Dövlət Proqramı - Xaricdə təhsil

Dövlət Proqramı - Xaricdə təhsil

Share

2019-2023/ 2022-2028 Dövlət Proqramı Səhifəmizdən istifadə qaydaları:

1. Sizin sualınızın cavabı artıq orda öz əksini tapmış ola bilər.

2.

Suallarınızı ünvanlamazdan öncə Dövlət Proqramı ilə bağlı internet səhifəmizi diqqətlə oxuyun. Səhifəmizdə hər hansı reklam və təbliğat xarakterli fəaliyyət qadağandır. Bu qaydani pozanların səhifəyə girişləri məhdudlaşdırılacaqdır.

3. Dövlət Proqramından fərqli mövzularla bağlı yazılmış şərhlər və suallar silinəcəkdir.

17/07/2026

🎓Dövlət Proqramı təqaüdçüsü Edqar Şahbazov alimlərin uzun illərdir, üzərində çalışdığı mühüm elmi problemlərdən birinin araşdırılması üçün yeni tədqiqat modeli hazırlayıb.

Genomdan tam çıxarılması canlı orqanizm üçün ölümcül nəticə doğuran genlərin və onların uyğun zülallarının funksiyalarını öyrənməyə imkan verən bu model gələcəkdə xərçəng, Altsheymer və Parkinson xəstəlikləri, xroniki depressiya, müxtəlif ağır psixi pozuntular və digər mürəkkəb neyrodegenerativ xəstəliklər üzrə fundamental tədqiqatlarda istifadə oluna bilər.

✔️Mançester Universitetində molekulyar biologiya ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Edqar bildirir ki, bu kimi tədqiqatların nəticələri yaxın gələcəkdə Azərbaycanın təkcə Qafqazda yox, dünyada lider biotexnologiya mərkəzinə çevrilməsinə bilavasitə kömək edəcək.

Uzun müddət bu təcrübənin uğurlu nəticəsini gözləyən təqaüdçümüz artıq universitet laboratoriyasında daha intensiv tədqiqatlara başladığını deyir.

Edqar, tədqiqatının yeni nəticələri haqqında tezliklə eşitməyi arzulayır və bu yolda sənə bol nailiyyətlər diləyirik!

15/07/2026

Dövlət Proqramı çərçivəsində 🇹🇷Türkiyə Respublikasında təhsil alan təqaüdçülərimizin diqqətinə!

📢 Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə fəaliyyətinin daha sistemli, operativ və peşəkar şəkildə işıqlandırılması məqsədilə rəsmi “Facebook” səhifəsi yaradılıb.

Həmin səhifədə mütəmadi olaraq aşağıdakı istiqamətlər üzrə məlumatlar paylaşılacaq:

🎓 Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq;
🏛️ Universitetlərarası əlaqələr və akademik tərəfdaşlıqlar;
📚 Təqaüd proqramları, təhsil imkanları və akademik mobillik;
🧑🏻‍🎓Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları üçün faydalı məlumatlar və elanlar;
🏆Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının akademik, elmi, innovasiya, mədəni və ictimai sahələrdə əldə etdikləri nailiyyətlər;
🤝 Rəsmi görüşlər, tədbirlər və təhsil diplomatiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər;
🌍 Beynəlxalq akademik əməkdaşlıq, elm və ali təhsil sahəsində aktual yeniliklər.

🔗 “Facebook” ünvanı: Təhsil Məsələləri - Azərbaycanın Türkiyədəki Səfirliyi

15/07/2026

📣 2026/2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start veriləcək.

- Elektrik və elektronika mühəndisliyi
- Mexanika mühəndisliyi
- Kimya mühəndisliyi
- İnşaat mühəndisliyi ixtisaslarını əhatə edən bu ikili diplom proqramı çərçivəsində sizi gözləyir:

🎓Dövlət hesabına təhsil
🏫3 il Qarabağ Universitetində təhsil
🏢1 il İstanbul Texniki Universitetində təhsil
🇬🇧İngilis dilində tədris
👩🏻‍🎓Sonda hər iki universitetin bakalvr diplomu
📚Xankəndidə müasir laboratoriyada təhsil
🇹🇷📍Türkiyədə istehsalat təcrübəsi və yay məktəbi

Qeyd edək ki, yeni ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir və Dövlət Proqramı çərçivəsində maliyyələşdirilir.

🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/5013

Photos from Dövlət Proqramı - Xaricdə təhsil's post 13/07/2026

🎓 Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) ilə Bakı Dövlət Universiteti (BDU) arasında BDU–HUJI (Yerusəlim İbrani Universiteti) ikili diplom proqramına həsr olunmuş işgüzar görüş keçirilib.

