Baku Business School

Baku Business School

Share

Adress: #25a Teymur Aliyev str. Baku. Tel: (+994 12) 437 53 55; Mob: (+994 50) 281 00 55

Photos 14/04/2016

"Parabank" sizlərə manatla nağd pul krediti götürmək imkanı yaradır!

Photos 14/04/2016
Photos 14/04/2016

Kreditlər üzrə Qrup rəhbəri

Tələblər:
o Kişi cinsinin nümayəndəsi olmalı;
o Yaş həddi 35 yaşa qədər;
o İqtisadiyyat sahəsində ali təhsilin olması;
o Hərbi biletinin olması
o Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədən yüksək olmalı;
o Bank sahəsində (sırf kredit verilişində) minimum 3 il təcrübəsinin olması
o Müştəri xidmətini ilə bağlı (əməliyyat və kredit sahəsi) bütün növ təlimlər üzrə biliklərə malik olmalı;
o Texniki təchizatla bağlı olan ləvazimatlardan istifadə etmə bacarığı;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
o Karyer plana uyğun öz kriteriyası üzrə ümumi bilik səviyyəsinə malik olmalı;

Vəzifə öhdəlikləri:

• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək , bankın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək , müştərinin bank seçimində yanılmadığına inanmasını təmin etmək;

• Qrup işçiləri tərəfindən daxili nizam-intizam qaydalarına, Baş bank tərəfindən qəbul edilmiş daxili prosedurların icrasına nəzarət edir.
• Qrup üzvlərinin kredit portfelini təhlil edir, yaranmış problemlərin aradan qaldırılması üçün qəbul olunmuş prosedur qaydalarına uyğun tədbirlər görür.
• Filialın hədəf planının qrupa aid olan hissəsini yerinə yetirilməsinə görə məsuliyyət daşımalı;
• Supervision –larda iştirak edir və tam məsuliyyət daşiyir;
• Filialın yekun hədəf portfelinin yerinə yetirilməsi ilə bağlı hesabat hazırlayır;
• Verdiyi kreditlərdə filial müdiri, müdir müavini tərəfindən əvvəlcədən baxış keçirilməli;
• Ödənişlərə nəzarət edir və gecikmə olduğu təqdirdə dərhal həlli üçün zəruri səylər göstərir;
• Risklərin İdarəedilməsi komitəsinin müəyyən etdiyi kredit portfelini toplamalı;;

• Kredit komitəsinə çıxarılmış kreditlərin düzgün təhlilinə görə tam məsuliyyət daşıyır;.

• Kredit sifarişinin tam təhlili (sənədlər və baxış əsasında)

• Kredit dosyesinin tam hazırlanması və kreditin verilməsi;

• Verilmiş kreditin ödənilməsinə nəzarət edilməsi, monitorinq aparılması ;
• Bankın göstərdiyi bütün növ xidmətlər haqqında biliyin olması;

CV-ləri Qrup rəhbəri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bank xəbərləri 12/08/2015

“PARABANK” ASC-nin mətbuatda bank haqqında yazılan məlumatlarla bağlı BƏYANATI

Son vaxtlar bəzi KİV-lərdə “Parabank” ASC ilə bağlı bankın nüfuzuna xələl gətirən məlumatlar yayılmaqdadır. Bu mətbuat orqanları tərəfindən bankda guya yoxlamaların aparıldığı və yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxilolmalarla bağlı sənədlərin saxtalaşdırılması, digər cinayət əməllərinin aşkarlanması və bankın fəaliyyətinin hər an dayandırıla biləcəyi ilə bağlı əsassız məlumatlar yer almaqdadır.

Məlumat üçün bildiririk ki, “Parabank” ASC ölkəmizdə ilk açılan özəl banklardan biridir, 1991-ci ildən fəaliyyət göstərir. Bankın aktivləri 178 milyon manat, kredit portfeli 122 milyon manat, əmanət portfeli isə 80 milyon manat təşkil edir. Əhalinin əmanətlərində davamlı artım əhalinin banka olan etimadını göstərir. Bankın məcmu kapitalı 53 mln. manat təşkil edr. Bank mənfəətlə fəaliyyət göstərir. Bankın strateji planına uyğun olaraq filial şəbəkəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir. Yaxın perspektivdə Tovuz, Lənkəran və digər ərazilərdə yeni xidmət şəbəkələrinin açılmasını planlaşdırılır. Müştəri məmnuniyyətini daha da artırmaq məqsədi ilə təqdim olunan kredit məhsulları üzrə faiz dərəcələri aşağı salınıb, xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq üzərində işlər davam etdirilir.

