Məktəb Lisey Kompleksi

Məktəb Lisey Kompleksi Nərimanov Rayonu Məktəb Lisey Kompleksi

13/06/2025
05/10/2024

Bu gün bizim günümüzdür: amalı gələcəyin qurucularının yetişdirmək olan, heç tanımadığı şəxslərin övladına qucaq açan, onları öyrədən, nazını çəkən, məsuliyyətini üzərinə götürən, onlara sevgi ilə "mənim uşaqlarım" deyən, həyatını uşaqlarsız təsəvvür etməyən fədakarların günüdür! Əziz müəllimlər, günümüzü təbrik edirəm. Daşıdığı adın haqqını verən, şərəfli müəlim adını uca tutan, zəhmətkeş, fədakar, özünü peşəsinə həsr edən əziz həmkarlarım. Arzu edirəm daim yetirmələrinizin qururunu yaşayasınız. Canınız sağlam, əsəbləriniz möhkəm, səbriniz geniş olsun. Bayramımız mübarək!

24/04/2024

Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyevanın layihə rəhbəri kimi təqdim etdiyi, Bakı Şəhəri 216 nömrəli məktəbdə tətbiq olun "İcmaəsaslı təhsil qrupu nümunəsində icmaəsaslı təlim qrupu" layihəsi uğurla tətbiq olunur.

Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə ...
24/04/2024

Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda Bakı şəhəri Məktəb Lisey Kompleksidir.

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respub...
27/03/2024

2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il 27 mart tarixində Azərbaycanda "Elm Günü" kimi qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu do...
20/03/2024

Baharın gəlişini, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların, bolluq və bərəkətin simvolu olan, bol ruzu dolu bayram diləyi ilə Novruz Bayramınız Mübarək!

Xoş gəldin 11 ayın sultanı!Allah tutduğumuz orucu, etdiyimiz duaları qəbul eləsin!
11/03/2024

Xoş gəldin 11 ayın sultanı!
Allah tutduğumuz orucu, etdiyimiz duaları qəbul eləsin!

Məktəb Lisey Kompleksində yeni bir fəaliyyətə start verdik: "Həmsöhbətik".Hər həftənin çərşənbə günü məktəb rəhbərliyi, ...
29/11/2023

Məktəb Lisey Kompleksində yeni bir fəaliyyətə start verdik: "Həmsöhbətik".
Hər həftənin çərşənbə günü məktəb rəhbərliyi, təcrübəli müəllimlərin iştirakı ilə şagirdlərlə səmimi görüşümüz olacaq. Bu nə tədbir deyil, nə də iclas. Bu səmimi bir ortamdır. Bu sağirdlərimizin bizdən olan gözləntilərinin ifadə formasıdır. Bu gözləntiləriniz isə bizim üçün mütləqdir!

Müasir dönəmin aktual mövzularından olan “Gender bərabərliyi” mövzusu məktəbin psixoloqu Günel Paşayeva tərəfindən  şagi...
27/11/2023

Müasir dönəmin aktual mövzularından olan “Gender bərabərliyi” mövzusu məktəbin psixoloqu Günel Paşayeva tərəfindən şagirdlərlə müzakirə edildi.Cins və gender eyni məfhum olmadığını, ailə strukturu, şəxslərarası bərabər təhsil imkanları müzakirə obyekti olduEyniliyin və fərdiliyin mühüm hissəsi olan gender rolları sosiallaşma vasitəsi ilə formalaşır. Cəmiyyətimizdə bir çox institutlar ənənəvi gender stereotiplərini möhkəmləndirirlər. Bu gün böyüklər qədər uşaqlar da medianın təsirlərinə məruz qalırlar. Bunların arasında ən zərərlisi isə cinsəllik və zorakılıqla bağlı olanlardır.
Məhz bu kateqoriyalı problemlərlə qarşılaşdığımız dönəmdə maarifləndirici slaydlar və video-çarxlar vasitəsi ilə “Gender bərabərliyi” mövzusunu hərtərəfli çatdırmağa çalışdıq.

Address

F. Xoyski Küçəsi 78
Baku

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+994125641629

Alerts

Be the first to know and let us send you an email when Məktəb Lisey Kompleksi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Məktəb Lisey Kompleksi:

Shortcuts

Share