Elşən Qafarov

Elşən Qafarov Direktorlarının və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə (test, esse, müsahibə) hazırlıq.

Bu Qaydalar məktəbdə təlim nəticələri zəif olan, xüsusilə 2 riski daşıyan şagirdlərlə işin məktəb üzrə vahid mexanizm əs...
28/02/2026

Bu Qaydalar məktəbdə təlim nəticələri zəif olan, xüsusilə 2 riski daşıyan şagirdlərlə işin məktəb üzrə vahid mexanizm əsasında qurulması məqsədi ilə hazırlanmışdır. Təcrübə göstərir ki, 2 qiyməti bir çox halda təkcə şagirdin məsuliyyətsizliyi ilə izah olunmur. Çox vaxt mövzu boşluğu, davamiyyətin zəifləməsi, motivasiyanın enməsi və ailə nəzarətinin qeyri sabitliyi kimi amillər eyni vaxtda təsir edir. Bu səbəbdən məktəbin müdaxiləsi təsadüfi yox, ardıcıl və ölçülə bilən tədbirlər üzərində qurulmalıdır. Qaydalar təlim boşluqlarının erkən mərhələdə aşkar edilməsini və boşluqların mərhələli şəkildə aradan qaldırılmasını hədəfləyir. Sənədin əsas məqsədi şagirdi cəza ilə deyil, dəstək və bərpa tədbirləri ilə minimum təlim nəticələrinə çatdırmaqdır. Qaydalar hər bir şagirdə eyni yanaşmanı nəzərdə tutmur. Dəstək şagirdin ehtiyacına uyğun fərdiləşdirilir. Bu mexanizm pilləli dəstək yanaşması əsasında təşkil olunur və dəstəyin intensivliyi ehtiyac artdıqca yüksəldilir. Qaydaların tətbiqi təlimin keyfiyyətinə, dərsə davamiyyətə və dərsə qoşulmaya birbaşa təsir edən idarəetmə tədbiri kimi qiymətləndirilir. Görülən işlər faktlara, müşahidələrə və ölçmə nəticələrinə əsasən planlaşdırılır. Qaydalar müəllim, sinif rəhbəri, psixoloq və məktəb rəhbərliyinin eyni məqsədə yönəlmiş koordinasiyalı fəaliyyətini təmin edir. Valideynlə əməkdaşlıq bu işin ayrılmaz hissəsi hesab olunur. Tədbirlərin nəticə verməsi üçün valideyn məktəbin planı barədə vaxtında məlumatlandırılır. Qaydalar şagirdin ləyaqətinin qorunmasını, etiketləmə və rüsvayedici yanaşmanın yolverilməzliyini tələb kimi müəyyən edir. Sənədləşmə və monitorinq tədbirlərin icrasına nəzarəti gücləndirir və qərarların əsaslandırılmasına imkan yaradır. Bu Qaydalar Pedaqoji Şuranın qərarı ilə təsdiq edilir və məktəb üzrə icrası məcburi sənəd statusu daşıyır.

Məktəbdə “2” qiyməti alan şagirdlərlə işin təşkili Qaydaları - DİREKTOR.AZ

Diqqət‼️  Məktəb direktorları, tədris işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri, müəllimlər və sinif rəh...
27/02/2026

Diqqət‼️ Məktəb direktorları, tədris işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri, müəllimlər və sinif rəhbərləri üçün Məktəbşünaslıq Klubunda “Təlim nailiyyətləri zəif olan (“2” alan) şagirdlər üçün Fərdi İnkişaf Planlarının hazırlanması” mövzusunda 28 fevral 2026-cı il (şənbə günü) tarixində ödənişsiz VEBİNAR təşkil olunacaq.

Vebinarda iştirak etmək istəyənlər 050 672 59 11 nömrəsinə WhatsApp vasitəsilə adını, işlədiyi rayonu və vəzifəsini qeyd edərək “Vebinar 28 fevral” yazsınlar.

Vebinar Google Meet platforması üzərindən onlayn formatda keçiriləcək. Qoşulma linki WhatsApp qruplarında və Elşən Qafarov WhatsApp kanalında ( WhatsApp-da Elşən Qafarov kanalını izləyin: https://whatsapp.com/channel/0029VaOd3kEI1rcfgwpLEf3m ) paylaşılacaq. Qruplarımıza qoşulmaq istəyənlər 050 672 5911 nömrəsinə WhatsApp üzərindən adını, işlədiyi rayonu və vəzifəsini qeyd edə bilər.

Vebinarın sonunda mövzu üzrə və sərbəst formatda ünvanlanan suallar cavablandırılacaq.

Address

Baku
AZ1061

Alerts

Be the first to know and let us send you an email when Elşən Qafarov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Elşən Qafarov:

Shortcuts

Share

Category