Geologyworks

Geologyworks

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Geologyworks, Education, Baku.

18/03/2026

ArcGIS sahəsində biliklərini artırmaq istəyirsən? 🌍

ArcGIS üzrə təşkil olunan kurs haqqında daha ətraflı məlumat almaq istəyənlər üçün ödənişsiz infosessiya keçiriləcək. Bu görüşdə kurs proqramı, tədris olunacaq mövzular və təlim prosesi haqqında ümumi məlumat veriləcək.

📅 Tarix: 24mart
⏰ Saat: 18:00
💻 Format: Online
🎓 İştirak ödənişsizdir

11/03/2026

Yeni Vakansiya – Texnik

Neft-qaz sənayesində fəaliyyət göstərən KTIB Sales şirkəti Geoscience Technician vəzifəsi üçün namizədlərin müraciətini qəbul edir. Şirkət neft-qaz sənayesində müxtəlif texniki və texnoloji həllər təqdim edir və geoloji məlumatların idarə olunması, layihələrin koordinasiyası və texniki xidmət sahələrində fəaliyyət göstərir.

📍 İş yeri: Babek Plaza Business Centre, Bakı
🕘 İş qrafiki: 09:00 – 17:00 (5 günlük iş həftəsi)
💰 Əmək haqqı: 834.78 AZN (gross)

📌Vəzifə öhdəlikləri

* Geoloji proqram təminatlarının dəstəklənməsi və təkmilləşdirilməsi

* Geoloji məlumatların idarə olunması və layihələrin koordinasiyası

* Neft-qaz layihələri üzrə texniki fəaliyyətlərin təşkilində iştirak

* Texniki satış və müştəri əlaqələrinin qurulmasına dəstək

* Layihələr üzrə texniki xidmət və əməliyyat proseslərinin dəstəklənməsi

* Menecerlərə xidmət keyfiyyətinin artırılması istiqamətində kömək

* Layihə resurslarının idarə olunması və işlərin vaxtında tamamlanmasına nəzarət

🎓 Tələblər

* Geologiya, neft mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr təhsili

* Minimum 1 il təcrübə (yeni məzunlar da müraciət edə bilər)

* Kompüter bilikləri və texniki proqramlarla işləmə bacarığı

* Təqdimat və hesabat hazırlama bacarıqları

* Rus dili – mütləq, Azərbaycan və İngilis dili – üstünlükdür

🎁 Şirkət tərəfindən təklif olunur:

* Əmək qanunvericiliyinə uyğun rəsmi iş

* 3 aylıq sınaq müddəti

* Şirkət tərəfindən noutbuk və mobil telefon

* KPI əsaslı bonus sistemi

📩 Müraciət üçün: CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.

04/03/2026

🎉 1000 izləyici – birlikdə daha güclüyük!

♻️Artıq GeologyWorks ailəsi olaraq instagram hesabımız üzərindən 1000 izləyici həddini keçdik!

✅Bu rəqəm sadəcə statistika deyil. Bu – geologiyaya maraq göstərən, öyrənməyə açıq olan və inkişaf etməyə çalışan gənclərin birliyidir.

🍀Bizim məqsədimiz:

▫️ Gənc geoloqları bir araya toplamaq
▫️ Peşəkar bilik və təcrübə paylaşmaq
▫️ Könüllülük əsaslı inkişaf mühiti yaratmaq
▫️ Sahə, təlim və layihələrlə real dəyər formalaşdırmaq

💚Hər bir izləyicimiz bu yolun bir parçasıdır. Dəstəyiniz, inamınız və aktivliyiniz üçün təşəkkür edirik!

📷Instagram:

🚀 Növbəti hədəf – daha böyük, daha güclü və daha peşəkar bir icma olmaqdır!

i̇nkişaf

03/03/2026

🌍 “ArcGIS üzrə Kompleks Xəritəqurma və Məkan Analizi”

📈 Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsinə sıfırdan başlamaq və ArcGIS proqramını peşəkar səviyyədə öyrənmək istəyənlər üçün yeni kursa start veririk!

