2021
Şəffaf İdarəetmə Prinsipləri çərçivəsində bir inkişaf planına başlamaq olar: Məqsəd, İnsan, Proses
Şirkətin işi müəyyənləşdirilməli, strategiyası, hədəfi aydın olmalıdır və hər bir işçi şirkətin məqsədi daxilində öz vəzifəsini bilməlidir. İşçilərlə qarşılıqlı etimada əsaslanan bir əlaqə qurulmalı, işçilər daim inkişaf etdirilməli və öz işləri ilə əlaqədar problemləri həll edə bilməlidirlər. Proseslər müəyyənləşdirilməli, işçilər tərəfindən davamlı olaraq təkmilləşdirilməli və zərərlərdən azad olmalıdır.
Şirkət daxilindəki problemlər qarışıqlığa və motivasiyadan düşməyə səbəb olur. Bu vəziyyətdə problemi sabitləşdirərək münasibətləri yaxşılaşdırmaq daha sonra isə performans göstəricilərini görünən vəziyyətə gətirməklə sıradan çıxmaları davamlı izləmək və sonra işi standartlaşdırmaqla ilk inkişaf mərhələsinə nail olmaq lazımdır.
Bütün bu səylər göstərilərkən Satış və Marketinqin üzərinə vacib vəzifələr düşür.
20/05/2021
Bu üsuldan telefon zənglərində də istifadə edə bilərsiniz. Telefon zəngi zamanı öncə müştəriyə məhsul və ya xidmət zamanı əldə edə biləcəyi faydalarla bağlı sual verirsiniz. Müştəri ilkin reaksiya olaraq dərhal «Bu məni maraqlandırmır》 deyə cavab verir . Və siz də dərhal « Əziz müştəri, mən sizin maraqlanmayacağınızı öncədən təxmin edirdim və buna görə də məhz sizə zəng etdim» cavabını verirsiniz.
Müştəri anlamayıb « Necə yəni? » deyə soruşacaq. Siz isə izah edirsiniz: "Əziz müştəri, indi bizim məhsullardan istifadə edənlərin çoxu əvvəllər maraqlanmamışdılar. Qətiyyən maraqlanmayan insanlar sonradan məhsuldan ən çox fayda görən müştərilər olmuşdurlar.
Siz maraqlanmadığınızı bildirdikdə bu əslində , məhsulun məhz sizə lazım olduğu anlamına gələ bilər. Məhsulu sizə təqdim etmək üçün mənə sadəcə on dəqiqə bəs edər və bundan sonra siz özünüz qərar verə bilərsiniz. Sizin üçün münasib vaxt nə zamandır ?" Görüş üçün dəqiq vaxt əvəzinə həmişə təxmini vaxt müəyyən edin. «Cümə axşamı səhər saat təxminən on radələri sizin üçün münasibdirmi ?»
Müştəri üçün sizinlə cümə axşamı səhər saat on radələrində və ya cümə günü səhər görüşmək daha asandır.
20/05/2021
Liderliyin sirrlərinə yiyələnmək və əməkdaşların resurslarını düzgün istiqamətə yönləndirmək üçün hansı addımlar atılmalıdır? İdaetmənin sirrlərini birlikdə kəşf edək
Təlimə qoşulmaq üçün bizə yazın:
📞 (050) 597 79 67
☎️ (012) 594 26 73
📍 Cəlil Məmmədquluzadə 73F, Nəsimi rayonu (Bridge Plazanın yanı)
19/05/2021
"Problem onda deyildir ki, problem mövcuddur". Problem - problemin olmayacağını güman etməyimizdə və problemin olmasını problem hesab etməyimizdədir" - Teodor Rubin
Həyatda hər birimiz problem və çətinliklərlə üzləşirik. Özü də bu, demək olar ki, hər gün baş verir.
Tez-tez özümüzə sual veririk: "Bütün problemləri necə həll edək?", "Necə edək ki, problem olmasın?"
Bəs düşünmüsünüz ki, çətinliklər normaldır və məhz onların sayəsində biz indi olduğumuz yerdəyik? Problemlərlə mübarizə aparmaq, çətinliklərin öhdəsindən gəlmək lazımdır. Necə?