“Parabank” ASC ilə bağlı əsasssız məlumatlar və iddialar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır.

Bəzi KİV-lərdə 2015-ci il iyun ayının 22-də “Bakıda inanılmaz bank fırıldağı – “Parabank”la “KİA”nın gizlətdiyi 40 milyon, intihar, həbs…” başlığı altında dərc olunan məlumatda “KİA Motors AZ” MMC-yə məxsus olmuş 40 milyon manata yaxın vəsaitin “Parabank” ASC-nin “Nəsimi” filialında uçota alınmadan vergidən gizlədilməsi, bankla bu MMC-nin həmin pulların qanunsuz dövriyyəsilə məşğul olması və bu yolla çirkli pulları leqallaşdırması barədə fikirlər yer alıb.

Bildirmək istəyirik ki, “Parabank”ın minlərlə müştərisindən biri kimi, “KİA Motors AZ” MMC-nin bankımız vasitəsilə apardığı əməliyyatlar və bankla münasibətləri Azərbaycan Respublikası qanunvericiliyinin tələblərindən kənara çıxmayıb.

“Parabank” ASC-də yüzlərlə hüquqi şəxslərə bank xidməti göstərir və müvafiq hesabatlıq müxtəlif dövlət orqanlarına, o cümlədən vergi orqanlarına müştərilərin özləri tərəfindən təqdim olunur. Bank, bu hesablarda aparılan əməliyyatlara müdaxilə etməyə səlahiyyətli deyil və qanunla onları məxfi saxlamağa borcludur.

Bundan başqa, “Kia Motors Az” MMC-nin “Parabank”da saxlanılan vəsaitdən pul köçürmələrində istifadə olunması, yaxın adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılması ilə bağlı iddialar da əsasızdır. Bank müştərilərinin kreditləşdiməsi üçün bank kifayət qədər sərbəst resursa malikdir.

Yazıda “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərov və onun oğlu Əşrəf Səfərovun bankın “Nəsimi” filialında rəhbərlik etməsi kimi fikirlər yer alır. Bununla bağlı bildiririk ki, qeyd olunmuş şəxslər bankın səhmdarları və rəhbərliyində təmsil olunmur.

Qeyd olunanlarla yanaşı, manatın məzənnə korreksiyasından sonra banklarda aparılan sistemli yoxlamalar zamanı “Parabank” ASC-nin illərdir apardığı qanunsuz əməlləri ifşa olunub və bununla bağlı Bakı Şəhər Prokurorluğunda 120046164 №-li cinayət işi açılıb” kimi həqiqətə uyğun olmayan fikirlər yer alıb. Bununla bağlı bildiririk ki, qeyd olunan cinayət işinin bankın fəaliyyətinə və işçilərinə heç bir aidiyyatı yoxdur. Bankda hansısa cinayət işi ilə bağlı yoxlamalar aparılmayıb və hazırda da aparılmır.

Bəzi saytlar tərəfindən “Parabank” ASC-nin mövqeyi öyrənilmədən, qeyri-qanuni və jurnalist etikasından kənar olan bu tip dezinformasiyaların yayılmasından təəssüf hissi keçirir və media mənsublarını peşə prinsiplərinə riayət etməyə çağırırıq. Bir daha bəyan edirik ki, reallığa söykənməyən, heç bir fakta əsaslanmayan, bankın rəsmi mövqeyini öyrənmədən qeyri-obyektiv, qərəzli məlumat yayan mətbuat orqanları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi ilə bağlı məhkəməyə müraciət ediləcək.

