30/10/2021
BDU Psixologiya
Psixologiya
30/10/2021
http://socialogy.bsu.edu.az/az/content/_tlb_hyati__2
Buyurun Fakültəmizin "tələbə həyatı" ilə tanış olun..
Baku State University Fakültə tələbə-gənclər təşkilatının əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkil olunması, respublika daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə və festifallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında mütəmadi sorğ...
Sosial elmlər və Psixologiya fakültəsi, Psixologiya ixtisasına yeni qəbul olan abutriyentləri, tələbə adını qazanmaq münasibəti ilə təbrik edir, universitet həyatında uğurlar arzu edirik. Suallarınızı bizə yönləndirə bilərsiniz, cavablamağa hazırıq :)
22/03/2016
Fobiyalar nədən yaranır...?
Fobiyalar çoxmənşəli bir xəstəlikdir. Bu xəstəlik insanların xarakterinə görə yaranır. Məsələn elə insanlar var ki, heç nə onlara təsir etmir. Bu tip insanlar təbii ki, fobiyadan uzaq adamlardır. Amma elə insanlar da var ki, hər şey onların psixikasına təsir edir. Fobiya müxtəlif yaşlarda ortaya çıxa bilər. Bu əsəb sisteminin yorulmasından əmələ gəlir. Ola bilər ki, bu insanda 5 yaşında və yaxud da 45 yaşında meydana gəlsin.
Sevgi spesifik psixoloji xüsusiyyətlərə malikdir. Onun növləri:
Simpatiya;
Aşiq olmaq;
Bağlılıq;
Tamamlanmamış sevgi ( reyqanik effekti) ;
Nevrotik və s.
Aşiq olmaq affektiv sevgi adlanır. Bu qorxulu hissdir. Çünki ani zamanda baş verir. Beyin əslində öz istədiyinə aşiq olur, bu da təbii ki, qeyri-real, yəni şəxsiyyətin ideallaşdırdığı obrazdır. Şəxsiyyətdə nə zaman affektiv sevgi baş verə bilər? Sadə şəkildə belə izah edə bilərik: Şəxsiyyət hər hansı bir insanda müəyyən müsbət cəhəti gördükdə, bu məhz mənim idealımdakıdır deyir və beləliklə də ona vurulur. Beyindəki filtr bütün müsbət keyfiyyətləri şişirdir, fəqət mənfi cəhətləri görmür. Əgər ünsiyyət prosesi uzun müddət davam edirsə, aşiq olan həmin insanı real situasiyada tanıyır, buna baxmayaraq həm də reallıqdan qorxur. Həmin mərhələnin hansı acı sonluqla bitəcəyini, yekun nəticəni dərk edən aşiq psixoloqla məsləhətləşməyə qərar versə də, tövsiyələr bəzən ona cansıxıcı gəlir. Lakin möhkəm iradə və düzgün psixoterapiya onun köməyinə çata bilər. Affektiv sevgi adətən tez alovlanır, tez də sönür. Sönmə mərhələsində beyindəki filtr əksinə işləyir. Yəni ən xırda məni cəhət şişirdilir, qloballaşdırılır. Sağlam aşiqlik də mümkündür. Aşiqlik mərhələsi iki ilədək davam edir.
Bundan sonrakı mərhələ bağlılıq ola bilər. Bu hiss itirilən zaman dərk olunur. Əslində həmin prosesdə də şəxsiyyət real insana vurulmur, qeyri-real obrazın xüsusiyyətlərini kimdəsə axtarırır. Bağlılıq adətən tənhalıq qorxusundan yaranır. Ailədə sağlam bağlılığın olması vacib və müsbət keyfiyyətdir. Bağlılıq ömür boyu davam edə bilər. Lakin bağlılığı sevgi ilə eyniləşdirmək olmaz, bu düzgün deyil. Əgər həmin proses baş verərsə, onda problemlər yaranacaq.
31/12/2015
04/09/2015
Natamamlıq effekti
Nə üçün biz bir neçə gündən sonra vacib bir hadisəni
yada sala bilmirik, ancaq hansısa əhəmiyyətsiz bir
vaqiə daim fikrimizi məşğul edir? Yaddaşın seçmə
qabiliyyətinə ilk dəfə ciddi olaraq alman psixoloq
Kurt Levin və onun rusiyalı tələbəsi Blyuma
Zeyqarnik 1920-ci illərin əvvəllərində diqqət
yetirmişdir.
Problemi həll etmə fikri tədqiqatçılarda təsadüfən
yaranır. Bir dəfə tədqiqatçılar qəlyanaltı etmək
üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı
izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar
verdikləri sifarişə ofisiantın heç bir qeyd
aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə
yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və
Zeyqarnik ofisiantın hansısa sifarişi unuda
biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar,
cavabında isə ofisiant heç bir sifarişi səhv
salmadığını bildirir.
Onlar buna inanmırlar və qonşu stolların nə sifariş
etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar.
Və bu zaman pərtlik: ofisiant doğurdan da hər
stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı,
ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1
dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən
müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.
Bu hadisədən sonra Zeyqarnik tamam və natamam
hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif
cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi
həyata keçirir və məlum olur ki, insanın bu və ya
digər fəaliyyəti zamanı onda müəyyən emosional
gərginlik meydana gəlir.
Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq
kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və
nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət
yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan
natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8
dəfə daha yaxşı yadda saxlayır.
Sonralar ХХ əsrin ən məşhur psixoloji açılışı olan
Zeyqarnik effekti dəfələrlə nəzəri və təcrübi
sınaqlara məruz qalmış və nəticədə natamam
fəaliyyətlərin tamam fəaliyyətlərə nisbətdə yadda
saxlama qabiliyyəti 1,8 olaraq təsdiq olunmuşdur.
Bu gün Zeyqarnik tərəfindən kəşf edilmiş bu
qanunauyğunluğa əsasən informasiyanın yadda
saxlanılması üçün bir sıra metodikalar yaradılmışdır.
Bu metodikadan mütəmadi olaraq həm də
kinematoqraflar və televiziyaçılar istifadə edir:
məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün
hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni
qəhramanların fəaliyyətini yarımçıq saxlamaq
kifayətdir.
Zeyqarnik effektinə həmçinin başdan çıxarma
texnikası da əsaslanır. Aldadan şəxs əvvəlcə
münasibət qurur, sonra ani olaraq münasibəti
yarımçıq kəsir və beləcə qurban qarmaqdadır! O,
daim nə baş verdiyini anlamağa çalışır və daim
fikirlərini baş verən hadisə üzərində cəmləşdirir.
Faktiki olaraq insan asılılıq dərəcəsində olur.
Həmçinin bu cür emosional asılılıqlardan xilas olmaq
üçün də Zeyqarnik effektindən istifadə olunur.
Psixoloqlar bu şəxslərə məhz onların natamam
olduqlarını, yarımçıq qaldıqlarını aşılmağa çalışır və
müxtəlif üsullarla tam bir tablonu yaratmağa və
münasibəti bitirməyə kömək edirlər.
29/08/2015
Xolerik — son dərəcə coşğun xarakter.
Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım
gələndə birinci ol" tövsiyəsinə riayət edirlər.
Həmişə istənilən məsələyə birinci reaksiya verənlər
sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik
tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-
qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez
münaqişəyə girirlər. Ona görə də xoleriki adətən
səbirsiz, tündməcaz insan kimi tanıyırlar.
İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları
sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq
sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə
özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu
tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər.
Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar
üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni
mühitə uzun müddət alışa bilmirlər.
28/08/2015
Fleqmatik – bu tip insanlar isə qaradinməz, sakit,
təmkinli olurlar. El arasında onlara "yerəbaxan"
deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə
qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli
deyil. Onları həyəcanlandırmaq və yaxud
hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir
hadisənin şahidi olarkən, yanındakıların gülməkdən
ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və
yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq
müşküldən müşküldür. İstənilən halda hamıdan gec
reaksiya verir.
Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların
fikrincə, fleqmatik tip insanlar mehriban və
istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq
üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara
qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar
gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar.
Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk
baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı
təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə
yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan
bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü
insanlara qarşı da sayğısız yanaşmırlar.
28/08/2015
Sanqvinik – bu tipə aid insanlar emosional, zirək və
diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir
dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür.
Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər.
Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə
onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq
göstərirlər. Və onların maraq obyektləri tez-tez
dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin
maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə
də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son
dərəcə süstlüklə də əl çəkirlər.
Heç bir tip sanqvinik qədər istənilən şəraitə,
vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu
xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər
mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik
yadplanetlilərin arasına düşsə belə, onun üçün
vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman
ərzində onlarla dil tapacaq. Və həyatdan həzz
almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan
insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə
emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün
sanki hər şey bir anlıqdır: tez sevinib, tez də
kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır.
Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə,
onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni
zamanda bu tip insanlar təsir altına tez düşürlər.
Elə buna görə də bu insanlardan bəziləri son dərəcə
özbaşına, bəziləri isə bunun tam əksinə olaraq,
intizamlıdır.
27/08/2015
Melanxolik – ən çətin ünsiyyət yaradılan insan
tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət
yaratmaq olduqca çətindir.
Bu tip insanlar ünsiyyətdə qaçır və ünsiyyəi
sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər.
Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə
yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir
şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə
də həyatın maraqsız və darıxdırıcı olduğundan
şikayətlənərlər.
Melanxoliklər hər hansı bir uğura qətiyyən
inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa
əvvəlcədən hazır olurlar. Onların həyatdan razı,
sevincli olduqlarını görmək çox çətindir.
Melanxoliklər daim çəmiyyətdən qaçar, çəmiyyətdən
uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-
kamil psixikaya malikdirlər. Belələri pessimist,
özlərinin hər hansı bir xırda problemini və incikliyi
həddən artıq böyüdüb şişirdən olurlar.
Melanxoliklər zahirən çox sakit görünürlər. Amma
çoxları bilmir ki, onların daxilində necə böyük
təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində
olan təlatümlü emosiyalar çox nadir hallara üzə
çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və
analiz edirlər.
Melanxoliklərin emosiyalarını daxillərində
gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara
bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi
qaraciyər və mədədə funksional pozuntu, hipertonik
və kardioloji xəstəliklər yaradır.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Baku
FERID9814