31/08/2026
Keçən həftə “Toplum TV işi” üzrə həbs edilmiş siyasi məhbuslar Umbakı Penitensiar Kompleksində içməli su probleminə etiraz etdikləri üçün çərimə kamerasına (karsa) salınmışdı.
Bu gün Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev yazdığı məktubunda cərimə kamerasında olduqları müddətdə üzləşdikləri qanunsuzluqlar barədə məlumat verib:
“Fərid İsmayılovun 3 günlük kars müddəti bitdikdən sonra o, heç bir qərar və ya əsaslandırma olmadan qanunsuz şəkildə əlavə 3 gün də karsda saxlanılmağa davam edib. Müəssisənin rəisi Rəşad Yusifov vasitəçi şəxslə ona bildirib ki, Fəridi karsdan buraxmaq üçün Penitensiar Xidmətin rəhbərliyindən göstəriş gözləyir”.
“Ruslan İzzətliyə bir həftəlik kars müddəti onun iradəsi xaricində təyin olunub. Müəssisə rəisi Ruslan İzzətliyə kars müddətinin onun “çəkisinə” uyğun təyin olunub deyərək, onu karsdan buraxmaqdan imtina edib və onu qanunsuz şəkildə cəzalandırıb”.
“Akif Qurbanova, Fərid İsmayılov və mənə təyin olunmuş kars müddətləri ilə bağlı qərarlarda güya korpusda səs-küy salıb qapıları döyəcləyib təxribat etməyə çalışdığımız üçün karsa salındığımız qeyd olunub”.
“Fərid İsmayılovun axşam saatlarında səhhəti pisləşdiyi üçün həkim çağırılması ilə bağlı tələblərimizə verilən cavab bu olub ki, hazırda müəssisədə heç bir həkim yoxdur”.
Məktubun tam formasını şərh bölməsində oxuya bilərsiniz:
Foto: Meydan TV (AI)