UNEC "Maliyyə və mühasibat" fakültəsi

UNEC "Maliyyə və mühasibat" fakültəsi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və mühasibat" fakültəsinin rəsmi səhifəsi

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNİN RƏSMİ SOSİAL MEDİA HESABLARIFakültəmizlə bağlı yeniliklər, tədbirlər, uğurlar və mar...
15/09/2026

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNİN RƏSMİ SOSİAL MEDİA HESABLARI

Fakültəmizlə bağlı yeniliklər, tədbirlər, uğurlar və maraqlı paylaşımlardan xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin.

TƏLƏBƏMİZİN UĞURU!Dünyanın bir çox ölkələrində tanınan ACCA (The Association of Chartered Certified Accountants – İmtiya...
14/09/2026

TƏLƏBƏMİZİN UĞURU!

Dünyanın bir çox ölkələrində tanınan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) F3 "Maliyyə uçotu (Financial accounting)" səviyyəsi üzrə beynəlxalq imtahanını 100% nəticə ilə vermiş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin "Maliyyə" ixtisası üzrə təhsilin IV ili, 614 saylı qrup tələbəsi Vəliyev Məhərrəm Bilman oğlunu ürəkdən təbrik edirik və uğurlarının davamlı olmasını arzu edirik!

YENİ BAŞLANĞIC, YENİ ÜNVANDAN!Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin rəsmi...
13/09/2026

YENİ BAŞLANĞIC, YENİ ÜNVANDAN!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin rəsmi Instagram səhifəsi fəaliyyətə başlayır!
Bu səhifədə fakültəmizin həyatı, tələbə və məzun uğurları, təhsil imkanları, tədbirlər, layihələr, karyera fürsətləri və faydalı məlumatlarla tanış ola biləcəksiniz.
Bizi izləyin və “Maliyyə və mühasibat” fakültəsinin yenilənən dünyasının bir parçası olun!
Sənin uğur hekayən burada başlayır – UNEC “Maliyyə və mühasibat” fakültəsinə qoşul!

TƏLƏBƏLƏRİMİZİ QRUPUMUZA DƏVƏT EDİRİK!Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və mühasibat" fakültəsin...
24/08/2026

TƏLƏBƏLƏRİMİZİ QRUPUMUZA DƏVƏT EDİRİK!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və mühasibat" fakültəsinin "Maliyyə" və "Mühasibat" ixtisaslarına (tədris Azərbaycan dilində) qəbul olmuş tələbələri rəsmi Whatsapp qrupumuza qoşulmağa dəvət edirik!
Qrupa qoşularaq bütün suallarınıza cavab tapa bilərsiniz!
Qrup linki: https://chat.whatsapp.com/IKJ1uGqEhejGDlIE0pkcdS?s=sw&p=a&ilr=0

TƏLƏBƏLƏRİ TƏBRİK EDİRİK!Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinə qəbul oluna...
24/08/2026

TƏLƏBƏLƏRİ TƏBRİK EDİRİK!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinə qəbul olunaraq tələbə adını qazanmış bütün abituriyentləri səmimi qəlbdən təbrik edirik və təhsillərində uğurlar arzu edirik!
UNEC ailəsinə xoş gəldiniz!

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNDƏ ABİTURİYENTLƏRLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİBAli təhsil müəssisələrinə qəbul imtahanların...
20/08/2026