Vacancies 12/08/2015

Namizədə dair tələblər:

• Ali hüquq təhsili;
• Məsuliyyətlilik və iş prosesində dəqiqlik;
• Komandada işləmə və ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədə olmalı;
• Kompüter bilikləri;
• Hüquqi nitq və yazışma qabiliyyəti;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• Azərbaycan Respublikasının Mülki, mülki prosessual və icra qanunvericiliyini bilməli;
• Azərbaycan Respublikasının inzibati və əmək hüququnun əsaslarını bilməli;
• İpoteka və Banklar haqqında qanunu bilməli;

Vəzifə öhdəlikləri:

• Məhkəmə və digər orqanlarda Bankı təmsil etmək, onun hüquq və mənafelərinin müdafiə olunması;
• İddia ərizələri və digər ərizələrin, etirazların, vəsatətlərin və məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
• Müqavilələrin və digər sənədlərin tərtibi və hüquqi ekspertizası;
• Məhkəmə və icra mərhələsində olan işlərin uçotunu aparmaq;
• Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirilməsi.

CV-ləri “hüquqşünas” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Məhsullar 12/08/2015

ARTIQ YÜKƏ SON -
ƏMANƏTİNİZ DAİM SİZİNLƏ!

Əmanətinizi banka yatırmaqdan ehtiyat etməyə və ya lazım olar deyə yarısını evinizdə saxlamağa ehtiyac yoxdur.
Parabank müştəriləri üçün ən sərfəli yolu təklif edir. Bundan sonra əmanətinizi cibinizdə gəzdirmə imkanı yaradaraq qoyduğunuz məbləği sizə kart formasında təqdim edir. Əmanət əsasında verilən kredit kartını banka getmədən istənilən zaman və istənilən yerdə istifadə edə bilərsiniz.
Bütün bunlarla yanaşı kart sizə tamamilə pulsuz təqdim olunur və bu kartlar vasitəsilə Siz dünyanın istənilən nöqtəsində, həm bankomatlardan nağd pul çıxara, həm də ticarət mərkəzləri və mağazalarda internet saytlarında, communal ödənişlər apara bilərsiniz.
Odur ki, pullarınızı evdə saxlamayın, bizə etibar edin ki biz də bu imkanları sizə təqdim edək.

24/01/2015

Шикарный проморолик Европейских игр в Баку

Məhsullar 21/11/2014

Ətraflı məlumat üçün 139 Məlumat Mərkəzi və ya 050 447 10 00

Vacancies 22/10/2014
Vacancies 15/10/2014

1.Satış məsləhətçisi
Vəzifəyə olan tələblər
• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
• Etik qaydalara uyğun davranışa sahib olmalı;
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Analitik düşünmə və riyazı təhlil etmə bacarığı;

Əsas vəzifələr
• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• Potensial müştərilərlə görüşlər keçirmək, bank məhsullarını təklif etmək
• Müştərilərin müraciətlərinin qəbulu əsasənda sahəni analiz etmək
• Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi ;
• Kredit sənədlərinin tərtibatı ;
• Kredit portfelinə nəzarət etmək və idarə etmək və s.
• Kreditə dair xidmətlər və onların monitorinqi,

CV-ləri Masallı filialı satış məsləhətçisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

*_Müvafiq sahədə iş təcrübəsinin olması məcburi deyil

2. Satış mütəxəssisi-Masallı

• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
• Etik qaydalara uyğun davranışa sahib olmalı;
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
• Xoş xarici görkəm( qızlara üstünlük verilir)

• Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək , bankın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək , müştərinin bank seçimində yanılmadığına inanmasını təmin etmək.
• Karyer plana uyğun sınaq müddəti ərzində müəyyən olunmuş məbləğdə depoziti (əmanəti) qəbul edir, depozitlər (əmanətlər) üzrə faizləri hesablayır və müştəriyə verir;
• Bank dövriyyəsi olan müştərilərin cəlb edilməsi;
• Fiziki şəxs və fiziki şəxs sahibkarlara ( ocümlədən kreditləşən müştərilərə) mədaxil və məxaric əməliyyatlar üzrə xidmət göstərir;
• Gündəlik əməliyyatları bank proqramına yığır və müxabirləşməni aparır;
• İcra edilmiş bütün əməliyyat sənədlərini günün sənədlərinə tikir;
• Müştərilərin konvertasiya sifarişlırini icra edir;
• Bütün icra sənədlərinin ödəmə növbəliyi əsasında kartatekasını aparır;
• Şəxsi hesablardan çıxarışların uçotunu aparır və müştərilərə təqdim edir;
• Fiziki şəxs, fiziki şəxs sahibkar, hüququ şəxslrə bütün növ bank hesabları açır;
• Müştərilər üçün çek kitabçalarını açmaq və bu kitabçalar vasitəsilə nəgd pul çıxarılması üzrə müştəriyə xidmət göstərmək;
• Nağdsız hesablaşmalar üzrə icra sənədlərini yoxlayır və icra edir;
• Kommunal ödənişlərin qəbulu həyata keçirir;
• Rabitə ödənişlərinin qəbulu və icrasını həyata keçirir;
• Depozitçilərin ( əmanətçilərin) kredit sifarişini icra edir və depozitdən kreditin verilməsini təmin edir;
• Təcili pul köçürmələrilə bağlı əməliyyatlar aparır;
• Müştərilərə müraciət əsasında arayışlar verir;
• Gün ərzində edilmiş əməliyyatların müxabirləşmələrini balansda əks etdirilməsini həyata keçirir;
• Karyer plan üzrə hər növ məhsulların limitlər üzrə satışını həyata keçirir;
• Rəhbərliyin müxtəlif (birdəfəlik) tapşırıqlarını həll və icra edir;

CV-ləri Masallı filialı satış mütəxəssisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

3.Qrup rəhbəri - Masallı

Vəzifəyə dair tələblər
• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir)
• Ən azı 2 il kredit sahəsində iş təcrübəsi
• Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış olmaq
• Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olmaq
• Qrup üzvlərinin işlərini planlaşdırma və işləri təşkil etmə bacarığına malik olmaq
• Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlayır

Əsas vəzifələr
• Banka müraciət etmiş potensial müştərilərlə görüşlər keçirmək
• Bankdan kənarda yerləşən müştərilərin bankla əməkdaşlıq etmələri üçün tədbirlər həyata keçirmək
• Qruprda işləyən işçilərin root plana uyğun fəaliyyətlərini planlamaq, təlim keçirilməsini təmin etmək;
• Root plan üzrə ərazi bölgüsünü həyata keçirmək,işçilər tərəfindən root planın icra ediməsinə nəzarət etmək;
• Birbaşa çarpaz satış üsulunu kredit işçiləri tərəfindən keçirilməsini təmin etmək;
• Fəaliyyət göstərdiyi filialın kredit fəaliyyətinə nəzarət;
• Kredit dosyelərinin vəziyyətinə nəzarət ;
• Monitorinq planına əsasən işçilər tərəfindən monitorinqlərin vaxtında keçirilməsinə nəzarət;
• Qrup tərkibində biznes proseslərə nəzarət etmək;
• Qrup tərkibində olan işçilərin məbləğ və vaxt limitlərinə nəzarət etmək;
• Filialin kredit ve qeyri kredit planlarinin yerinə yetirilməsini təmin etmək;
• İşçilərin işlərini bankdaxili və Mərkəzi Bankın prosedur qaydalarına uyğun icra etmələrinə nəzarət etmək
• İşçilərlə birgə müştərilərə vizit, biznesin təhlili, filialların kredit komitələrində mütləq səs hüquqlu iştirak
• Gecikdirilmiş kreditlərin qaytarılması ilə bağlı görülən işlərin təşkili və rəhbərlik edilməsi
• Fəaliyyət göstərdiyi filialda işçilərə, onların işinə və kredit portfelinə nəzarət,ehtiyac olacağı təqdirdə rəhbərliyə rəylər hazırlamaq;
• İşçilərin sərbəst şəkildə işləmələrinə nəzarət, onlarla bağlı təkliflərin rəhbərliyə verilməsi
• Təhkim olunmuş yeni işçilərin təlimi və onlıar haqqında rəyin verilməsi,
• Fəaliyyət gostərdiyi filialda satish işçilərinə ve onlarin işinə nəzarət;
• Yaxşı ve zəif işçilərin təlimatinin yazilmasinin təklifini filial mudirinə vaxtlı vaxtinda vermək;
• Gecikdirilən kredit ödənişləri ilə bağlı müştərilərlə əlaqə saxlanılması işinin təşkili;
• Qeyd olunan kredit portfelinin problemli hissəsinin idarə olunması və onun sağlamlaşdırılaraq normal portfelə qaytarılması işinin təşkili və bu işə rəhbərlik;

