Eldar Qardaşov

Eldar Qardaşov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eldar Qardaşov, Tutor/Teacher, Master N1, Baku.

27/12/2025

Dərsin əvvəlində: 😐
Dərsin ortasında: 😄
Dərsin sonunda: “Bu mövzu asan imiş”

13/12/2025

“Məndə alınmır. Hazırlaşsam da qəbul ola bilməyəcəm.”

Bu fikirlər çoxumuza tanışdır. Mən də bunu eşidirəm, hər il.
Amma çox vaxt problem bacarmamaq deyil. Problem odur ki, dərsə həqiqətən fokuslana bilmirik.

Bəzən kitab açırıq, amma fikrimiz başqa yerdə olur.
Bəzən oxuyuruq, sadəcə vicdanımız rahat olsun deyə.

“Vaxtım yoxdur”, “yorğunam”, “halım yoxdur” - bunların hamısı tanış bəhanələrdir.
Sonra da deyirik ki, niyə başqalarına alınır, mənə yox.
Əslində cavab sadədir: özümüzə nə dediyimiz çox şeyi dəyişir.

Əgər bu gündən etibarən özünə desən “mən bacaracam”, hazırlığın da yavaş-yavaş dəyişəcək.
3 gün oxuyub 1 gün oxumadınsa, problem deyil. Bu səni p*s tələbə etmir. Sadəcə insan edir. Vacib olan odur ki, ertəsi gün yenə davam edəsən.

Digər tələbələrim də bir vaxtlar belə düşünürdü. Sonra özlərinə inandılar və nəticə aldılar.
Sən də ala bilərsən.

Əgər hədəfin doktoranturadırsa, mənə yaz.

Bir dəfə belə bir hekayə oxumuşdum — NASA-da bir mühəndis, illərini verdiyi layihədən uzaqlaşdırılıb, səbəb isə sadəcə “...
22/04/2025

Bir dəfə belə bir hekayə oxumuşdum — NASA-da bir mühəndis, illərini verdiyi layihədən uzaqlaşdırılıb, səbəb isə sadəcə “komandaya uyğun olmamaq” imiş. Halbuki layihənin təməl ideyası ona aid idi. Sonra deyirdi: “Bəzən sənin işığın başqalarını kölgədə buraxır deyə, səni söndürmək istəyirlər.”

Bu sözlər yadıma tez-tez düşür.
İşləyirsən, təşəbbüs göstərirsən, paylaşmaq istəyirsən. Amma bir anda susdurulursan. Gözə görünməz bir divar var sanki — enerjini azaldan, səni motivasiyasız görmək istəyən bir mühit. Elə bil xoşbəxt olmaq, çalışmaq, həvəsli olmaq artıq “çoxluqdan fərqlənmək” sayılır.

Bir müddət susursan. Dözürsən. Amma sonra anlayırsan: özünü itirməmək üçün bəzən səssiz qalmaq yox, səssizliyi eşidib hərəkətə keçmək lazımdır.

Və mən bu səsi eşidirəm. Hələlik sakitəm. Amma içimdəki səsi qoruyuram. Çünki o səs — mənim özüməm.

Address

Master N1
Baku
AZ1063

Telephone

+994702166516

Website

Alerts

Be the first to know and let us send you an email when Eldar Qardaşov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Eldar Qardaşov:

Shortcuts

Share

Category