Bakı Avrasiya Universiteti

Bakı Avrasiya Universiteti Bakı Avrasiya Universitetinin rəsmi facebook səhifəsi, saytı: www.baau.edu.az və e-poçtu: [email protected] Bakı Avrasiya Universiteti (BAAU) f.e.d. prof.

Nazim Ziyad oğlu Hüseynli tərəfindən 30 aprel 1992-ci ildə təsis edilmiş Ali Diplomatiya Kollecinin varisidir. Ali Diplomatiya Kolleci DAEK-in 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçirilmişdir. DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 1996-cı il tarixli 22 saylı qərarı ilə Ali Diplomatiya Kollecinə dövlət statusu verilmişdir.

2

005-ci il 30 iyun tarixdən Azərbaycan hökümətinin qərarı ilə adı dəyiştirilmiş və Baki Diplomatiya Universiteti adı ilə yenidən dovlət qeydiyyatına alınmışdır. 26 may 2006-cı ildə Azərbaycan hökümətinin qərarı ilə yenidən adi dəyiştirilmiş və Bakı Avrasiya Universiteti adi altında dovlət qeydiyyatından keçmişdir. SSRİ dağıldıqdan sonra təzəcə müstəqillik qaznmış Azərbaycan Respublikasının Beynəlxalq təşkilatarda təmsil olunması, dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin surətlə qurulması zərurəti yarandı və bu şəraitdə, diplomatik və beynəlxalq münasibətlər sahəsində kadrlara kəskin ehtiyac duyulmağa başlandı. Universitet də bu zərurətdən yarandı və bu sahədə öz töhfəsini verən ilk təhsil ocaqlarından biri oldu. Universitet yarandığı gündən qarşısına qoyduğu əsas məqsəd Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edəcək müasir standatrlara uyğun ali təhsillli mütəxəssislərin hazırlanması idi. Bu məqsədlə universitetdə diplomatiya, Regionşünaslıq, Sinxron tərcümə, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və.s ixtisaslar üzrə ali təhsilli kadr hazırlığı aparılmışdır. Yarandığı gündən Universitetdə tələbələrə münasibət demokratik prinsiplər əsasında qurulmuş, onlara müəllim və ixtisas seçimində müstəqillik verilmışdir. Burada tələbələr tədrislə yanaşı elmi-tədqiqat işlərinə, ictimai sosial fəaliyyətə, digər yaradıcılıq sahələrinə cəlb ediliblər və universitetin həyatında aktiv iştirak edirlər. Universitetin tələbələri xarici ölkələrin təşkil etdiyi müxtəlif xarakterli təhsil proqramlarında iştirak edir və uğurlar qazanırlar, 11 - beynəlxalq, 6 - respublika konfranslarında iştirak və çıxış etmişlər. Universitetin əsas fəaliyyət sahələrindən biri elmi-tədqiqat işləridir. Bu işlərin əsas məqsədi universitetin istiqamət və ixtisaslarına uyğun tədqiqatlar apararaq, təhsilin keyfiyyətini artırmaq, müasir tələblərə cavab verən təhsil təşkil etmək, onu elmi əsaslar üzərində qurmaqdır. Aparılan elmi-tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq və respublika səviyyəli konfranslarda müzakirə olunub və yaxud onlara belə konfranslar həsr edilib. BAAU-da müxtəlif sahələr, o cümlədən beynəlxalq münasibətlərlə bağlı - 6 - beynəlxalq konfrans, 23 respublika elmi-praktik konfransları keçirilmişdir. Universitetin professor və müəllimləri 25 – beynəlxalq konfransın və simpoziumun, 10 - ümumrespublika, 11 - elmi-praktik konfranslarda iştirakçısı olmuş və məruzələrlə çıxış etmişlər. BAAU nüfuzlu təhsil ocaqları, elmi mərkəzləri ilə, elm, təhsil sahəsində, tələbə və müəllim mübadiləsi sahəsində əlaqələrə xüsusi önəm verir. Bu məqsədlə qabaqcıl təhsil ocaqlarının praktikasından nümunə götürərək keyfiyyətli təhsil sistemi yaratmaq, müştərək proqramalr hazırlamaq, elmi-konfranslar keçirmək üçün BAAU xarici ölkələrin təhsil mərkəzləri ilə, o cümlədən Rusiyanın Ali İqtisadiyyat və Mədəniyyət məktəbi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Türkiyənin Süleyman Dəmirəl Universiteti, Girne Amerika Universiteti, Ukraynanın Diplomatiya Akademiyası, Gürcüstanın Müstəqil Diplomatiya Akademiyası, Budapeşt Korvinus Universiteti ilə əməkdaşlıq edir. BAAU 4 beynəlxalq təşkilatın - Dünya Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB ölkələri Beynəlxalq Münasibətlər Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi Universitetləri Birliyi Türkdilli Dövlətlər Universitetləri Birliyinin üzvüdür.

