ADPU Kimya və Biologiya f.

ADPU Kimya və Biologiya f.

Share

ADPU Kimya və biologiya fakültəsinin rəsmi facebook səhifəsi

Photos from ADPU Kimya və Biologiya f.'s post 17/01/2024

Azərbaycan XKS-nin sədri N.Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan Ali Pedaqoji İnstitutun üç şöbəsindən biri təbiyyat coğrafiya idi. 1923-1924-cü tədris ilində institutun ilk buraxılışı 28 nəfərdən ibarət olmuşdur ki, onlardan da 14 nəfəri təbiyyat-kimya müəllimi idi. İnstitut 1926-27-ci tədris ilində Azərbaycan Dövlət Universitetinin tərkibinə verildiyindən təbiyyat-coğrafiya şöbəsi öz fəaliyyətini müvəqqəti dayandırdı. Pedaqoji fakültənin tərkibində həmin ixtisasda müəllim kadrlarının hazırlanması davam etdi.

Müstəqil ali təhsil müəssisəsi kimi Pedaqoji İnstitut 1930-cu ildə yenidən təşkil olunanda onun əsas fakültələrindən biri təbiyyat-kimya idi. Bu fakültə 1968-ci ilin sonunda iki müstəqil fakültəyə -biologiya və kimya fakültələrinə çevrildi. Biologiya fakültəsinə prof. R.Z.Qafarova rəhbərlik etdi. Kimya fakültəsinə prof.R.Y.Əliyev 1971-73-ci illərdə prof.R.Ə.Əbdürrəhimova, 1973-81-ci illərdə dos.T.Ə.Ağdamski rəhbərlik etmişdir. 1981-1982-ci tədris ilində yenidən kimya-biologiya fakültəsi adı altında birləşdirilərək fəaliyyətini davam etdirdi. 1981-ci ildən 1997-ci ilədək Əməkdar elm xadimi, prof. R.Z. Qafarova rəhbərlik etmişdir. 1997-ci ildən 2002-ci ilə kimi fakültəyə dos.Ə.N.Qurbanov rəhbərlik etmısdir.

2002-ci ildən isə onun bazasında yenidən iki müstəqil fakültə, Kimya fakültəsi və Biologiya fakültəsi şəklində fəaliyyətini davam etdirdi. Kimya fakültəsinə prof. Ə.N.Qurbanov(2002-2005), Biologiya fakültəsində dosent V.S. Həsənov dekan vəzifəsini icra etmiş, sonra dos.Ə.M.Məhərrəmov (2002-2011) rəhbərlik etmişdir. 2011-2016 illərdə isə Biologiya fakültəsinə professor Y.K.Əhmədov , Kimya fakültəsinə 2002-2005-ci illərdə prof. Ə.N.Qurbanov, 2006-2016-cı illərdə isə dos.V.S.Həsənov rəhbərlik etmişdir. 2016-cı ilin mart ayında Kimya fakültəsi və Biologiya fakültəsi birləşdirələrək Kimya və biologiya fakültəsi yaradıldı və 2017-ci ilin fevralınadək prof.B.İ. Ağayev dekan vəzifəsini icra etmiş, 2017-2022-ci illərdə fakültəyə dos. E.C. Mehbalıyeva rəhbərlik etmişdir. 2023-cü ildən isə dosent R.M.Ağayeva Kimya və biologiya fakültəsində dekan vəzifəsini icra etməkdədir.

14/01/2024

"Milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sadiq, yaradıcı təfəkkürlü və müasir dünyagörüşlü, dərin savadlı və praktik səriştəli, rəqəmsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək əsas hədəflərimizdəndir."

Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektoru prof. Cəfər Cəfərov

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Bakı,, Ü. Hacıbəyli Küç. 68
Baku
AZ1000