CV-ləri Masallı filialı - Qrup rəhbəri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

4. Xəzinədar-Masallı

Vəzifəyə dair tələblər

- Ali təhsilli
- Bankda kassir üzrə stajı olan namizədlərə üstünlük verilir
- Ünsiyyətçilik,vicdanlılıq,təşəbbüskarlıq
- Komandada işləmə bacarığı
- Analitik zəka,müştərilərlə işləmə qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Riyazi hesablama aparmaq qabiliyyəti

Əsas vəzifələr

- Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
- Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
- Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

CV-ləri Masallı - xəzinədar mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

5 Əməliyyat menceri – Baş mühasib ( Masallı)

Namizədə tələblər

- Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Mərkəzi bankın normativ aktları və təlimatları haqqında biliklərə malik olması; ;
- Minimum baş mühasib vəzifəsində iki il təcrübə;
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

İş barədə məlumat

- Gün ərzində aparılmış bütün əməliyyatlar üzrə elektron bazaya yığılmış mühasibat yazılışlarının tamlığına və düzgünlüyünə nəzarət edilməsi və müəyyən olunmuş limit çərçivəsində onların təsdiq edilməsı (verifikasiya).
- Filialda kreditlərin rəsmiləşdirilməsi ilə bağlı tələb olunan sənəd paketinin tamlığı, tərtib olunmuş kredit müqaviləsinin düzgünlüyünün yoxlanılması və kredit müqaviləsinin hər bir səhifəsində imza etməklə təsdiq edilməsi.
- Müştərilərə yeni açılmış hesabların bankdaxili prosedurlara və proqram təminatının tələblərinə uyğun tam formatda filialın elektron bazasına daxil edilməsi.
- Filialın gündəlik balansının proqramda açılması, xarici valyutaların rəsmi məzənnə kurslarının proqrama daxil etməsi, avtomatik əmələ gələn müxabirləşmələr rejiminin keçirilməsi, filiallararası hesablaşmalar üzrə qalıqların yoxlanılmasından sonra filialda əməliyyat gününün bağlanması, əməliyyat günü ərzində aparılmış əməliyyatların ilkin sənədlərlə üzləşdırılməsı, bağlanmış balansın çap edilmiş variantının imzalanması , imza üçün filial müdirinə təqdim edilməsi və əməliyyat gününün bütün elektron məlumatlarının təyin olunmuş vaxtda Baş Banka ötürülməsinin təmin edilməsi.
- Əməliyyatçılar tərəfindən balansdankənar hesablarda aparılan əməliyyatlara nəzarət, balansdankənar hesabların qalıqlarının ayda bir dəfədən az olmamaqla qiymətlilərin çeşidinin sayı ilə üzləşdirilməsini icra etmək.
- Filialın elektron bazasında kredit kataloqu üzrə ehtiyat məbləğinin balans məbləği ilə üzləşdirməklə müntəzəm olaraq yoxlanması.
- Filialın əməliyyat günü bağlandıqdan sonra gün ərzində aparılmış bütün əməliyyatlar üzrə bazaya yığılmış məlumatların mütləq qaydada elektron arxivləşməsini həyata keçirmək, təqvim ili başa çatdıqdan sonra isə Filialın elektron bazası imzalarla təsdiq olunmuş aktla Maliyyə Departamentinə təhvil verilməsini təmin etmək.
- Filialın elektron bazasının hər rübün nəticəsinə ğörə Əməliyyat Departamentinə təhvil verilməsini təmin etmək.
- Təsdiq olunmuş limitlər çərçivəsində aparılmış əməliyyatlar üzrə Kredit və Depozit Dosyelərinin, əqdlər üzrə sənədlər paketinin, “günün sənədləri”nin və balansının filialda salamat qorunub saxlanmasının təmin edilməsi, həmçinin təqvim ilinin sonunda bütün balans və “günün sənədləri”nin təhvil –təslim aktı ilə Bankın arxıvınə təhvil verilməsinin icra edilməsi.

CV-ləri Masallı filialı – baş mühasib mövzusu [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

T. Aliev Str 25A
Baku
AZ1069