🔰 Bakı Avrasiya Universitetinin (BAAU) tələbəsi adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirik !🔰 BAAU ailəsinə ...
24/08/2026

🔰 Bakı Avrasiya Universitetinin (BAAU) tələbəsi adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirik !

🔰 BAAU ailəsinə xoş gəldiniz !

🔰 Burada qazandığınız bilik və bacarıqlar gələcək uğurlarınızın möhkəm təməli olacaq.

🔰 Yeni tədris ilində hər birinizə bol uğur, yüksək nailiyyətlər və yaddaqalan tələbəlik illəri arzulayırıq.



Əziz abituriyentlər,🔰 Karyeranızı diplomatiya, beynəlxalq əlaqələr, xarici siyasət və siyasi təhlil sahəsində qurmaq ist...
19/08/2026

Əziz abituriyentlər,

🔰 Karyeranızı diplomatiya, beynəlxalq əlaqələr, xarici siyasət və siyasi təhlil sahəsində qurmaq istəyirsiniz?

✅ Dünya siyasətini, beynəlxalq münasibətləri və qlobal prosesləri dərindən anlamaq, dövlətlər və beynəlxalq aktorlar arasında münasibətlərin necə formalaşdığını öyrənmək üçün Beynəlxalq münasibətlər ixtisası doğru seçim ola bilər.

✅ Müasir beynəlxalq mühitdə uğurlu mütəxəssis olmaq üçün yalnız nəzəri biliklər deyil, həm də analitik düşüncə, xarici dil bacarıqları, diplomatik ünsiyyət və beynəlxalq təcrübə mühüm əhəmiyyət daşıyır.

🔰 Bakı Avrasiya Universitetində (BAAU) Beynəlxalq münasibətlər ixtisası tələbələrə bu bilik və bacarıqları inkişaf etdirmək üçün akademik və praktiki imkanlar təqdim edir.

📝 BAAU-da bu ixtisas üzrə təhsil alan tələbələr:

✅ Nəzəri və analitik biliklər əldə edirlər - beynəlxalq münasibətlər nəzəriyyələri, beynəlxalq hüquq, diplomatiya, xarici siyasət, beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə istiqamətləri üzrə;

✅ Praktiki bacarıqlarını inkişaf etdirirlər - debat, müzakirə, analitik yazı, təqdimat, tədqiqat və diplomatik ünsiyyət sahələrində;

✅ İngilis dilində tədris olunan fənlər vasitəsilə peşəkar terminologiyanı mənimsəyir və beynəlxalq akademik mənbələrlə işləmək bacarıqlarını gücləndirirlər;

✅ Tələbə mübadilə proqramlarında iştirak edərək Avropa və Asiyanın tərəfdaş universitetlərində təhsil almaq imkanı əldə edirlər;

✅ Diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və sahə mütəxəssisləri ilə görüş, seminar və müzakirələrdə iştirak edirlər;

✅ Beynəlxalq akademik mühitdə müxtəlif ölkələrdən olan tələbələrlə birgə təhsil və ünsiyyət təcrübəsi qazanırlar.

Beynəlxalq münasibətlər ixtisasının məzunları üçün karyera istiqamətləri genişdir. Məzunlar dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə beynəlxalq əlaqələr üzrə mütəxəssis və məsləhətçi kimi fəaliyyət göstərə bilərlər.

Qlobal düşüncə tərzinizi formalaşdırmaq, peşəkar bacarıqlarınızı inkişaf etdirmək və karyeranızı beynəlxalq mühitdə qurmaq üçün Bakı Avrasiya Universitetində Beynəlxalq münasibətlər ixtisasını seçin.

BAAU - gələcəyiniz üçün doğru seçim!

Əziz abituriyentlər, Yaxın və Orta Şərqi öyrənmək istəyirsiniz? Regionu onun dili ilə tanıyın.✅ Yaxın və Orta Şərq bu gü...
18/08/2026

Əziz abituriyentlər,

Yaxın və Orta Şərqi öyrənmək istəyirsiniz? Regionu onun dili ilə tanıyın.

