Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəb

Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəb Paylaşım Məktəb 1935-ci ildə tikilmiş 1946 ildən də fəaliyyətə başlamışdır. Məktəb binası 350 şagird üçün nəzərdə tutulmuşdur.

Məktəbimiz qəhrəman Elçin Şəmiyevin adını daşıyır. Elçin Şəmiyev 18 yanvar 1965-ci ildə anadan olmuşdur. O,orta təhsilini Binə qəsəbəsindəki 117 saylı məktəbdə almış, 101 saylı peşə məktəbini bitirmişdir.O,1992-ci il 16 may tarixdə Ağdam bölgəsindəki döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Daha sonra 2007-ci ildə 1000 nəfər şagird üçün əlavə korpus tikilmişdir və hazırda 2 növbədə 4002 şagird təhsil alır. Məktəb 2 növbəli 135 sinif olmaqla 6 günlük iş rejimi ilə işləyir. 62 sinif ibtidai,73 sinif isə V-XI sinifləri əhatə edir.Məktəbdə 203 müəllim fəaliyyət göstərir. Şagirdlərimiz 2015-2016-ci ildə keçirilən Lütfi-zadə adına Məntiq olimpiadasında 1 qızıl,1 bürünc,2016-2017-ci ildə Dünya məktəbi və Xəzər Universitetinin təşkil etdiyi "Riyaziyyat ağlın simasıdır" olimpiadasında 3 qızıl,1 bürünc medalla təltif olunmuşdular.Tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar Allahverdiyeva Farizə və Şükürlü Ləman qızıl medalla təltif olunmuşdur. 2015-2016-cı il 11-ci sinif buraxılış imtahanında Arzu Abdullayeva 690 bal toplamışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 149 nömrəli tam orta məktəb 2009/2010- cu tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi, 2015-2016-cı tədris ilində də yenidən 2-ci dəfə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

22/08/2026
🏐 Məktəbimizin qız voleybol komandası Xəzər rayon turnirində II yerə layiq görüldü! 🥈“Bakı 2026 – Dünyanın İdman Paytaxt...
19/08/2026

🏐 Məktəbimizin qız voleybol komandası Xəzər rayon turnirində II yerə layiq görüldü! 🥈

“Bakı 2026 – Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar məktəbli qızlar arasında çimərlik voleybolu üzrə Xəzər rayon turniri keçirilib.

Turnirdə Xəzər rayonunun 8 məktəbini təmsil edən 13 komanda mübarizə aparıb.

🏆 Nəticələr:
🥇 I yer – 230 nömrəli tam orta məktəb
🥈 II yer – 149 nömrəli tam orta məktəb
🥉 III yer – 26 nömrəli tam orta məktəb

👏🏻 Məktəbimizi layiqincə təmsil edərək II yerə layiq görülən qızlarımızı və onların müəllimini ürəkdən təbrik edirik!

Komandamıza göstərdiyi dəstəyə görə Ramiz müəllimə və Elmar Məhərrəmova təşəkkürümüzü bildiririk.

Qızlarımıza gələcək yarışlarda yeni uğurlar arzulayırıq! ❤️🏐

26 iyul – Gənclər və İdman Nazirliyinin yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə Elm və Təhsil Nazirl...
24/07/2026

26 iyul – Gənclər və İdman Nazirliyinin yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikatlaşdırılması imtahanında 51 və daha yüksək bal toplayaraq uğurlu nəticə göstərən fiziki tərbiyə müəllimləri təltif olunublar.

Məktəbimizin fiziki tərbiyə müəllimlərini bu nailiyyəti münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar və möhkəm can sağlığı arzulayırıq.

👏 Qazandığınız hər bir uğur təhsilimizin və gənc nəslin inkişafına dəyərli töhfədir. 🌹

01/07/2026

🎶 Məktəbimizin “Bir səs, bir ürək” xor kollektivi sosial şəbəkələrdə böyük maraq və rəğbətlə qarşılanıb. Qürurverici çıxışımız qısa zamanda izləyicilərin sevgisini qazanaraq geniş paylaşılıb.

Şagirdlərimizin və musiqi müəllimimizin əməyi, səhnə mədəniyyəti və vətənpərvərlik ruhu hər kəs tərəfindən yüksək qiymətləndirilib. Bu uğur bizim üçün böyük motivasiya və sevincdir.

Göstərilən dəstək və xoş sözlərə görə hər kəsə təşəkkür edirik! 🇦🇿✨

📌 Məktəbimizdə ikinci yarımilin yekun pedaqoji şurası keçirildiMəktəbimizdə 2025–2026-cı tədris ilinin ikinci yarımilini...
30/06/2026

📌 Məktəbimizdə ikinci yarımilin yekun pedaqoji şurası keçirildi

Məktəbimizdə 2025–2026-cı tədris ilinin ikinci yarımilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirilmişdir. İclas zamanı tədris ili ərzində görülən işlər, qazanılmış uğurlar və əldə olunan nəticələr geniş müzakirə edilmişdir.

📊 İbtidai və yuxarı siniflər üzrə tədris göstəriciləri təqdim olunmuş, IX və XI sinif şagirdlərinin buraxılış imtahan nəticələri təhlil edilərək mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılmışdır.

📚 Tədris prosesində qarşıya çıxan məsələlər dəyərləndirilmiş, növbəti mərhələ üçün əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

👏 Eyni zamanda sertifikasiya imtahanından uğurla keçən müəllimlər təbrik olunmuş, onların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilmişdir. Həmçinin 65 yaş həddinə çatan müəllimlərə uzunillik səmərəli pedaqoji fəaliyyətlərinə görə təşəkkür edilmiş, onlara xoş arzular bildirilmışdir.

🌟 İclas çərçivəsində pedaqoji fəaliyyətində fərqlənən müəllimlərin əməyi xüsusi vurğulanmış, onların təhsil sahəsindəki xidmətləri yüksək dəyərləndirilmişdir.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Mədəniyyət Kön...
25/06/2026

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Mədəniyyət Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Səslərimiz Birləşsin” məktəblilərarası I Xor Festivalının qala konserti keçirilmişdir.

Festivalda məktəbimizi təmsil edən “Bir səs, bir ürək” xor kollektivi uğurlu çıxışı ilə seçilərək qalib məktəblərdən biri olmuşdur. 🎶✨

Məktəbimizin musiqi müəllimi Məmmədova İrina və əziyyət çəkən bütün şagirdlərimizə dərin təşəkkürümüzü bildirir, onlara yeni uğurlar arzulayırıq. 🌟🤍

Məktəbimizin 6F sinif şagirdi Bayramova Almina Şahin qızı KVN Juniors League-də “Ən yaxşı aparıcı” nominasiyası üzrə qal...
22/06/2026

Məktəbimizin 6F sinif şagirdi Bayramova Almina Şahin qızı KVN Juniors League-də “Ən yaxşı aparıcı” nominasiyası üzrə qalib olaraq məktəbimizin qürur mənbəyinə çevrilmişdir. Onun səhnədəki uğurlu çıxışı, özünəinamı və bacarığı böyük rəğbətlə qarşılanmışdır. ✨

21/06/2026

Məktəbimizin şagirdləri Mərdəkan Mədəniyyət Sarayında keçirilən KVN yarışmasında uğurla iştirak edərək II yerə layiq görülmüşlər.

Şagirdlərimizi bu nailiyyət münasibətilə ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq. 👏🎭

Address

Əli İsazadə 15
Baku
AZ1045

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 15:00

Telephone

0124562814

Alerts

Be the first to know and let us send you an email when Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category