22/06/2022
Dövlət qulluğuna qəbulun test mərhələsi "TƏK KİTAB"-da
Çoxsaylı istəkləri nəzərə alaraq tam təkmilləşdirilmiş kitabımız İYUL ayından etibarən SATIŞDA!
Kitabın yenilənməsində əməyi keçən müəllim yoldaşlara (Orxan və Kənan müəllim, Nuranə və Məhbubə müəlliməyə, redaksiyaya görə Ellada xanıma) təşəkkürümü bildirirəm.
Sifariş üçün:
(050) 364-50-64
22/04/2022
İnzibati vəzifələrin A və B növü üzrə müsabiqənin müsahibə mərhələsinə qeydiyyat 21 apreldə başlamış 20 mayda sona çatacaqdır. Sertifikatı olan şəxslər müvafiq vakant yerlər üzrə seçim edə bilərlər. Dəstək üçün 📲+994503645064
15/04/2022
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı 08 mayda keçiriləcək test imtahanında "Dünyagörüşü" üzrə sizə təqdim ediləcək 10 sual üçün əhəmiyyətli dərslik. Kitab həmçinin müsahibə mərhələri üçün əlverişlidir.
2021 versiyası PDF variantda satışdadır.
Qeyd: Kitablardan 2015-2020-ci illər ərzində 1000-lərlə şəxs istifadə edərək uğur qazanmışdır.
İstəyənlər whatsapp və ya inboxa yaza bilər.
📲(050) 364-50-64
-----------------------------------------
09/04/2022
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat başladı. İmtahan 08.05.2022 tarixində keçiriləcəkdir.
İmtahanda aşağıdakı şəxslər iştirak edə bilər:
* Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq (2017-ci ildə qəbul olanlar üçün 2022-ci il son şansdır)
* 10.08.2016-cı il tarixinədək dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları
01/04/2022
🎯 3 aylıq xüsusi hazırlıq proqramı ilə sən də test imtahanından keç!
✍️ Dövlət qulluğuna hazırlıq qruplarına qeydiyyat davam edir.
✔️ Ənənəvi və onlayn dərslərin keçirilməsi;
✔️ Hər mövzu üzrə testlərin icrası;
✔️ 10 Sınaq İmtahanının icrası;
✔️ Dərsliyimiz əsasında tədris;
✔️ Keyfiyyətli və Zəmanətli dərslər
🎁 Kitablarımız qeydiyyat edənlərə tam ödənişsiz verilir.
Daha ətraflı məlumat üçün rəyə "➕" yazın və ya əlaqə saxlayın:
📲 +994(50) 364 50 64
------------------------------------
21/03/2022
Daxili müsahibə ELANI!
İştirak etmək istəyən namizədlər 6 aprel 2022-ci il saat 18:00-dək aşağıdakı linkdən qeydiyyatdan keçməlidirlər:
https://exidmet.dim.gov.az/DQQ/Elan/DxMshMshElanlar
Elana çıxarılan vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:
* Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
* Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
* 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.