Məsələ burasındadır ki, bizdən bir anın içində bütün problemləri həll etmək tələb olunmur. Buna görə də panikaya düşmək, çətinlikdən qaçış yolları axtarmaq, stressə və gərginliyə düşmək lazım deyildir. Problemləri gəldikcə, addım-addım həll etsək, onlar bizi tərk etməyə başlayacaq. Doğrudur, çətinlik qarşısında ağrı hiss etmək, həyəcanlanmaq, məyus olmaq əslində normal emosional reaksiyadır.
Amma bu qısa sürməlidir. Bu hisslərlə qarşılaşmamaq üçün qaçış yolları fikirləşməməliyik. Qəbul etməliyik ki, həyatın mənası problemlə üzləşib öyrənməkdə, adaptasiya olmaqda və sonda onları həll etməkdədir. Məhz problemlər bizi şəxsiyyət kimi yetişdirir.
11/05/2021
"Ən qiymətli hədiyyələri biz özümüz-özümüzə bəxş edirik. Həyat bütün qapılarını uğursuzluq qorxusunu boğa bilən adamın üzünə açır" - Bodo Şefer
Uğursuzluq haqqında nə qədər çox düşünürüksə, qorxu da bir o qədər çoxalır. Qorxu artdıqca isə uğursuzluqları doğrudan da yaşayırıq. Niyə?
Çünki uğursuzluq haqqında düşüncələrimiz obrazlaşır, fərqli-fərqli şəkillərdə biz necə uğursuzluğa düçar olduğumuzu vizuallaşdırırıq və bədənimiz buna qorxu hissi ilə reaksiya verir. Çünki şüuraltımız obrazları tam real kimi qəbul edir. Qorxu enerjisi altında gördüyümüz işlərin p*s nəticələnməsi isə təəccüblü deyil.
Məhz buna görə də, uğursuzluq qorxusundan azad olmaq şərtdir. Bu qorxudan azad olsaq, qarşımızda yeni imkanlardan ibarət geniş üfüqlər açıldığını görərik. Çünki qorxu olmayanda beynimiz hər işin başlanğıcında pozitiv obrazlar yaradaraq bizi hədəflərimizə doğru stimullaşdırır.
Uğursuzluq qorxusu iş həyatında inkişafınızın və yüksək gəlir əldə etməyinizin qarşısını kəsən ən böyük maneə ola bilər. Bütün qorxu və fobiyalar kimi uğursuzluq qorxusundan azad olmaq da tamamilə realdır.
Həyatımız da, işimiz də, əhvalımız da nə düşünməyimizə bağlıdır.
05/05/2021
Satışın bağlanmasına növbəti maneə insan ətalətidir. Müştəri müəyyən bir məhsuldan və ya xidmətdən istifadə etməkdən məmnundursa, eyni məhsulun istifadəsinə davam etmək dəyişiklik etməkdən daha asandır. İnsanlar komfort zonasına düşürlər.
Hazırki vəziyyətlərinə alışqan olurlar. Təklif etdiyiniz məhsul daha ucuz və daha keyfiyyətli ola bilər, lakin təklif etdiyiniz üstünlüklər və avantajlar çox zaman müştərini adət etdiyi əvvəlki məhsuldan ayırmağa kifayət etmir.
Müştərini bir məhsul və ya xidmətdən imtina edib, digərini seçməyə sövq etmək üçün onun yararlana biləcəyi bütün əlavə üstünlükləri də sadalamalısınız. Bu üstünlüklər o qədər cəlbedici olmalıdır ki, müştərini dəyişiklik etməyə sövq edə bilsin. Onunla dəfələrlə ünsiyyət qurmalısınız, üstünlükləri dönə-dönə qeyd etməlisiniz ki, müştəri sonunda dəyişiklik etmək istəsin.
04/05/2021
İnsanların çoxu bundan xəbərsizdir. Onlar qazanmaq bacarıqlarını anadangəlmə hesab edirlər. Lakin bu belə deyil. Peşənizi öyrənməyə və bacarığınızı artırmağa sərf etdiyiniz təhsil, təcrübə və ağır zəhmət qazanmaq bacarığının inkişaf etdirilməsinə sərf edilmişdir.