✅ Yaxın və Orta Şərq bu gün dünya siyasətinin, iqtisadiyyatının və beynəlxalq münasibətlərin ən mühüm regionlarından biridir. Yaxın və Orta Şərqi daha dərindən tanımaq üçün regionun siyasi prosesləri ilə yanaşı, onun dilini, tarixini və mədəniyyətini də öyrənmək vacibdir.

✅ Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri üzrə) ixtisasında təhsil almaq istəyirsinizsə, Bakı Avrasiya Universitetini (BAAU) seçin. BAAU-da tələbələr region üzrə nəzəri və analitik biliklərlə yanaşı, ərəb dilini də öyrənirlər. Universitetdə bu istiqamət üzrə ixtisaslaşmış müəllim heyəti və ərəb dilinin tədrisi üçün formalaşmış akademik mühit mövcuddur.

✅ Bu imkanların mühüm hissəsini universitetdə fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzi yaradır. Mərkəzin fəaliyyəti tələbələr üçün auditoriya ilə məhdudlaşmayan imkanlar yaradır:

🔰 Səudiyyə Ərəbistanında təhsil imkanları;

🔰 Təhsil haqqının Mərkəz tərəfindən qarşılanması - Mərkəz hər il akademik göstəriciləri ilə fərqlənən tələbələr üçün təqaüd proqramı həyata keçirir və seçilən tələbələrin illik təhsil haqqını qarşılayır;

🔰 Ərəb dili üzrə əlavə praktiki imkanlar - danışıq məşğələləri, təlimlər, seminarlar, müsabiqələr və müxtəlif dil proqramları təşkil olunur;

🔰 Beynəlxalq akademik mühit - Ərəb ölkələrinin tanınmış ərəb dili mütəxəssisləri BAAU-da təlim və seminarlar keçirir, tələbələr diplomatlar və sahə mütəxəssisləri ilə birbaşa ünsiyyət imkanı əldə edirlər.

✅ Yaxın və Orta Şərqi yalnız öyrənməyin - onun dilini bilin, mədəniyyətini tanıyın, regionu yaxından anlayın.

✅ BAAU, gələcəyiniz üçün doğru seçim !


🚨 GÖZLƏYİRDİNİZ. NƏHAYƏT, BAŞLADI!Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzi tərəfindən 4-cü Könüllü ...
18/08/2026

🚨 GÖZLƏYİRDİNİZ. NƏHAYƏT, BAŞLADI!

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzi tərəfindən 4-cü Könüllü Təcrübə Proqramına qeydiyyat artıq başlayıb! 🚀

Bu dəfə də sizi universitetin müxtəlif struktur bölmələrində 3 aylıq real iş təcrübəsi gözləyir.

📍 Harada təcrübə keçə bilərsiniz?

🔹 Kafedralar və dekanlıqlar
🔹 Karyera və Təlim Mərkəzi
🔹 Əcnəbi tələbələrlə iş sektoru
🔹 Keyfiyyət təminatı sektoru
🔹 İT sektoru
🔹 Beynəlxalq əlaqələr departamenti
🔹 Tədris departamenti
🔹 Qeydiyyat sektoru
🔹 Kitabxana və İnformasiya Mərkəzi
🔹 və digər struktur bölmələri

💼 Proqramda nə qazanacaqsınız?

- Real iş mühiti ilə tanışlıq
- Komanda ilə işləmək təcrübəsi
- Peşəkar ünsiyyət və təşkilatçılıq bacarıqları
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Universitet daxilində müxtəlif iş proseslərini yaxından tanımaq
- CV-nizə əlavə edə biləcəyiniz real praktiki təcrübə
- Proqramı uğurla tamamladıqda rəsmi sertifikat

🎯 Kimlər müraciət edə bilər?

BAAU-nun tələbələri və məzunları.

📌 Proqramın müddəti: 3 ay
📌 İştirak: könüllü əsaslarla

⚠️ Vacib: Formanı doldurmaq proqrama avtomatik qəbul demək deyil. Müraciətlər Karyera və Təlim Mərkəzi tərəfindən nəzərdən keçiriləcək və növbəti mərhələdə namizədlərlə Karyera və Təlim Mərkəzinin və seçilmiş struktur bölmənin rəhbərinin iştirakı ilə müsahibə keçiriləcək.

“Təcrübəm yoxdur” demək əvəzinə, universitet illərində real iş mühitində nə etdiyinizi göstərə bilərsiniz.

Əgər III proqramı qaçırmısınızsa, bu dəfə gecikməyin. 😉

📩 Qeydiyyat üçün link: https://forms.gle/vs8FsU9xNY9nczza7 və ya rəy bölməsinə yazın.

