Economic experience

Economic experience

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Economic experience, College & University, Baku.

Bu səhifə
-Mühasibatlıqdan,
-Marketingdən
-İnsan Resurslarından
-1C-dən,
-Kompyuter proqramlarından (Mİcrosoft Office word, excel, power point)
- magistr 26-ci proqramdan tələbə yiğmaq üçün və eyni zamanda səhifə üzvlərini bu mövzular haqda bilgiləndirmək üçün istifadəyə verilmişdir.

09/02/2018

Defolt ---Borc alanın nəzərdə tutulan müddətdə öz borcunu ödəyə bilməməsi haqqında xəbərdarlıq etməsi.

06/02/2018

“AdColony” ve “Nielsen”in araşdırmasına görə, 18-55 yaş arası insanlar arasında ən təhlükəsiz hesab olunan sosial media platforması “LinkedIn” seçilib.
İstifadəçilərin “LinkedIn”dən istifadəyə üstünlük verməsinin səbəbi platformada təhlükəsiz kontentlərin olması və sadəcə iş axtarmaq üçün istifadə edilməsi dayanır.
Araşdırmanın nəticələrinə görə, istifadəçilərin 24%-i həftədə 3-4 gün “LinkedIn”ə daxil olur. Onların 20%-i isə hər gün “LinkedIn”i yoxlayır. Xüsusilə 18-44 yaş arası insanların sayta daxil olma aralığı isə 2,7 gündür.
-“LinkedIn” istifadəçiləri platformada 14:00 -18:00-da daha aktiv olurlar;
- 25-34 yaş qrupu insanların isə platformada aktiv vaxt keçirdikləri zaman aralığı isə 12:00-14:00 arası hesab olunur;
18-24 yaş arası insanlara “LinkedIn”ə yenilikdən xəbərdar olmaq, 35-44 yaş arası insanlar özlərini inkişaf etdirmək, 45-54 yaş arası istifadəçilər isə network (yeni əlaqələr) yaratmaq üçün platformaya daxil olurlar.
Platformada paylaşılan reklamlara gəldikdə isə, istifadəçilərin 56%-i isə “LinkedIn”də paylaşılan reklamları daha diqqət çəkici görür. Onların 58%-i düşünür ki, adıçəkilən sosial platformada paylaşılan reklamlar onları narahat etmir. İstifadəçilərə görə, platformada bezdirici reklamları görmək faizi təxminən 15%-dir.

15/05/2017

Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
Yeni dəyişikliklərə əsasən, pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulduğunu və minimum pensiya məbləğinin 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:
12 il X 12 ay X 110 manat= 144 X 110 manat- 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.
Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:
- Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
- Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5 840 manat kəsir var. Bu zaman həmin şəxs özü və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə o əmək pensiyası almaq hüququ qazana bilir.
Yeni dəyişikliklərə əsasən, 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ hətta 5 il ərzində yığılsa da belə həmin şəxs əmək pensiyası almaq hüququna malikdir.
Mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa da belə pensiya yaşı tamam olandan sonra ondan istifadə edə bilər.

Photos 11/01/2017

İctimaiyyətlə əlaqələr nədir?
İctimaiyyətlə əlaqələr – təşkilatla, ictimaiyət arasında ünsiyyətin, qarşılıqlı anlaşma və əməkdaşlığın qurulmasına, onların sonrakı inkişafına, çeşidli problem və vəzifələrin həllinə komək edir.
İctimaiyyətlə əlaqələr bir müəssisənin və bir məhsulun imicini inkişaf etdirmək üçün ən ekonomik metoddur.
İctimaiyyətlə əlaqələrin qurulması üçün onun güvənilir olması vacibdir və onun əlaqədə olduğu kişi və quruluşlarla qarşılıqlı sağlam əlaqələr qurmaq, inkişaf etdirmək və cəmiyyətlə bir bütün halında olmaqdır.
İctiamiyyətlə əlaqələr xalqın nəyi sevdiyini öyrənib onu daha çox etmək, xoşlanmadıqlarını isə etməmək və ya istehsal etməmək.