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNDƏ ABİTURİYENTLƏRLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək təhsilinin növbəti mərhələsinə hazırlaşan abituriyentlərin gələcək ixtisas seçiminə dəstək göstərilməsi, onların universitet mühiti, təhsil imkanları və karyera perspektivləri barədə ətraflı məlumatlandırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində növbəti “Açıq qapı” günü keçirilib.
Tədbiri giriş sözü ilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, abituriyentlərə fakültənin fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və tələbələr üçün yaradılan geniş təhsil imkanları barədə ətraflı məlumat verib, UNEC-də tədris prosesinin müasir tələblər əsasında qurulduğunu, tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmələri üçün müxtəlif şəraitin yaradıldığını bildirib, müasir texnologiyalardan və innovativ yanaşmalardan istifadənin, tələbələrin elmi və praktiki fəaliyyətə cəlb olunmasının, eləcə də onların fərdi və peşəkar inkişafının dəstəklənməsinin fakültənin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.
Abituriyentlərə təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatlarının fəaliyyəti haqqında məlumat verilib.
Proqramın praktiki hissəsində gənclər fakültənin tədris infrastrukturu ilə tanış olaraq auditoriyalara və kompüter laboratoriyalarına baxış keçiriblər. Onlara tələbələrin elmi fəaliyyətlə məşğul olması, müxtəlif layihələrdə iştirak etməsi, beynəlxalq proqramlardan yararlanması, eləcə də şəxsi inkişaflarının dəstəklənməsi istiqamətində yaradılan şərait barədə ətraflı məlumat verilib.
Görüş interaktiv müzakirə ilə davam edib. Abituriyentlərin qəbul qaydaları, ixtisas seçimi, təhsil dövründə yararlana biləcəkləri proqramlar, təcrübə imkanları və məzun olduqdan sonra karyera istiqamətləri ilə bağlı sualları cavablandırılıb.
Tədbir gənclərin UNEC-in “Maliyyə və mühasibat” fakültəsində təhsil və inkişaf imkanları ilə bağlı daha geniş məlumat əldə etməsinə imkan yaradıb.

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNDƏ ABİTURİYENTLƏR ÜÇÜN NÖVBƏTİ “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLİBAli təhsil müəssisələrinə qəbu...
19/08/2026

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNDƏ ABİTURİYENTLƏR ÜÇÜN NÖVBƏTİ “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLİB

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək təhsilinin növbəti mərhələsinə hazırlaşan abituriyentlərin gələcək ixtisas seçiminə dəstək göstərilməsi, onların universitet mühiti, təhsil imkanları və karyera perspektivləri barədə ətraflı məlumatlandırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində “Açıq qapı” günü keçirilib.
Tədbiri giriş sözü ilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, maliyyə və mühasibatlıq sahəsində sürətlə dəyişən əmək bazarının tələblərinə uyğun, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasının fakültənin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdıraraq, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlər qazanmasının, rəqəmsal texnologiyalardan və müasir analitik alətlərdən səmərəli istifadə bacarıqlarının formalaşdırılmasının, analitik və sistemli düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsinin, eləcə də peşə etikası və işgüzar davranış prinsiplərinin mənimsənilməsinin əmək bazarında rəqabətqabiliyyətli və peşəkar kadrların hazırlanmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Abituriyentlərə UNEC-də tədris prosesinin təşkili ilə yanaşı, tələbələr üçün mövcud olan müxtəlif imkanlar haqqında məlumat verilib. Tədbir iştirakçıları təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, tələbə təşkilatlarının fəaliyyəti ilə tanış olublar.
Proqramın praktiki hissəsində gənclər fakültənin tədris infrastrukturu ilə tanış olaraq auditoriyalara və kompüter laboratoriyalarına baxış keçiriblər. Onlara tələbələrin elmi fəaliyyətə cəlb olunması, layihələrdə iştirakı, beynəlxalq proqramlardan yararlanması və şəxsi inkişaf üçün yaradılan imkanlar barədə də məlumat təqdim edilib.
Görüş interaktiv müzakirə ilə davam edib. Abituriyentlərin qəbul qaydaları, ixtisas seçimi, təhsil dövründə yararlana biləcəkləri proqramlar, təcrübə imkanları və məzun olduqdan sonra karyera istiqamətləri ilə bağlı sualları cavablandırılıb.
Tədbir gənclərin UNEC-in “Maliyyə və mühasibat” fakültəsində təhsil və inkişaf imkanları ilə bağlı daha geniş məlumat əldə etməsinə imkan yaradıb.

📢 ƏZİZ ABİTURİYENTLƏR!Sizi 17 avqust 2026-cı il tarixində saat 10.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)...
16/08/2026

📢 ƏZİZ ABİTURİYENTLƏR!

