Laçın rayonu 31 nömrəli tam orta məktəb

Laçın rayonu 31 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Laçın rayonu 31 nömrəli tam orta məktəb, School, Mərdəkan qəs. R. Qasımov küç. Avtomobilçi Düşərgəsi, Baku.

Laçın rayon 31 nömrəli tam orta məktəbi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Laçın Rayon Təhsil Sektorluğunun tabeliyindədir. Əsasən məcburi köçkün ailələrin uşaqları təhsil alır.

Ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticəsələri  müəyyən olunub.  IX sinif şagirdləri buraxılış imtaha...
27/05/2026

Ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticəsələri müəyyən olunub. IX sinif şagirdləri buraxılış imtahanında uğurla iştirak ediblər.
Onlardan:
Heydərli Ayla Şaiq qızı 251bal,
Hüseynli Mehriban Bəxtiyar qızı isə 213 bal toplamışlar.
Əziz doqquzuncular sizi təbrik edirik! Sizə gələcək təhsil həyatınızda daha böyük nailiyyətlər, yeni uğurlar və daim yüksələn nəticələr arzulayırıq. İnanırıq ki, siz məktəbimizi bundan sonra da uğurla təmsil edəcəksiniz.
Uğurlarınız bol, yolunuz açıq olsun! 🌟📚👏

Bu gün,  məktəbimizin dəyərli müəllimi, uzun illərdir  Azərbaycan dili və ədəbiyyatı fənnini böyük sevgi və məsuliyyətlə...
26/05/2026

Bu gün, məktəbimizin dəyərli müəllimi, uzun illərdir Azərbaycan dili və ədəbiyyatı fənnini böyük sevgi və məsuliyyətlə tədris edən Təbibə Quliyevanın 65 illik yubileyi tamam olur.
Təbibə müəllimə 31 il ərzində məktəbimizin inkişafında, yüzlərlə şagirdin savadlı və vətənpərvər ruhda yetişməsində böyük zəhmət göstərmiş, öz peşəkarlığı, səmimiyyəti və müəllim adına layiq fəaliyyəti ilə hər zaman kollektivimizin dərin hörmətini qazanmışdır.
Bu il onun 65 illik yubileyi tamam olur və eyni zamanda şərəfli pedaqoji fəaliyyətinin son mərhələsinə qədəm qoyur. Uzun illərin zəhməti, fədakarlığı və müəllimlik missiyasına sədaqəti üçün Təbibə müəlliməyə dərin təşəkkürümüzü bildiririk.
Ona möhkəm can sağlığı, ailə səadəti, uzun ömür və bundan sonrakı həyatında xoş, rahat günlər arzulayırıq.
Əziz Təbibə müəllimə, məktəbimizin tarixində və yetirmələrinizin qəlbində hər zaman xüsusi yeriniz olacaq. 🌹

İnsan hüquqları aylığı hər il cəmiyyətdə insan hüquq və azadlıqlarının təbliği, insanların hüquqi maariflənməsinin artır...
26/05/2026

İnsan hüquqları aylığı hər il cəmiyyətdə insan hüquq və azadlıqlarının təbliği, insanların hüquqi maariflənməsinin artırılması və hüquqların qorunmasının vacibliyinin diqqətə çatdırılması məqsədilə keçirilir.
Fəaliyyət planına əsasən
26 may 2026 cı il tarixdə məktəbimizdə, maarifləndirici tədbir təşkil olunub.
Məqsəd xüsusilə gənclərin hüquqi biliklərini artırmaq, onları hüquq və vəzifələri barədə məlumatlandırmaq və cəmiyyətdə hüquq mədəniyyətini formalaşdırmaqdır.
Məktəbdə insan hüquqları aylığının keçirilməsi təhsilalanlarda tolerantlıq, humanizm, qarşılıqlı hörmət və ədalət hissinin formalaşmasına kömək edir. Təhsilalanlar öz hüquqları ilə yanaşı, başqalarının hüquqlarına hörmət etməyin vacibliyini də öyrənirlər. Bu isə gələcəkdə daha sağlam və hüquqi cəmiyyətin qurulmasına töhfə verir.

28 May — Azərbaycanın Dövlət Müstəqilliyi Günü xalqımızın tarixində ən əlamətdar günlərdən biridir. 1918-ci il mayın 28-...
25/05/2026

28 May — Azərbaycanın Dövlət Müstəqilliyi Günü xalqımızın tarixində ən əlamətdar günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmiş və bununla Azərbaycan Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublika kimi tarixə düşmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətçilik tariximizdə mühüm rol oynamışdır. Bu dövrdə milli ordu yaradılmış, dövlət atributları qəbul edilmiş, ana dili dövlət dili elan olunmuş və təhsil sahəsində mühüm addımlar atılmışdır.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra 28 May tarixi xalqımız tərəfindən böyük hörmət və qürurla qeyd olunur, bu tarix dövlət müstəqilliyimizin, azadlığımızın və milli birlik ruhunun rəmzidir.
28 May Dövlət Müstəqilliyi Günü münasibətilə məktəbimizdə müxtəlif tədbirlər, sərgilər və vətənpərvərlik mövzulu proqramlar təşkil olunur. Bu bayram gənc nəsildə milli dəyərlərə bağlılığın və vətən sevgisinin formalaşmasına böyük töhfə verir.