10/01/2017

Rezident

Aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:
- təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
- VM-nin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi;
adətən yaşadığı yer;
Azərbaycan Respublikasının vətəndaşlığı;
- fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;
- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.

Photos 04/01/2017

Partizan marketinqi (ing. guerrilla marketing) – heç bir pul vəsaiti yatırmadan yeni müştərilərin cəlb edilməsinə, məhsulun və yaxud hər hansı bir xidmətin irəli çəkilməsinə, tanıdılmasına, gəlirin artırılmasına imkan verən az büdcəli reklam və marketinq üsuludur. Bu səbəbdən də partizan marketinqini həmçinin “az büdcəli marketinq” və yaxud “az xərcli marketinq” adlandırırlar. “Partizan marketinqi” anlayışını nəzəri bazaya ilk dəfə amerikalı reklamçı Jay Conrad Levinson daxil etmişdir. “Leo Bernett” reklam agentliyinin direktoru olan Levinson 1984-cü ildə “Partizan marketinqi” adlı kitab nəşr etdirir. Kitab kiçik biznesə və az xərcli reklam üsullarına həsr edilmişdi. O zamandan etibarən bu anlayış Levinsonun terminə “Partizan marketinqi” adını verməməsinə baxmayaraq böyük populyarlıq qazanmağa başlayır.

01/01/2017

PODRAT MÜQAVİLƏSİ № ___

Bakı şəhəri “___” ___________ 20__ il

Bundan sonra “Sifarişçi” adlanacaq Əsasnamə əsasında fəaliyyət göstərən «Şirkətin adı» MMC, Direktor Ləl Vəzifəyev şəxsində, bir tərəfdən
və bundan sonra “Podratçı” adlanacaq, fiziki şəxs Əmək Şeybalayev Zəhmətkeş oğlu (Ş/V: AZE № ______________), digər tərəfdən
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, aşağıdakılar barədə razılığa gəldilər:

MADDƏ 1. MÜQAVİLƏNİN PREDMETİ
1.1 Müqavilənin qüvvədə olduğu müddət ərzində Podratçı «Şirkətin adı» MMC-nin ________________________ _________________________________________________ (xidmətlər, işlər) görməyə öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür.
MADDƏ 2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
2.1 Sifarişçinin hüquq və öhdəlikləri:
2.1.1 İşlərin göstərilməsinə nəzarət etmək məqsədilə məsul şəxsi təyin edir;
2.1.2 İşlərin göstərilməsi ilə bağlı Podratçıya tapşırıqlar və göstərişlər verir.
2.2 Podratçının hüquq və öhdəlikləri:
2.2.1 Sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etmək;
2.2.2 Təhlükəsizlik qaydalarına riayət etmək.
2.2.3 ..................................
2.2.4 ..................................

MADDƏ 3. HESABLAŞMA QAYDASI
3.1 Ay ərzində görülən işlərə görə muzd haqqı ______________________ AZN təşkil edir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyindən tutulmalı olan 14% dərəcəsində gəlir vergisi və 25% dərəcəsində məcburi sosial sığorta haqqı üzrə ödənişlər tutulduqdan sonra Podratçıya ________________________ AZN miqdarında muzd haqqı ödəniləcək.
3.2 Muzd haqqı ayda bir dəfə nağd ödəniş yolu ilə ödənilir.

MADDƏ 4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
4.1 Hazırkı Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar.
4.2 İşlərin görülməsi zamanı yüklərin itirilməsinə, korlanmasına və zədələnməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada Podratçı birbaşa məsuliyyət daşıyır.
4.3 Tərəflər arasında hazırkı Müqavilənin icrası ilə bağlı bütün mübahisələr, məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilinmədiyi təqdirdə, Azərbaycan Respublikasının yurisdiksiya üzrə məhkəməsində həll edilməlidir.

MADDƏ 5. MÜQAVİLƏNİN DÜZƏLİŞ OLUNMASI
5.1 Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər.
5.2 Qeyd olunan Protokollar hər iki Tərəf imzaladığı andan qüvvəyə minir.