📌 Kurs haqqında: Bu kurs başlanğıc səviyyədən başlayaraq keçiriləcək və ArcGIS proqramının əsasları, xəritələrin qurulması, məkan analizləri və praktiki tətbiqləri əhatə edəcək. Xüsusilə:
• Bu sahəyə yeni başlayanlar
• Tələbələr
• Öz biliklərini sistemli şəkildə formalaşdırmaq istəyənlər üçün uyğundur.

🎓 Tədris dili: Kurs Azərbaycan dilində keçiriləcək.
Eyni zamanda termin və izahlar İngilis və Rus dillərində də təqdim olunacaq.

🖥 Format: Online
⏳ Müddət: Həftədə 2 dəfə, 1 saat
👥 Qrup limiti: 15 nəfər
💰 Qiymət: 100 AZN
📜 Sertifikat: Təqdim olunur

Bu kursun sonunda siz:
✔ ArcGIS interfeysini sərbəst istifadə edə biləcək
✔ Peşəkar xəritələr hazırlaya biləcək
✔ Əsas məkan analizlərini icra edə biləcəksiniz

📝 Yer sayı məhduddur! Qeydiyyat üçün DM və ya WhatsApp vasitəsilə bizimlə əlaqə saxlayın 📩

26/02/2026

💔Xocalı faciəsi

📌 26 fevral 1992-ci il… Azərbaycan tarixinin ən ağrılı, ən sarsıdıcı gecələrindən biri. Xocalı şəhərində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Bu faciə təkcə bir şəhərin deyil, bütün xalqın yaddaşına həkk olundu.

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ağır cinayətdir. O gecə insanlar yalnız milli kimliyinə görə hədəf seçildi. Ailələr parçalandı, körpələr yetim qaldı, anaların fəryadı tarixə qarışdı.

Bu hadisə bizim üçün sadəcə bir tarix deyil — yaddaş, ədalət və vicdan məsələsidir. Xocalını unutmaq, şəhidlərimizin xatirəsini unutmaq deməkdir.

📌 Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq.

23/02/2026

☘️ GeologyWorks Cəmiyyəti olaraq yazı işləri (diplom işi, kurs işi, sərbəst işlər və s.) üzrə peşəkar konsultasiya və dəstək xidməti.

📚 Elmi, texniki və peşəkar yazı işlərində tək deyilsiniz.
Biz yazını sizin yerinizə “hazırlayıb təqdim etmək” deyil, düzgün material, real sahə biliyi və metodoloji dəstək təqdim edirik.

📌 Nə təklif edirik?

✔️ 5+ il təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən konsultasiya xidməti;
✔️ Yazı strukturunun qurulması, mövzuya düzgün yanaşma;
✔️ Real sahə materialları və canlı təcrübələrə əsaslanan məlumat dəstəyi;
✔️ Müqavilə əsasında şəffaf əməkdaşlıq;
✔️ Əlavə istəyə əsasən plagiat yoxlanışı.

📊 Məlumatlarımız müxtəlif sahələr üzrə çalışan əməkdaşlarımızın praktiki təcrübələrinə əsaslanır. Yəni siz süni mətn deyil, reallığa söykənən, əsaslandırılmış material əldə edirsiniz. Yazı işi sifariş verildikdən, tələb olunan yerə təhvil verilənə kimi əməkdaşlarımız sizinlə əlaqədə qalır.

🎯 Məqsədimiz:

Sizin işinizi asanlaşdırmaq, yazı prosesində doğru istiqamət göstərmək və nəticəni keyfiyyətli etmək.

