Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatı

Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatı

Share

Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının rəsmi Facebook səhifəsi

09/01/2019

“Xocalıya Ədalət” beynəlxalq kampaniyası (Justice for Khojaly Campaign) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Xocalıya Ədaləti Tələb et!” məqalə müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi Xocalı hadisələrinin gənc nəslin yaddaşlarında daha da möhkəmlənməsi və gənclərin həqiqətlərin təbliğindəki rolunun artırılması, onların kampaniyanın strateji məqsədlərinin həyata keçirilməsində fəal iştirakının təmin edilməsindən ibarətdir.

Müsabiqədə aşağıdakı fakültələrin bakalavr və magistrları qarşısında qeyd edilmiş mövzu üzərində məqalə yazaraq iştirak edə bilər:
1. Hüquq, Beynəlxalq münasibətlər, Şərqşünaqlıq - Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində: Cinayətkarların təqib edilməsi imkanları;
2. Tarix, Sosial elmlər - Xocalı tarixi və mədəniyyəti;
3. Jurnalistika, Filologiya - Xocalı soyqırımı dünya mətbuatında.
Müsabiqəyə təqdim olunan məqalələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ilk 3 yerin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılaraq sertifikatlarla təltif olunacaq.
Qaydalar və şərtlər aşağıdakı kimidir:
🔹 Məqalənin həcmi maksimum 3 səhifə olmalı;
🔹 Məqalə Azərbaycan və ya ingilis dilində yazılmalı;
🔹 “Times New Roman şrifti” ilə 14 yazı ölçüsündə yazılmalı;
🔹 Müraciət edən tələbə şəxsiyyət vəsiqəsi, tələbə bileti (skaner vasitəsilə) və əlaqə nömrəsini məqalə ilə birlikdə elektron poçt ünvanına göndərməlidir.

Müsabiqədə iştirak etmək istəyən tələbələr məqalələrini 10 fevral, 2019-cu il tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər.

Məqsədimiz ədalətdir! Müsabiqəyə qatıl, Xocalıya ədalət istə!

25/06/2018

Paytaxtımızda fəaliyyət göstərən Staybridge Suites oteli "Guest Service Agent" vəzifəsinə vakansiya elan edir. Namizəd üçün tələblər:

- Azərbaycan, İngilis və Rus dili bilikləri
* Ünsiyyət qabiliyyəti
* Məısuliyyəti idarə etmək bacarığı
* Müştəri ilə komandada çalışmaq bacarığı
* Hər zaman inkişafa motivasiyalı olmaq

Müvafiq vəzifə birbaşa Ön Büro şöbəsinə tabe olacaq və ön büro qeydiyyatçısının vəzifələrinə uyğun öhd\likləridaşıyacaqdır.

Maraqlı şəxslər CV - lərini [email protected] elektron poçtuna 1 İyul 2018-ciil tarixinədək "Guest Service Agent” başlığı ilə göndərə bilərlər.

25/06/2018

Paramount Travel Club turizm şirkəti Turizm Universitetinin məzunları üçün turoperator/manager vəzifəsi üzrə vakansiya elan edir.
Namizəd üçün irəli sürülən tələblər:

- mükəmməl Azərbaycan dili biliyi
- İngili və Rus dilibilikləri (əla)
- Kompyuter bilikləri, (Excel, Power Point və.s proqralamlarda işləmə bacarığı.)

Maraqlı şəxslər şəkilli CV-lərini [email protected] elektron poçtuna "turoperator/manager" başlığı ilə göndərə bilərlər.

11/05/2018

Azərbaycan Turizm və Menecment Universitetində ilk dəfə olaraq 2018-ci ildən başlayaraq Amerika və Avropa universitetlərinin tədris proqlamlarına uyğun olaraq MBA proqramı ilə 4 ixtisas istiqaməti üzrə qəbul başlamışdır:
1. Biznesin idarəedilməsi–biznesin təşkili və idarəedilməsi (Turizm və otelçiliyin idarə edilməsi üzrə)
2. Biznesin idarəedilməsi–biznesin təşkili və idarəedilməsi (Menecment üzrə)
3. Biznesin idarəedilməsi–biznesin təşkili və idarəedilməsi (Marketinq üzrə)
4. Biznesin idarəedilməsi–biznesin təşkili və idarəedilməsi (Maliyyə üzrə)

Eləcə də 22 ixtisas üzrə Magistratura pilləsinə qəbul gedir.

