21/09/2024
Dünya robot olimpiadasının Azərbaycan finalında!
məktəb
21/09/2024
Dünya robot olimpiadasının Azərbaycan finalında!
11/04/2024
"Gəl, robotu birlikdə öyrənək" qrant layihəsinin bağlanış tədbiri keçirilib.
5 ay müddətində Akademik Zərifə Əliyeva adına liseyin və Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin bir qrup şagirdləri ilə keçirilən layihə uğurla yekunlaşıb.
Tədbirə şəhidlərimizi anaraq və Dövlət himnimizi səsləndirməklə başlanılıb.
Layihə rəhbəri Zəka İbrahimov layihə və məqsədi ilə bağlı iştirakçılara bir daha məlumat verərək layihədə bu müddət ərzində görülən işlərdən danışıb.
Layihə təlimləri zamanı, səfərlər və yarışlar zamanı qeydə alınanlardan hazırlanan video-slayd nümayiş etdirilib.
Layihə haqqında akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva öz ürək sözlərini söyləyib. Layihədə əldə olunan imkanlardan danışıb.
Sonda layihə iştirakçıları dəvət edilərək sertifikatlarla təltif ediliblər.
Layihə zamanı əziyyəti və dəstəyi olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.
Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin direktor müavini Afet Haciyevin vaxtilə şagirdi olmuş, layihə rəhbəri Zəka İbrahimovla bağlı xatirəsini bölüşür.
Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin direktoru Akif İbrahimovun layihə ilə bağlı ürək sözləri.
24/03/2024
Akademik Zərifə Əliyeva adına liseyin klub üzvləri ilə
Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin klub üzvləri arasında robot yarışmasına gedirik.
https://youtu.be/2Czt6o0GeQw?si=PDTS_0e9ocArJo-V
23/03/2024
Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbin klub üzvləri ilə yenidən görüşərək
iştirakçı şagirdlərə sertifikat və hədiyyələr təqdim edilib.
Hər birinizə bol-bol uğurlar arzulayırıq!
17/03/2024
12/03/2024
Layihə planına uyğun olaraq hər iki müəssisənin klub üzvləri arasında robot yarışması təşkil edilib.
Görüş Kürdəmir rayonu Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbində təşkil edilib.
03/03/2024
🇦🇿Gəl robotu birlikdə öyrənək qrant layihə iştirakçıları Robotex-də Sumo kateqoriyası üzrə (1 kq çəki) II yeri qazandı!
Bu göstəriciyə əsasən komandamız Türkiyədə təşkil ediləcək yarışda iştirak hüququ əldə ediblər.
🥳Komandamızı ürəkdən təbrik edirik.
̈sabiqəsi
02/03/2024
Qrant layihə iştirakçıları ilə !
Martın 2-də “Robotex Azərbaycan Avrasiya Çempionatı" Festivalının açılış mərasimi keçirilib. Mərasimdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağcı, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.
İlk dəfə Azərbaycanda baş tutan və 2 gün davam edəcək festivalda 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edir. Komandalar 18 kateqoriyada və 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və tələbələr) yarışaraq qaliblərin adını müəyyən edəcəklər. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcəklər. 18 ölkənin iştirakı ilə keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.
̈sabiqəsi
01/03/2024
| Monday | 09:00 - 15:00 |
| Tuesday | 09:00 - 15:00 |
| Wednesday | 09:00 - 15:00 |
| Thursday | 09:00 - 15:00 |
| Friday | 09:00 - 15:00 |