Sizi 17 avqust 2026-cı il tarixində saat 10.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və mühasibat" fakültəsi tərəfindən təşkil olunan "Açıq Qapı" Gününə dəvət edirik!
Tədbirdə Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları haqqında ətraflı məlumat əldə edə, tələbələrlə görüşərək Sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.
Bundan əlavə iştirakçılar Universitetin əsas tədris binasını gəzərək auditoriyalar, tədris mühiti və tələbələr üçün yaradılmış imkanlarla yaxından tanış ola biləcəklər.
📅 Tarix: 17 avqust 2026-cı il
🕕 Saat: 10.00
📍 Məkan: UNEC-in əsas tədris binası, İstiqlaliyyət küçəsi 6
📞 Əlaqə: (+99412) 492-77-31; 492-57-38; 492-60-68
📌 Qeydiyyat üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSed2vLJAiVNYZnJw3I1whJ4L6e_YAGDGq5IUJAeQ6RpG5tZgw/viewform?usp=sharing&ouid=110688089474709128661

MƏZUNUMUZUN UĞURU!Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və mühasibat" fakültəsinin "Maliyyə" ixtisas...
24/07/2026

MƏZUNUMUZUN UĞURU!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və mühasibat" fakültəsinin "Maliyyə" ixtisası üzrə 2016-cı il məzunu, Azərbaycan Respublikasının Mərkəzi Bankının Bankların fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət bölməsinin rəhbəri Mətanət Şəhriyar qızı Rzazadə VI "Yüksəliş" müsabiqəsinin qalibi olub.
Bu əlamətdar nailiyyət münasibətilə məzunumuzu ürəkdən təbrik edir, ona peşəkar fəaliyyətində davamlı uğurlar və ölkəmizin inkişafına dəyərli töhfələr verəcək fəaliyyətində daim müvəffəqiyyətlər arzulayırıq!

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNDƏ ABİTURİYENTLƏR ÜÇÜN “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLİBAli təhsil müəssisələrinə qəbul imtaha...
08/07/2026

“MALİYYƏ VƏ MÜHASİBAT” FAKÜLTƏSİNDƏ ABİTURİYENTLƏR ÜÇÜN “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLİB

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək təhsilinin növbəti mərhələsinə hazırlaşan abituriyentlərin gələcək ixtisas seçiminə dəstək göstərilməsi, onların universitet mühiti, təhsil imkanları və karyera perspektivləri barədə ətraflı məlumatlandırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində “Açıq qapı” günü keçirilib.
Tədbiri giriş sözü ilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, ali təhsil seçimində düzgün qərar verməyin əhəmiyyətindən danışıb, “Açıq qapı” gününün əsas məqsədinin abituriyentləri fakültənin tədris prosesi, elmi potensialı, beynəlxalq əməkdaşlıq əlaqələri və gələcək karyera imkanları ilə yaxından tanış etməkdən ibarət olduğunu bildirib, fakültədə müasir əmək bazarının tələblərinə cavab verən, peşəkar bilik və bacarıqlara malik maliyyəçi və mühasiblərin hazırlanmasına xüsusi önəm verildiyini qeyd edib, tədris prosesində nəzəri biliklərlə yanaşı praktik hazırlığın gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, analitik düşüncə və peşə etikasının tələbələrin hazırlığının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılara Universitetin və fakültənin infrastrukturu, tədris olunan ixtisaslar, UNEC-də tətbiq edilən təhsilin idarəetmə sistemi, akademik təqvim, tədris prosesinin və imtahanların təşkili, həyata keçirilən təqaüd, mübadilə və beynəlxalq ikili diplom, UDİD və MİNOR proqramları, “Bir pəncərə” xidməti, Kitabxana-İnformasiya Mərkəzi, fəaliyyət göstərən tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.
Daha sonra abituriyentlər fakültənin auditoriyaları, kompüter laboratoriyaları və digər tədris məkanları ilə tanış olublar. Onlara müasir təhsil mühitində yaradılan imkanlar, tələbələrin elmi-tədqiqat fəaliyyəti, sosial həyatı, müxtəlif layihələrdə və beynəlxalq proqramlarda iştirakı, eləcə də şəxsi inkişaf istiqamətləri barədə məlumat təqdim edilib.
Görüş zamanı abituriyentlərin sualları cavablandırılıb. İştirakçıları maraqlandıran qəbul prosesi, ixtisas seçimi, təhsil müddətində əldə edilə biləcək imkanlar, təcrübə proqramları və məzunların karyera perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Address

Bakı şəhəri, İstiqlaliyyət 6
Baku
1001

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when UNEC "Maliyyə və mühasibat" fakültəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UNEC "Maliyyə və mühasibat" fakültəsi:

Shortcuts

Share