Görüş zamanı müzakirə edilən əsas məsələlər:

🔹 Proqramın 2023–2025-ci illər üzrə icra nəticələrinin və mövcud vəziyyətinin qiymətləndirilməsi;
🔹 Gələcək inkişaf perspektivləri və növbəti mərhələ üçün fəaliyyət istiqamətləri;
🔹 Yeni tələbə qəbulu imkanları, məzunların nailiyyətləri və elmi əməkdaşlığın genişləndirilməsi.

🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/5011

Photos from Dövlət Proqramı - Xaricdə təhsil's post 09/07/2026

🎓 Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının 3-cü məzun buraxılışı keçirilib.

✔️ Bu il 113 nəfər proqramı uğurla başa vuraraq məzun şəbəkəmizə qoşulub.

✔️Beləliklə BMU-İNHA ikili diplom proqramının məzunlarının ümumi sayı 256 nəfərə çatıb.

Tədbirdə ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.

Məzunlarımızı təbrik edir və bol uğur arzu edirik!

🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/5010

09/07/2026

Dövlət Proqramı məzunu Fəqan Abdurəhmanov İsveç İnstitutu tərəfindən həyata keçirilən “Impact Pioneers ’26” proqramına qəbul olan liderlər arasında yer alıb.

🌏 10 ölkədən cəmi 54 gəncin seçildiyi bu platformada müxtəlif sektorlardan gələn iştirakçılar bir sual ətrafında birləşirlər: dayanıqlı gələcəyi necə daha sürətli qura bilərik?

Fəqan da bu proqram çərçivəsində Azərbaycanın bərpa olunan enerji♻️ sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformaya daşıyacaq. O, növbəti 10 həftə ərzində Avropanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə birlikdə dayanıqlı inkişaf, innovasiya və yaşıl transformasiya sahələrində təcrübə mübadiləsi aparacaq, liderlik bacarıqlarını daha da inkişaf etdirəcək.✅

📌 Dövlət Proqramı çərçivəsində İsveç Krallığının Uppsala Universitetində külək enerjisi layihələrinin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almış Fəqan Abdurəhmanov bildirir ki, əsas məqsədlərindən biri Avropa ölkələrindən olan mütəxəssislərlə əməkdaşlıq əlaqələrinin qurulmasında və Azərbaycanın yaşıl enerji gündəliyinin beynəlxalq platformalarda daha geniş tanıdılmasında rol oynamaqdır.

🎓 Məzunlarımızın bərpa olunan enerji sahəsində nəinki ölkəmizdə, hətta dünyada aparıcı mütəxəssislər kimi tanınmaları bizi sevindirir!

Photos from Dövlət Proqramı - Xaricdə təhsil's post 04/07/2026

ℹ️ Dövlət Proqramı İdarəetmə Qrupu ilə ADA Universiteti arasında ADA Universiteti və Corc Vaşinqton Universitetinin (CVU) birgə həyata keçirdiyi ikili diplom proqramının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərinin müzakirəsinə həsr olunmuş işgüzar görüş baş tutub.

Görüşün əsas məqsədi ADA–CVU ikili diplom proqramı çərçivəsində 2020–2025-ci illər ərzində əldə olunmuş nəticələrin qiymətləndirilməsi, proqramın strateji inkişaf istiqamətlərinin, maliyyə dayanıqlılığının və 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu prosesinə hazırlıq məsələlərinin müzakirəsi olub.

🔗 Daha ətraflı: https://dp.edu.az/az/news/5008

26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını təbrik edir, onlara xidmətlərində uğurlar arzulayırıq!🇦🇿

Photos from Dövlət Proqramı - Xaricdə təhsil's post 17/06/2026

Dövlət Proqramı İdarəetmə Qrupu ilə Qarabağ Universiteti arasında Qarabağ Universitetində həyata keçirilməsi nəzərdə tutulan ikili diplom proqramına dair işgüzar görüş keçirilib.

Görüşün əsas məqsədi beynəlxalq ikili diplom proqramının maliyyələşmə və idarəetmə mexanizmlərinin, eləcə də növbəti mərhələdə görüləcək işlərin müzakirə edilməsi olub.

Daha ətraflı: https://dp.edu.az/az/news/5005

15/06/2026

15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günüdür!

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə başlayan bu tarixi gün, müstəqilliyimizin, sabitliyimizin və parlaq gələcəyimizin təməlidir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Atatürk Pr. 118A/120
Baku
0011

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00