Qazanmaq bacarığınız əzələ kimi bir şeydir. İllərlə məşq sayəsində güclənə bilir. Bunun əksi də öz təsirini göstərir: məşq etmədikdə əzələ zəiflədiyi kimi zamanla qazanmaq bacarığı da lazımi təlim görmədikdə zəifləyir. Başqa sözlə sizin qazanmaq qabiliyyətiniz ya inkişaf, ya da tənəzzül edə bilər. İnkişaf etməsi daimi yatırım və mükəmməlləşdirmə sayəsində baş verir və maddi vəziyyətinizin yaxşılaşması ilə özünü biruzə verir.
Tənəzzül isə əksinə diqqətsiz qaldıqda, heç bir yatırım edilmədikdə baş verir və maddi vəziyyətin p*sləşməsi ilə müşayiət olunur. Qazanmaq qabiliyyətinizin illər boyu aybaay inkişaf və ya tənəzzül edəcəyi seçimi isə sizin özünüzdən asılıdır.
28/04/2021
FedEx şirkəti haqqında nə bilirik?
FedEx Express, ABŞ-ın hər ünvanına və 220-dən çox ölkəyə və əraziyə sürətli və etibarlı çatdırılma təmin edən dünyanın ən böyük çatdırılma şirkətlərindən biridir.
Tarixi
1974-cü ildə, şirkətin yaranmasından üç il sonra FedEx şirkəti iflas ərəfəsində idi. Şirkət ayda 1 milyon dollar itirirdi və Fred Smit (CEO) kapital toplaya, kredit ala və investorları cəlb edə bilmədi.
İş həftəsinin sonunda - cümə günü şirkət hesablarında yalnız 5.000 dollar qalmışdı və bu da şirkətin fəaliyyətini davam etdirməsi üçün kifayət etməmişdi. Smit sərt bir addım atmağa qərar verdi. Arkanzasın Littl Rok şəhərindən Las Veqasa uçdu və həftə sonunu şirkətin vəsaiti ilə kazinoda blekcek oynadı.
Smit bazar ertəsi günü şirkətin mərkəzinə qayıtdı və təəccüblü şəkildə rəhbərlərə 5.000 $-ı 27.000 $- a çevirməyi bacardığını söylədi.
Qısa bir müddət sonra şirkət 11 milyon dollarlıq vəsait qazandı və iki il sonra 1976-cı ildə FedEx ilk 3.6 milyon dollar qazancını qeyd etdi.
Loqoya diqqət!
E və X hərflərinə diqqətlə baxın. İki hərf arasındakı boşluqda bir ox görməlisiniz. Ox FedEx-in A-dan B-yə çatdıran bir şirkət olduğu üçün subliminal mesaj göndərmək məqsədi daşıyır. Lakin ox 1994-cü ildə təsadüfən yaradılmışdı, çünki loqo dizaynerləri 400-dən çox fərqli dizayn hazırlayarkən gizli oxu aşkar etdilər.
27/04/2021
Düşüncələrimizi necə pozitiv tuta bilərik?
• Neqativ və nə isə p*s bir şey haqqında düşünməyə başlayan kimi fikirlərinizi durdurun! Dərhal yaranmış vəziyyətdə sizin xeyrinizə olan bir şey tapın. Və fikrinizi ona kökləyin. İlk vaxtlar mənfinin içərisində müsbəti tapmaq çətin olacaqdır. Lakin zamanla və kreativ düşüncəmizi inkişaf etdirərək buna asanlıqla nail ola bilərik. "Axtaran tapar" sadəcə pafos naminə deyilmiş ifadə deyildir, gerçək sözlərdir.
• Lüğətinizdən neqativ sözləri çıxarın. Xüsusən də özünüzə, öz şansınıza münasibətdə belə sözlər istifadə etməyin! "Bəxtim gətirmir də", "məndə şans yoxdur heç" və s. belə ifadələrdir
• Affirmasiyalar, pozitiv cümlə və ifadələri hər gün güzgüyə baxaraq deyin. Şüuraltınız zamanla bu affirmasiyaların verdiyi proqrama keçəcəkdir.
Bunların və insanda daxili motivasiyanı yaradan digər texnikaların necə işlədiyini öyrənərək həyatınızda və karyeranızda möcüzələr yarada bilərsiniz. Beləcə bütün əngəllər və çətinliklər sizin üçün maneə yox, zirvəyə gedən daha bir pillə rolunu oynayacaqdır.