04/05/2018

KÖNÜLLÜ İŞLƏMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

“Avenue Hotel Baku” könüllü əsaslarla işləmək arzusunda olan tələbə və
magistrlarla əməkdaşlıq etməyə dəvət edir.Könüllülük proqramı 15 iyun – 15
senytabr aralığında keçirilir.Proqramda Front Office(Ön büro) və İaşə şöbələrində
olan vəzifələr üzrə vakansiyalar mövcüddur.
Tələblər:
- Komanda ilə işləməyi bacarmalı
- Rus və ingilis dillərini bilməli
- Qonaqlarla münasibət qurmağı bacarmalı
- Gülərüz olmalı
- 18-25 yaş həddi

İş şəraiti:
- Nahar yeməyi otel tərəfindən verilir
- İş saatı növbəli olaraq 9 saat
- Həftədə iki gün istirahət günü verilir

Könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran
gənclərin hər birinə Avenue Hotel Baku tərəfindən xüsusi sertifikat veriləcəkdir ki,
bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Təcrübə
proqramı ilə işləyən tələbələrdən hər şöbədə bir nəfər olmaqla, işlə təmin olunmaq
imkanıda vardır.

Uğurlu karyeranızın başlanğıcını bizimlə qurun!

Komandamıza qoşulmaq istəyən şəxslərdən öz CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

04/05/2018

Paytaxtımızda fəaliyyət göstərən mağazalar şəbəkəsindən birinə Marketinq və PR şöbəsində yarım günlük iş rejimində 2-3 ay müddətində (razılığa əsasən) təcrübə yeri elan olunur.
Namizəd üçün tələblər:

- Ya. həddi 19-23 (II, III və IV kurs Marketing, Bİ fakülətəsi tələbələrində +/- fərq ola bilər);
- Azərbaycan , Rus və İngilis dili bilikləri;
-MS Word, PowerPoint, Excel proqramları ilə davranış bacarığı;
- Yaxşı analitik qabiliyyət;
- Komandada işləmə bacarığı.

Maraqlı şəxslər CV-lərini [email protected] elektron poçtuna mövzusunda "PR intern" yazaraq göndərə bilərlər.

04/05/2018

AFN Travel turizm şirkəti turoperator və qrup lideri vəzifələrinə ödənişli təcrübə yeri elan edir. Namizəd üçün irəli sürülən tələblər:

- İngilis dili biliyi
- MS Ofis proqramları üzrə biliklər

Maraqlı şəxslər CV-lərini "intern" başlığı ilə [email protected] elekron poçtuna gönədərə bilərlərə Əlaqə üçün: 00994702230251

18/04/2018

PMD qrupun "Otellərin idarə olunması " şöbəsi və Azərbaycan Turizm ve Menecment Universiteti Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 19 aprel saat 12:00 da Azərbaycan Turizm və Menecment Universitetində "PMD qrupda internship ve iş imkanları" mövzusunda seminar təşkil olunacaq.Seminar "Biznes İdarəçiliyi" və "Turizm və Qonaqpərvərlik" fakultəsinin tələbələri üçün nəzərdə tutulub.

Qeydiyyatdan keçmək şərtdir.Qeydiyyat linki👇

https://docs.google.com/forms/d/11iwSwHnTaAMQSXhh2HPIUoRx5hfHKrE-0eEPZiPOKvg/edit

13/04/2018

“Dervish Travel” şirkətinə ofis işçiləri və təlimatcılar tələb olunur.
Əsəs tələblər: dinamik muhitdə işləmək arzusu və istənilən xarici dili bilmək.

Əlaqə:
Теl: +99412 493 29 19
Моb: +99450 362 68 13
Email: [email protected]


Sincerely,
Dervish Travel Company
Fatima
Reservation and Sales Manager

213, B.Safaroglu str., apt.5,
AZ1014, Baku, Azerbaijan
Tel: +99412 - 493 29 19
Mob: +99450 - 287 29 69
Fax: +99412 - 493 34 39
Skype: dervish.travel.1

[email protected]
http://www.dervishtravel.az/

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Koroğlu Rəhimov 822/23 (Gənclik Metrosu), AZ/1072 Baku
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Friday 09:00 - 19:00