Son müraciət tarixi: 06.09.2026





13/08/2026

Əziz abituriyentlər,

Sizin üçün mühüm və həlledici mərhələ başlayıb. İndi siz gələcəyinizi formalaşdıracaq universiteti və ixtisası seçirsiniz. Bu məsuliyyətli seçim mərhələsində hər birinizə uğurlar arzulayırıq.

🔰 Bakı Avrasiya Universiteti (BAAU) 2026/2027-ci tədris ili üçün abituriyentlərə təhsil, şəxsi və peşəkar inkişaf, eləcə də karyera istiqamətində geniş imkanlar təqdim edir:

✅ 500 və daha yüksək bal toplayan abituriyentlər üçün I tədris ili üçün 100% təhsil haqqı güzəşti;

✅ 400–499 bal toplayan abituriyentlər üçün I tədris ili üçün 30% təhsil haqqı güzəşti;

✅ Dövlət sifarişi əsasında təhsil imkanı;

✅ Universitet hesabına tələbə təqaüdü;

✅ Beynəlxalq mübadilə və xaricdə təhsil imkanları;

✅ İkili diplom proqramlarında iştirak imkanları;

✅ Peşəkar sertifikatlaşdırma və karyera proqramları;

✅ İş dünyası ilə əməkdaşlıq, təcrübə və karyera imkanları;

✅ Müasir, praktik və tələbəyönümlü təhsil mühiti;

✅ Müasir tələblərə cavab verən rahat və təhlükəsiz tələbə yataqxanası.

🔰 Universitet tələbələr üçün akademik biliklərlə yanaşı, beynəlxalq təcrübə, müasir bacarıqlar, peşəkar inkişaf və gələcək karyera imkanları qazanmağa yönəlmiş təhsil mühitini təmin edir.

🔰 THE Sustainability Impact Ratings 2026 nəticələrinə əsasən BAAU “Keyfiyyətli təhsil” istiqaməti üzrə dünyanın TOP 300 universiteti sırasında yer alıb.

🔰 Universitetimiz beynəlxalq reytinqlərdə mövqeyini ardıcıl olaraq gücləndirməkdə davam edir.

✅ Unutmayın ki, düzgün universitet və ixtisas seçimi gələcək uğurların mühüm təməlidir.

🔰 İxtisas seçimi: 12–19 avqust 2026
🔰 Ətraflı məlumat və ixtisas seçimi ilə bağlı dəstək: +994 55 292 11 63

✅ Bakı Avrasiya Universiteti — gələcəyiniz üçün doğru seçimdir.


📝 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisas seçimi başladı🔰 2026/2027-ci tədris ili üçün bakalavri...
12/08/2026

📝 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisas seçimi başladı

🔰 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisas seçimi 12-19 avqust 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytı (https://eservices.dim.gov.az/erizebak/ixtisas1/?frm=egov1) üzərindən aparılır.

🔰 Bakı Avrasiya Universitetinin (BAAU) təklif etdiyi bütün ixtisaslarda dövlət sifarişi əsasında qəbul mümkündür.

🔰 2026/2027-ci tədris ili üçün BAAU-da bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planı və güzəştlər barədə ətraflı məlumat üçün təqdim olunan linkə keçid edə bilərsiniz: https://baau.edu.az/az/page/abituriyent-ve-subbakalavrlarin-qebulu-41

🔰 Əlavə məlumat üçün WhatsApp nömrə: +994 55 292 11 63


📝 Birgə IT sertifikatlaşdırma və Karyera Proqramına start verilir✅ Bakı Avrasiya Universiteti (BAAU) və IDTech Academy ə...
11/08/2026

📝 Birgə IT sertifikatlaşdırma və Karyera Proqramına start verilir

✅ Bakı Avrasiya Universiteti (BAAU) və IDTech Academy əməkdaşlığı çərçivəsində “IT sertifikatlaşdırma və Karyera Proqramı”na start verilir. Sözügedən proqram çərçivəsində müəyyən edilmiş "IT & Network Foundation", "CCNA", "RHCSA", "Kibertəhlükəsizlik" və "Proqramlaşdırma (Java)" modullar üzrə təlimlər təşkil olunacaq.

✅ Təlimlər həm nəzəri, həm də real keyslər əsasında peşəkar təlimçilər tərəfindən keçiriləcək.

✅ Təlimin iştirakçıları sonda BAAU-nun və IDTech Academy-nin birgə təsdiq etdiyi sertifikat ilə təltif olunacaqlar.

✅ Sertifikatla yanaşı, təlim iştirakçıları karyera mentorları tərəfindən də dəstək alacaqlar.