MADDƏ 6. QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)
6.1 Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
6.2 Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər Tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.

MADDƏ 7. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ
7.1 Hazırkı Müqavilə yuxarıdakı müqəddimədə göstərilən tarixdən qüvvəyə minir və “__” _______20__-ci il tarixinədək etibarlıdır.
7.2 Bu müqavilənin bitməsinə 15 (on beş) gün qalmış, tərəflərdən biri digərini müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq etmədiyi halda, müqavilə növbəti 1 (bir) il müddətinə həmin şərtlərlə uzadılmış hesab edilir.
7.3 Bu müqavilə vaxtından əvvəl birtərəfli qaydada ləğv oluna bilər. Bu halda müqaviləni ləğv etmək istəyən Tərəf 5 (beş) gün əvvəlcədən qarşı tərəfi yazılı sürətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.
Yuxarıda qeyd olunanlara təsdiq olaraq, hazırkı Müqavilə Bakı şəhərində iki əsl nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.

Podratçı
Sifarişçi adından
_________________________
Əmək Balayev Zəhmətkeş oğlu

“___” ____________ 20__-ci il

“Şirkətin adı” MMC-nin
Direktoru
________________________
Ləl Vəzifəyev
“___” ____________ 20__-ci il

27/10/2016

INSAN RESUSLARI
İnsan resurslarının idarə edilməsi - iş yerində insana yönəlmiş bütün işləri əhatə edir. Müəssisə daxilində, insan resurslarının planlaması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, ƏMƏK HAQQI, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri koordinə edir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüssisiyəti "İNSANİ" əsas tutmasıdır.

Photos 23/10/2016

Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. 17 ölkənin rəsmi pul vahidi: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi.

1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nəğd əskinaslar dövrəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi.

23/10/2016

Dollar əskinazlarının üzərindəki məhşur şəxslər :
1 dollar- George Washington
2 dollar- Thomas Jefferson
5 dollar- Abraham Lincoln
10 dollar- Alexander Hamilton
20 dollar- Andrew Jackson
50 dollar- Ulysses S. Grant
100 dollar- Benjamin Franklin
500 dollar- William McKinley
1000 dollar- Grover Cleveland
5000 dollar- James Madison
10000 dollar- Salmon P. Chase
100000 dollar- Woodrow Wilson
1000000 dollar- Statue of Liberty (Azadlıq Heykəli)

22/10/2016

Statejik Planlama Nedir (5n+1k)
Stratejik planlama bir yönetim aracıdır. Diğer bütün yönetim araçları gibi sadece tek bir amaç için kullanılır: organizasyonun işini daha iyi yapmasına ve kendi enerjisine odaklanmasına yardımcı olmak, çalışanlarının aynı amaç için çalışıyor olmalarını sağlamak, faaliyette bulunduğu ortamın çevresindeki değişikliklere göre yönünü belirleyip o yöne doğru gitmesini sağlamak. Kısaca stratejik planlama bir organizasyonun ne olduğunu, ne yaptığını ve neden yaptığını şekillendiren ve ona bu konularda kılavuzluk yapan temel kararları ve eylemleri geleceğe odaklı olarak üreten sistemli çabadır.

22/10/2016

Ar-Ge Nedir ? (Araşdırma və İnkişaf )
Eğitim, Bilim ve teknolojinin gelişmesini sağlayacak yeni bilgileri elde etmek veya mevcut bilgilerle yeni malzeme, ürün ve araçlar üretmek, bilgiye dayalı sistematik olarak yeni projeler üretebilmek, süreç ve hizmetler oluşturmak veya mevcut olanları geliştirmek amacı ile yapılan düzenli çalışmalar olarak tanımlanmaktadır.

AR-GE, kişinin, toplumun ve kültürün bilgi birikimini artırmak ve bu birikimin yeni uygulamalara yol açması amacıyla sistematik bir temele dayalı yapılan yaratıcı işleri kapsar

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku