Train Brain Center

Train Brain Center

Share

#robotexnika #ftc #frc #xaricdətəhsil #proqramlaşdırma #lego

26/05/2026

Əziz izləyicilərimiz, dəyərli valideynlər və sevimli şagirdlərimiz! 🌟
Sizi mərhəmət, xeyirxahlıq və birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik!
Bu gözəl bayramın hər birinizin evinə bol ruzi-bərəkət, rəngarəng sevinclər, tükənməz enerji və cansağlığı gətirməsini arzulayırıq. Kəsilən qurbanlar və edilən xoş dualar qəbul olsun! ✨

27-28-29-30-31 tarixlərində bayramla əlaqəli fəaliyyət göstərməyəcəyik ✨

26/05/2026

Gələcəyin mühəndisləri bu gündən yetişir! Elektronika sahəsindəki çalışqanlığı ilə bizi hər addımda sevindirən, mərkəzimizin ən fəal şagirdlərindən biri olan Hüseyn Əhməd bu gün sertifikatını rəsmən aldı. Bu gözəl günü sadəcə təbrik etməklə kifayətlənmədik, həm də Hüseynlə əyləşib onun gələcək hədəfləri, planları və bərabər imza ata biləcəyimiz yeni ideyalar haqqında uzun-uzun müzakirələr etdik.

Onun daxilindəki potensial, öyrənmək həvəsi və elektronika dünyasına olan marağı bizə gələcək üçün çox böyük ümidlər verir. Hüseynə olan güvənimiz tamdır və bundan sonra reallaşdıracağımız hər bir böyük layihədə, hər bir yeni addımda onu aramızda, komandamızın əsas hissəsində görmək bizim üçün çox qürurverici olacaq. Yolun açıq olsun, Hüseyn! Səninlə hələ imza atacağımız çox uğurlar var.

Photos from Train Brain Center's post 24/05/2026

Bu gündən geridə qalanlar 👍🏻

20/05/2026

📍Aprel ayında FRC səfərimiz çərçivəsində komandamız dünyanın ən nüfuzlu universitetlərindən biri olan Princeton University-ni ziyarət etdi.

Bu səfərin ən maraqlı məqamlarından biri isə böyük alim Albert Einstein-ın dərs dediyi auditoriyanı görmək oldu. 🧠✨

Princeton University uzun illərdir elm, araşdırma və innovasiya sahəsində dünyanın aparıcı universitetlərindən biri hesab olunur. Einstein kimi dahilərin burada çalışması isə bu məkanı elm tarixinin xüsusi nöqtələrindən birinə çevirib.

FRC yarışması uşaqlara yalnız robototexnika və mühəndislik təcrübəsi qazandırmır, eyni zamanda onları belə ilhamverici mühitlərlə tanış edir. Yarış günlərindən əlavə, şagirdlərimiz ABŞ-ın elm və təhsil tarixində önəmli yerləri görərək həm motivasiya qazandılar, həm də gələcək hədəflərini daha yaxından hiss etdilər. 🚀

17/05/2026

Övladınızın kosmik macərası başlayır!🚀
Kosmosa marağı olan uşaqlar üçün artıq Azərbaycanda tam fərqli və beynəlxalq standartlara uyğun yay proqramı! 🌌

Bu proqramda uşaqlar sadəcə izləməyəcək onlar astronavt kimi eksperimentlər aparacaq, Marsı araşdıracaq, su filtri hazırlayacaq, günəş enerjisini öyrənəcək və kosmosun sirlərini özləri kəşf edəcəklər. 🧪✨

8 fərqli bölüm boyunca hər gün yeni bir missiya, yeni bir təcrübə və yeni bir kəşf onları gözləyir. Proqram həm əyləncəli, həm də öyrədici şəkildə hazırlanıb ki, uşaqlar elmə və texnologiyaya maraq göstərərək inkişaf etsinlər.

Proqram boyunca iştirakçılar:
✅ Kritik düşünmə və problem həll etmə bacarıqları qazanacaq
✅ Mühəndislik və analitik düşüncə ilə tanış olacaq
✅ Beynəlxalq sertifikat əldə edəcək

👦 Yaş qrupları:
5–8 yaş | 8–11 yaş | 11–14 yaş | 14-18 yaş

📍 Açıq Qapı Günü: 24 may
📞 Qeydiyyat üçün: 099 752 28 22
🌐 Ünvan: Çinar Park Biznes Mərkəzi Bina 1

✨ Gəlin, övladınızın gələcəyinə kosmik bir başlanğıc verək!

15/05/2026

Övladınızın kosmik macərası başlayır!🚀
Kosmosa marağı olan uşaqlar üçün artıq Azərbaycanda tam fərqli və beynəlxalq standartlara uyğun yay proqramı! 🌌

Bu proqramda uşaqlar sadəcə izləməyəcək onlar astronavt kimi eksperimentlər aparacaq, Marsı araşdıracaq, su filtri hazırlayacaq, günəş enerjisini öyrənəcək və kosmosun sirlərini özləri kəşf edəcəklər. 🧪✨

8 fərqli bölüm boyunca hər gün yeni bir missiya, yeni bir təcrübə və yeni bir kəşf onları gözləyir. Proqram həm əyləncəli, həm də öyrədici şəkildə hazırlanıb ki, uşaqlar elmə və texnologiyaya maraq göstərərək inkişaf etsinlər.

Proqram boyunca iştirakçılar:
✅ Kritik düşünmə və problem həll etmə bacarıqları qazanacaq
✅ Mühəndislik və analitik düşüncə ilə tanış olacaq
✅ Beynəlxalq sertifikat əldə edəcək

👦 Yaş qrupları:
5–8 yaş | 8–11 yaş | 11–14 yaş | 14-18 yaş

📍 Açıq Qapı Günü: 7 iyun
📞 Qeydiyyat üçün: 099 752 28 22
🌐 Ünvan: Çinar Park Biznes Mərkəzi Bina 1

✨ Gəlin, övladınızın gələcəyinə kosmik bir başlanğıc verək!

11/05/2026

We are proud to share the exemplary contributions and outstanding achievements of one of our brilliant team members, Farah Mehtiyeva, during the FIRST Robotics Competition (FRC)!

Throughout the competition, Farah served as the Science Research, Strategy & Safety Lead with great dedication. She successfully spearheaded data-driven research to guide engineering decisions, utilizing rigorous testing and match analysis to enhance robot performance. Her ability to make evidence-based strategic decisions under tight time constraints had a direct and vital impact on our team’s overall success.

Beyond her technical expertise, Farah prioritized the well-being of her teammates. By developing and leading specialized first aid and safety workshops, she ensured we were all well-prepared to manage risks during the heat of the competition. Furthermore, her professional technical presentations to the judges were a source of immense pride for the entire team.

As a result of her hard work and commitment, Farah was honored w

08/05/2026

Londonun ən mərkəzi nöqtəsində (Zone 1), tarixi London South Bank University kampusunda unudulmaz bir yay məktəbi təcrübəsinə start veririk! 🚀

Proqramda sizi nə gözləyir?
✅ Londonun mərkəzində, hər tələbə üçün tək nəfərlik şəxsi vanna otaqlı (En-suite) müasir otaqlar.
✅ Beynəlxalq siniflərdə ingilis dili dərsləri və rəsmi sertifikat.
✅ Harry Potter Studio, London Eye, Brighton və Cambridge kimi möhtəşəm ekskursiyalar.
✅ 13-17 və 18-21 yaş qrupları üçün xüsusi proqramlar.

🗓 Əsas tariximiz: 21.06.2026 – 05.07.2026

Londonun simvollarını piyada kəşf etmək, dil biliklərini təkmilləşdirmək və dünyanın hər yerindən dostlar qazanmaq üçün bu şansı qaçırma!

KNN Academy və Train Brain əməkdaşlığı ilə keyfiyyətli və təhlükəsiz təhsilin ünvanı.

📩 Ətraflı məlumat və qeydiyyat üçün DM-ə yazın və ya əlaqə saxlayın:

21/04/2026

Mərkəzimizin direktoru, Qarabağ Mechack 9030 komandasının təsisçisi və baş mentoru Təranə Nəbiyeva, ABŞ-da keçirilən FRC “Gotham Regional” yarışmasında nüfuzlu “Woodie Flowers Award” (Mentorluqda Mükəmməllik) finalisti seçilərək beynəlxalq səviyyədə növbəti uğuruna imza atdı!

Bu mükafatın mənası nədir?
“Woodie Flowers” mükafatı sadəcə texniki bilik yox, həm də mentorun tələbələrin xarakterinə, düşüncə tərzinə və gələcək liderlik bacarıqlarına etdiyi fundamental təsiri simvolizə edir. Bu, gəncləri ruhlandıran və mürəkkəb mühəndislik dünyasında onlara yol göstərən ən dəyərli şəxslərə verilir.

Dərin İradə və Sonsuz Fədakarlıq
Artıq 4-cü ildir ki, Azərbaycanı beynəlxalq arenada təmsil edən Təranə xanım, 1 FTC və 6 FLL komandasının memarıdır. Onun bu yolda atdığı hər bir addım böyük bir vizyonun və müstəqil iradənin məhsuludur. O, qarşılaşdığı hər bir çətinliyi öz əzmi və zəkası ilə aşaraq, ölkəmizdə STEM təhsilinin inkişafı üçün sarsılmaz bir körpü qurub.

Onun fəaliyyətinin ən ali nöqtəsi isə inklüzivlikdir. Təranə xanım, sosial statusundan və ya fiziki imkanlarından asılı olmayaraq, xüsusilə eşitmə və nitq məhdudiyyətli gənclər üçün əlçatmaz görünən zirvələri yaxın edib. O, ağır mühəndislik detallarından tutmuş qlobal əməkdaşlıqlara qədər hər bir işin yükünü gənclərin yolunu işıqlandırmaq məqsədilə öz çiyinlərində daşıyıb.

Sizin gələcək nəsillərə olan inamınız və yaratdığınız bu böyük miras bizim ən böyük motivasiyamızdır. Təbrik edirik, Mentor! 🦾❤️

11/04/2026

Mərkəzimizin ən parlaq simalarından biri olan Fərəh Mehtiyeva, ABŞ-da keçirilən dünyanın ən nüfuzlu robotexnika yarışı FRC Gotham Regional-da “Dean’s List” (Liderlik Mükafatı) üzrə FİNALİST olaraq hər kəsi qürurlandırdı! 🇦🇿🇺🇸

Fərəh, yüzlərlə gənc lider arasından seçilərək ən yaxşıların sırasına düşməyi bacardı. O, həmçinin Landau “First Aid” klubunun prezidenti kimi cəmiyyətə fayda verən layihələri ilə robotexnika bacarıqlarını sosial məsuliyyətlə birləşdirən nadir istedadlardandır.

Train Brain Tədris Mərkəzi olaraq, Fərəhin bu beynəlxalq arenada portfoliousunun toplanmasında və nominasiya sənədlərinin hazırlanmasında peşəkar dəstəyimizlə hər zaman yanında olduq. Biz sadəcə robot yox, gələcəyin dünya səviyyəli liderlərini hazırlayırıq! 🦾🌟

Təbrik edirik, Fərəh! Sənin bu uğurun hələ böyük yolun başlanğıcıdır!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Çinar Park Biznes Mərkəzi, Əhməd Rəcəbli 241B, Bina 2, Mərtəbə 4, Otaq 411
Baku
1014

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00