Riyaziyyatda boşluqları böyümədən bağlayırıq! 📐
Yuxarı siniflərdə riyaziyyatdan çətinlik çəkməyin əsas səbəbi aşağı siniflərdə yaranan kiçik boşluqlardır. Bu boşluqlar zamanla böyük bir problemə çevrilir.
Biz bunun qarşısını indidən alırıq. Kursumuzda hansı fəndən hazırlaşmasından asılı olmayaraq, hər bir şagird üçün xüsusi Riyaziyyat Dəstək Proqramı tətbiq edirik:
Həftədə 5 gün, 5 saat riyaziyyat müəllimimiz oxu zalında şagirdləri gözləyir.
Şagirdlər öz proqramlarından əlavə, başa düşmədikləri, çətinlik çəkdikləri bütün sualları müəllimlə birbaşa aydınlaşdırır.
Akademik uğurun təməlini vaxtında və möhkəm quraq. 💼✨
📍Ətraflı məlumat üçün şərhə ➕
yazın
Əlaqə:
📞 +994 50 856 36 69
📍 Nərimanov m/st, Aşıq Molla Cümə 138
Step Up
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Step Up, School, 32 Aşıq Molla Cümə, Bakı 1969, Baku.
"O vaxt sadəcə sevinirdik, amma heç ağlımıza da gəlməzdi ki, bu uğur bizi Avropa Olimpiadasına qədər aparacaq..."
Videodakı bu səmimi sözlər aylar, bəlkə də illər sürən gərgin zəhmətin ən gözəl xülasəsidir. XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2026) ölkəmizi Fransanın Bordo şəhərində təmsil edən qızlarımız Vətənə 3 bürünc medalla dönüblər!
Bizim üçün isə bu sevinc ikiqatdır. Çünki medalçılarımızdan Ləman və Gülayın beynəlxalq arenalara gedən yolu məhz 8-ci sinifdə kursumuza qoşularaq qazandıqları ilk RFO (Respublika Fənn Olimpiadaları) medalı ilə başlamışdı. Bu gün isə onlar dünyanın ən güclü riyaziyyatçı qızları ilə rəqabət aparıb, ölkəmizin adını zirvələrə yazdırdılar.
✨ Gülay Əlizadə – Fizika, riyaziyyat və informatika təmayüllü lisey
✨ Zeynəb Umudlu – Fizika, riyaziyyat və informatika təmayüllü lisey
✨ Ləman Nəbiyeva – 236 nömrəli tam orta məktəb
Sizinlə fəxr edirik!
01/06/2026
26/05/2026
Birlikdə olmağın, sevgi və ruzini bölüşməyin ən gözəl vəsiləsi olan Qurban Bayramınız mübarək! 🤍
25/05/2026
Övladınızın riyazi təfəkkürünə və ya texnoloji bacarıqlarına güvənirsiniz? Onun bu potensialını Respublika Fənn Olimpiadalarında (RFO) rəsmi uğura çevirmək sizin əlinizdədir!
StepUp Tədris Mərkəzində Riyaziyyat və İnformatika üzrə olimpiada hazırlıqlarına ERKƏN QEYDİYYAT elan edirik.
Niyə erkən qeydiyyat?
Çünki olimpiada sualları dərin məntiq və xüsusi metodika tələb edir. Bu proqramı tam mənimsəmək və rəqiblərdən daha çox praktika etmək üçün vaxt ən böyük üstünlükdür.
⏳ Gecikmədən qeydiyyatdan keçin, qalibiyyət şansını artırın!
📍Ətraflı məlumat üçün şərhə ➕
yazın
Əlaqə:
📞 +994 50 856 36 69
📍 Nərimanov m/st, Aşıq Molla Cümə 138
19/05/2026
Azərbaycan gəncliyinin intellektual zəfəri! 🧠🇦🇿
Respublika Fənn Olimpiadalarında (RFO) illərdir davamlı olaraq uğur qazanan, Riyaziyyat fənni üzrə 2026-cı ilin medalçıları olan bu parlaq gənclərlə qürur duyuruq! 🥈🥇🥉
Zamanında yollarımızın kəsişdiyi, potensiallarına və zəhmətlərinə yaxından bələd olduğumuz bu şagirdlərin hər bir uğuru bizim üçün doğmadır.
Bu gənclərin təməlindən bu gününə qədər onların inkişafında, olimpiada ruhunun aşılanmasında əməyi keçən, fərqli illərdə onlara bələdçilik edən bütün dəyərli müəllimləri və fədakar valideynləri ürəkdən təbrik edirik! 🙌
Uğurunuz daimi olsun, gələcəyin dahiləri!
07/05/2026
Medal qazanmaq təsadüf deyil, düzgün zamanlamadır! 🥇
Olimpiada hazırlığında ən böyük rəqib suallar deyil, vaxtdır. İki il ard-arda şagirdimiz olaraq medal qazanan tələbəmiz Emin Ağayev vaxtında qoyulan düzgün təməlin gücünün nümunəsidir.
Sən də gələn ilin nəticələrini indidən sığortalamaq və yerli olimpiadalarda medal qazanan 38 şagirdimizdən biri olmaq istəyirsənsə, Erkən Qeydiyyat fürsətindən yararlan. Proqramı tələsmədən, dərindən öyrən və medala gedən yolu indidən cız.
✅ Hazırlığa vaxtında başla, zirvəni hədəflə!
📩 Məlumat üçün bizə yazın.
Əlaqə:
📞 +994 50 856 36 69
📍 Nərimanov m/st, Aşıq Molla Cümə 138
22/04/2026
Kiçik bir addım, böyük bir ümid deməkdir. ✨
25 Aprel günü baş tutacaq yarmarkamızda hər birimiz bir ürəyə toxuna bilərik. Hər bir alış-verişiniz bir təbəssümə vəsilə olacaq. ✨
Yarmarkada əl işləri, ləzzətli təamlar və rəngarəng sürprizlər sizi gözləyir.
Gəlin, birlikdə daha gözəl gələcək quraq! 🤝✨
Məkan: EduDistance ( Aşıq Molla Cümə 138 )
20/04/2026
Yarımfinal həyəcanı başlayır! Bəs sən hazırsan? 🔍
Respublika Fənn Müsabiqələrində (RFM) təsadüfi uğur yoxdur, düzgün hazırlıq var!
Bu qeyd kitabının effektivliyinin ən böyük sübutu elə nəticələrimizdir: Cəmi bir kitabla hazırlıq görən tələbəmiz imtahanda 100% nəticə göstərmişdir! 🔥
İndi isə növbə sənindir! Elvin Yunusov tərəfindən 7-ci sinif şagirdləri üçün xüsusi hazırlanmış bu vəsaitlə zirvəni hədəfləyə bilərsən.
👉 Sən də gələcək qaliblər arasında yer almaq istəyirsənsə, StepUp ailəsinə qatıl! 🚀
Əlaqə:
📞 +994 50 856 36 69
📍 Nərimanov m/st, Aşıq Molla Cümə 138
17/04/2026
Qızlarımız XV Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO 2026) 3 bürünc medalla qayıdıblar. 🥉🥉🥉🥳
Fransanın Bordo şəhərində keçirilən olimpiadada aşağıdakı şagirdlərimiz uğur qazanıblar:
✨ Gülay Əlizadə – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey
✨ Zeynəb Umudlu – Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey
✨ Ləman Nəbiyeva – Bakı şəhəri 236 nömrəli tam orta məktəb
Biz isə ikiqat sevinc içərisindəyik, Ləman və Gülay ilk dəfə kursumuza qoşularaq 8 ci sinifdə RFO medalçısı olmuşdu və bununla da Beynəlxalq olimpiadalar üçün yolu açılmışdı.
Riyaziyyatçı qızlarımızı təbrik edir, uğurlar arzulayırıq!
Olimpia
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Baku
AZE1110