📩 Ətraflı məlumat və əməkdaşlıq üçün bizimlə əlaqə saxlaya bilərsiniz : +99455 517-35-36

📝 Yazı işləri sifarişinin verilməsi üçün anket : https://docs.google.com/forms/d/e/1FAIpQLSe_f0gLSKTaJ8h6FKjalQp4ys_m7JRTpG2sHpluZY8AYHWvRA/viewform?usp=sharing&ouid=101765283678790017845

22/02/2026

📢 900 izləyici – birlikdə böyüyürük!

📈 Artıq GeologyWorks Cəmiyyəti olaraq Instagram səhifəmizdə 900 izləyiciyə çatdıq.

♻️ Bu rəqəm sadəcə statistika deyil.
Bu – geologiyaya maraq göstərən, öyrənmək istəyən, inkişaf etməyə çalışan bir icmanın göstəricisidir.

🍀 Bizim məqsədimiz:
🔹 Gənc geoloqları bir araya toplamaq
🔹 Peşəkar bilik və təcrübə paylaşmaq
🔹 Könüllülük əsaslı inkişaf mühiti yaratmaq
🔹 Sahə, təlim və layihələrlə real dəyər formalaşdırmaq

Hər bir izləyicimizə təşəkkür edirik. Sizin dəstəyiniz Cəmiyyətimizin gücüdür.

🚀 Növbəti hədəf – daha böyük, daha güclü və daha peşəkar bir Cəmiyyətin formalaşdırılmasıdır!

21/02/2026

📝 21 Fevral – Beynəlxalq Ana Dili Günü

🇦🇿 Dil bir millətin yaddaşıdır. Dil – tariximiz, kimliyimiz və gələcəyimizdir.

🇦🇿 Bu gün dünya miqyasında qeyd olunan Beynəlxalq Ana Dili Günü münasibətilə ana dilimizin dəyərini bir daha vurğulayırıq. Ana dilində düşünmək, öyrənmək və öyrətmək – güclü cəmiyyətin əsas şərtidir. Elmi terminologiyadan gündəlik ünsiyyətə qədər hər sahədə dilimizin zənginliyini qorumaq və inkişaf etdirmək bizim ortaq məsuliyyətimizdir.

♻️ Geologyworks Cəmiyyəti olaraq inanırıq ki, elm ana dilində daha əlçatan, daha təsirli və daha davamlıdır. Geologiya, neft-qaz, geofizika və digər sahələrdə biliklərin Azərbaycan dilində çatdırılması gələcək nəsillər üçün möhkəm təməl yaradır.

💚 Ana dilimizi qoruyaq, sevək və inkişaf etdirək!
Çünki dil varsa – millət var.

Hörmətlə,
Geologyworks Cəmiyyəti 🌍

Photos from Geologyworks's post 21/02/2026

(açıq lülədə qazma işləri) adlı ödənişsiz formada keçirilən təlimimizdən görüntülər.

💚 İştirak edənlərə və dəstəyə görə Azərbaycan Fransız Universitetinə təşəkkür edirik! .university

✉️ İştirak edənlərdən təlim haqqında fikirlərini rəy bölməsində qeyd etməklərini xahiş edirik. Sizin rəyləriniz bizim üçün önəmlidir ✨

📆 Növbəti təlimlərdə görüşmək ümidi ilə 🍀

21/02/2026

📢 Vakansiya: Geoloq

Azərbaycan Beynəlxalq Mədən Şirkəti (Azerbaijan İnternational Mining Company - AİMC) komandası üçün geoloq axtarır.

Aşağıdakı namizədlər müraciət edə bilər:

🎓 Geologiya ixtisası üzrə yeni məzun olmuş və karyerasına başlamaq istəyən şəxslər
🧭 Mədən və kəşfiyyat sahəsində yeni imkanlar və çağırışlar axtaran təcrübəli mütəxəssislər

Bu vəzifə:
✔️ Dinamik iş mühitində çalışma
✔️ Sahə təcrübəsi qazanma
✔️ Geoloji layihələrdə iştirak etmə imkanı yaradır

📍 İş yeri: Gədəbəy

📧 CV göndərmək üçün: [email protected]

Uyğun namizəd tanıyırsınızsa, paylaşaraq dəstək ola bilərsiniz.