🔰 Sözügedən proqram barədə ətraflı məlumat və qeydiyyat üçün Bəyaz Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: Mob./Votsap: +994 10 333 23 24




🔰 Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi magistraturaya qəbul olan bütün bakalavrları təbrik edir, onlara yeni ...
03/08/2026

🔰 Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi magistraturaya qəbul olan bütün bakalavrları təbrik edir, onlara yeni təhsil mərhələsində uğurlar arzulayır !

✅ BAAU-nun magistraturasına qəbul olan bütün bakalavrlar 2026-cı ilin 3 avqust tarixindən saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər.

✅ Qeydiyyat üçün platformaya daxil olaraq "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" bölməsində tələb olunan məlumatlar elektron formada sistemə daxil edilməlidir.

✅ Qeydiyyatdan keçməmək təhsil almaqdan imtina kimi qiymətləndirilir.

✅ Təhsil haqqının ödənilməsi üçün yalnız ASAN Pay, eManat və digər istənilən bankın mobil tədbiqdən elanda qeyd edilən kimi təhsil haqqı ödənilərkən ödənişin təyinatında tələbənin FİN kodu, soyadı, adı və ata adı, qəbul olduğu ixtisas göstərilməklə ödəyə bilərlər.

✅ İllik təhsil haqqının 50%-i qeydiyyat zamanı ödənilməlidir, qalan təhsil haqqı məbləğinin ödənişinə 2026-cı ilin dekabr ayının 20-dək vaxt verilir.

✅ Əlavə məlumat üçün Universitetin Qəbul Komissiyasının WhatsApp nömrəsi ilə əlaqə saxlamaq mümkündür: +994 55 292 11 63

✅ Ətraflı məlumat üçün təqdim olunan linkə keçid etmək olar: https://baau.edu.az/az/announcement/baau-nun-magistraturasina-qebul-olanlarin-nezerine-167



📝 BAAU ali təhsil müəssisələrinin sərgisində təmsil olunub✅ Bakı Avrasiya Universiteti (BAAU) Dövlət İmtahan Mərkəzinin ...
01/08/2026

📝 BAAU ali təhsil müəssisələrinin sərgisində təmsil olunub

✅ Bakı Avrasiya Universiteti (BAAU) Dövlət İmtahan Mərkəzinin (DİM) 29–31 iyul 2026-cı il tarixlərində təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunub. DİM-in Elektron İmtahanlar Korpusunda keçirilən sərginin məqsədi ixtisas seçimindən əvvəl abituriyentləri Ali Təhsil Müəssisələri (ATM) haqqında məlumatlandırmaq idi.

✅ Üç gün davam edən sərgi zamanı abituriyentlər və onların valideyinləri BAAU-da tədris olunan ixtisaslar, mövcud təqaüd və güzəşt imkanları, beynəlxalq əməkdaşlıq proqramları, tələbə həyatı və universitet mühiti, karyera, təcrübə və məşğulluq imkanları, qəbul prosesi və digər vacib mövzular ilə tanış olublar. Əlavə olaraq abituriyentlər və onların valideyinləri ATM-lərin əməkdaşları və könüllü tələbələri ilə birbaşa ünsiyyət zamanı onları maraqlandıran suallara cavab tapıb və ixtisas seçimlərinin müəyyən olunması üçün tövsiyyələr alıblar.

✅ BAAU-nu sözügedən sərgidə Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və mərkəzin karyera məsləhətçisi Aydan Xankişiyeva, Filologiya fakültəsinin dekan müavini Vilayət Məmmədov, Əcnəbi tələbələrlə iş mərkəzinin mütəxəssisi Ülvi Həsənov və universitetin 2-ci kurs tələbəsi Aysun Abiyeva təmsil edərək abituriyentlərin və onların valideyinlərinin suallarını ətraflı cavablandırıblar.



📝 “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” Azərbaycan Respublikası Elm və Təhsil Naz...
28/07/2026

📝 “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.

📅 Konfransın tarixi: 15–16 oktyabr 2026
📍 Məkan: Naxçıvan Dövlət Universiteti (NDU)
📝 Sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edəcək.
🌐 Ətraflı məlumat və müraciət üçün link: www.nasco.ndu.edu.az

✅ Ənənəvi – əyani formatda baş tutacaq konfransın əsas məqsədi doktorant və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, aktual problemlərin müzakirəsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların inkişafı üçün geniş platforma yaratmaqdır.


Address

Akademik Həsən Əliyev135A
Baku
1011

Alerts

Be the first to know and let us send you an email when Bakı Avrasiya Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı Avrasiya Universiteti:

Share