Distant təhsil internet və rəqəmsal texnologiyalar vasitəsilə məsafədən təhsil alma imkanı yaradır. Bu təhsil forması tə...
18/05/2026

Distant təhsil internet və rəqəmsal texnologiyalar vasitəsilə məsafədən təhsil alma imkanı yaradır. Bu təhsil forması təhsilalanlara istənilən yerdən dərslərdə iştirak etməyə, vaxtdan səmərəli istifadə etməyə və müasir texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Tədrisin davamlılığının təmin olunmasında mühüm rol oynayan distant təhsil prosesindən görüntülər.

Məktəbdə ilkin hərbi qeydiyyata   alınmanın elektron qaydada həyata keçirilməsi  ilə əlaqədar  maarifləndirici tədbir ke...
15/05/2026

Məktəbdə ilkin hərbi qeydiyyata alınmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar maarifləndirici tədbir keçirildi. Tədbirdə elektron qeydiyyatın həyata keçirilməsi, tələb olunan sənədlər barəsində ətraflı məlumat verildi. Tədbirdən görüntüləri təqdim edirik.

Fəaliyyət planına uyğun olaraq 13 may 2026 cı il tarixdə məktəbdə  Tarixi-coğrafiya aylığı çərçivəsində siniflərarası "T...
13/05/2026

Fəaliyyət planına uyğun olaraq 13 may 2026 cı il tarixdə məktəbdə Tarixi-coğrafiya aylığı çərçivəsində siniflərarası "Tarix viktorinası" intellektual bilik yarışması təşkil edildi.Məktəbin VII sinif şagirdlərindən ibarət "8- NOYABR" komandası münsiflər heyyəti tərəfindən seçilərək qalib komanda kimi rəğbətləndirildi.
Məktəbdə tarix viktorinasının keçirilməsi şagirdlərin bilik və dünyagörüşünün inkişafında mühüm rol oynayır. Tarix viktorinaları şagirdlərin keçmişi hadisələr, tarixi şəxsiyyətlər və milli-mənəvi dəyərlər haqqında məlumatlarını artırır, onların tarix fənninə marağını gücləndirir.
Belə tədbirlər şagirdlərdə araşdırma aparmaq, düşünmək, yadda saxlamaq və düzgün qərar vermək bacarıqlarını inkişaf etdirir. Eyni zamanda, komanda şəklində iştirak edən şagirdlərdə əməkdaşlıq, ünsiyyət və sağlam rəqabət hissi formalaşır.
Tarix viktorinaları vətənpərvərlik ruhunun yüksəlməsinə, milli tarixə hörmətin artmasına və şagirdlərin asudə vaxtının səmərəli təşkilinə də müsbət təsir göstərir. Bu cür intellektual yarışlar şagirdlərin özünəinamını artıraraq onların fəallığını və dərslərə motivasiyasını gücləndirir.

Fəaliyyət planına uyğun olaraq 13 may  2026 cı il tarixdə,  Laçın rayonu 31 nömrəli tam orta ümumtəhsil məktəbinin VI si...
13/05/2026

Fəaliyyət planına uyğun olaraq 13 may 2026 cı il tarixdə, Laçın rayonu 31 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinifində Azərbaycan dili,riyaziyyat və təbiət fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən növbəti monitorinq keçirilib.
Məqsəd şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, tədrisin səmərəliliyinin artırılması və mövcud çətinliklərin aşkar olunmasıdır.

Məktəbin fəaliyyət planına əsasən şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq,eləcə də erkən və qohum...
13/05/2026

Məktəbin fəaliyyət planına əsasən şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq,eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə, 13 may 2026 cı il tarixdə məktəb psixoloqu Vüsalə Əliyevanın təqdimatı ilə lX sinifdə " Qohumlararası nigahın fəsadları " mövzusunda maarifləndirici dərs təşkil edildi.Elektron resurslardan istifadə etməklə mövzu ilə bağlı təhsilalanlar məlumatlandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı və təhsilalanları maraqlandıran suallar cavablandırıldı.

Fəaliyyət planına uyğun olaraq 08 may 2026 cı il tarixdə  məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ...
08/05/2026

Fəaliyyət planına uyğun olaraq 08 may 2026 cı il tarixdə məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edildi.
Dəyirmi masada müəllim və şagird heyyəti iştirak edirdi. Tarix müəllimi Pərviz Məmmədov çıxışı zamanı Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi, gənc nəslin onun ideyalarına sadiq qalmasının vacibliyini vurğuladı.Uşaq birliyi rəhbəri İradə Ələsgərovanın təşkilatçılığı ilə təhsilalanlar tərəfindən Ulu Öndər Heydər Əliyevlə bağlı məlumatlar və şeirlər səsləndirildi. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi və Ümummilli liderin əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı!

"Milli mənəvi dəyərlər ,azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ilə bağlı” məktəbin Fəliyyət Planı...
07/05/2026

"Milli mənəvi dəyərlər ,azərbaycançılıq və vətənpərvərlik ruhunda tədbirlərin təşkili ilə bağlı” məktəbin Fəliyyət Planına uyğun olaraq, təhsilalanlar arasında milli kimlik, azərbaycançılıq idologiyası,vətənə bağlılı,mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaş yetişməsini təmin etmək yönündə maarifləndirmə işinin təşkili məqsədilə məktəbdə təhsilalanlarla , Vətən uğrunda döyüşərək şücaət göstərən və canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş " Vətənin qəhrəman oğulları " mövzusunda tədbir təşkil edilib.

Address

Mərdəkan Qəs. R. Qasımov Küç. Avtomobilçi Düşərgəsi
Baku
AZ1044

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

(050) 336 66 05

Website

Alerts

Be the first to know and let us send you an email when Laçın rayonu 31 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Laçın rayonu 31 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category