📄 Mənbə : https://www.linkedin.com/posts/cavid-ibrahimov-93567a52_geology-mining-exploration-activity-7430117263623634944-qSMS?utm_medium=ios_app&rcm=ACoAAD2XaBkB-Nv9ry-c1RnM0TDGGz4eUBooNmg&utm_source=social_share_send&utm_campaign=copy_link

Geoloq Karyera İşElanı

19/02/2026

♻️ Vakansiya Elanı – Kiçik Geofiziki Mühəndis (Junior Geophysical Engineer)

📟 BEOC (Bahar Energy Operating Company) dənizdə aparılan geofiziki tədqiqat layihələrində iştirak etmək üçün “Kiçik Geofiziki Mühəndis” vəzifəsinə namizəd axtarır.

📌 Vəzifə öhdəlikləri:
• Dəniz geofiziki kampaniyalarında şirkəti təmsil etmək
• MBES, SSS, SBP, maqnitometr və digər dəniz geofiziki ölçmə sistemləri ilə məlumatların toplanmasına dəstək
• Real vaxt rejimində keyfiyyətə nəzarət (KN)
• Gündəlik hesabatların və texniki sənədlərin hazırlanması
• Layihə planlaması, risk qiymətləndirilməsi və texniki sənədləşmə prosesində iştirak
• Əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun fəaliyyətin təmin edilməsi
• Texniki komandalar və podratçılarla koordinasiya
Tələblər:
• Geofizika, Geofiziki mühəndislik və ya Yer elmləri üzrə bakalavr dərəcəsi
• Dəniz geofiziki ölçmələri sahəsində minimum 1 il təcrübə
• MBES, SSS, SBP və maqnitometr sistemləri ilə iş təcrübəsi
• SonarWiz, Fledermaus, QGIS, Petrel, Global Mapper və s. proqram təminatları üzrə bilik
• İnersial naviqasiya sistemi / Qlobal naviqasiya peyk sistemi və naviqasiya üzrə keyfiyyətə nəzarət anlayışı
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
• Güclü analitik düşüncə və hesabat hazırlama bacarığı

📩 Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

13/02/2026

🛢️ Açıq lülədə ölçmə işlərinin əsasları
Neft-qaz geologiyasında dəqiqliyin başladığı nöqtə!

📍 Məkan: UFAZ (.university )
🗓 21.02.2026
⏰ 12:00
🎓 Format: Əyani təlim

🔼 Bu təlim neft-qaz yataqlarının axtarışı və işlənilməsi mərhələsində açıq lülədə (open hole) aparılan ölçmə işlərinin geoloji əhəmiyyətinə həsr olunub.

👨🏼‍🏫 Təlimçi - neft-qaz geoloqu, Cavid Yusifov açıq lülədə aparılan ölçmələrin:

• kollektor xüsusiyyətlərinin qiymətləndirilməsində
• lay parametrlərinin təyinində
• neft-qaz doymuşluğunun analizində
• karotaj məlumatlarının interpretasiyasında

necə əsas rol oynadığını praktik nümunələrlə izah edəcək.

👁️ Bu təlim sizə yalnız anlayış verməyəcək — quyu məlumatlarına geoloq gözü ilə baxmağı öyrədəcək.

🎯 Kimlər üçün uyğundur?
Neft-qaz mühəndisliyi, geologiya və geofizika ixtisası üzrə tələbələr və gənc mütəxəssislər üçün.

⚜️ Real sahə yanaşması, real mütəxəssis və real bilik.

📌 Yerlər məhduddur.

♻️ Geologyworks ilə biliklərinizi dərinləşdirin, gələcəyinizi formalaşdırın.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Website

Address


Baku