Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb

  • Home
  • Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb

Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb .

Fəaliyyətlərimizi və müəllimlərimizə təşəkkür mesajlarımızı öz səhifələrində işıqlandıran bütün media nümayəndələrinə və...
19/06/2026

Fəaliyyətlərimizi və müəllimlərimizə təşəkkür mesajlarımızı öz səhifələrində işıqlandıran bütün media nümayəndələrinə və sosial media istifadəçilərinə təşəkkür edirəm. Dəstəyiniz bu gözəl təşəbbüsün daha çox insana çatmasına xidmət edir.🙏🏻🙏🏻🙏🏻

📌 https://editor.az/144-nomreli-tam-orta-mekteb-xeyirxahliq-festivali-na-qosuldu/

📌 https://demokrat.az/az/news/283208/144-nomreli-tam-orta-mekteb-xeyirxahliq-festivalina-qosuldu-fotolar

📌 https://www.tiktok.com/?_r=1&_t=ZS-97KgJ6jo3BU

📌 https://azxeber.com/az/144-nmreli-tam-orta-mekteb-xeyirxahliq-festivalina-qosuldu-fotolar/sosial/

📌 https://www.manset.az/cemiyyet/172800/144-nomreli-tam-orta-mekteb-xeyirxahliq-festivalina-qosuldu-fotolar

📌 https://bizim.media/az/cemiyyet/616845/144-nomreli-tam-orta-mekteb-ldquoxeyirxahliq-festivalirdquona-qosuldu-foto/https://bizim.media/az/cemiyyet/616845/144-nomreli-tam-orta-mekteb-ldquoxeyirxahliq-festivalirdquona-qosuldu-foto/

📌 https://qaynarinfo.az/az/144-noemreli-tam-orta-mekteb-xeyirxahliq-festivali-na-qosuldu-fotolar

Təhsil yalnız biliklərin ötürülməsi deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinin formalaşdırılması prosesidir. Məhz bu baxı

144 nömrəli tam orta məktəb olaraq müəllim əməyinə verilən dəyəri hər zaman yüksək qiymətləndirir, onların cəmiyyətimizi...
19/06/2026

144 nömrəli tam orta məktəb olaraq müəllim əməyinə verilən dəyəri hər zaman yüksək qiymətləndirir, onların cəmiyyətimizin inkişafındakı əvəzsiz rolunu xüsusi önəm veririk. Bu məqsədlə məktəbimiz “Xeyirxahlıq Festivalı” təşəbbüsünə qoşularaq müəllimlərimizə təşəkkür və minnətdarlığımızı ifadə edən müxtəlif fəaliyyətlər həyata keçirib.

Festival çərçivəsində təşkil olunan tədbirlər müəllimlərimizin zəhmətinə verilən dəyərin, onlara olan hörmət və ehtiramın ifadəsi olub. Məktəb kollektivinin iştirakı ilə reallaşdırılan bu təşəbbüs həmrəylik, xeyirxahlıq və minnətdarlıq kimi dəyərlərin təbliğinə xidmət edib.

Çünki müəllimə təşəkkür etmək heç vaxt gec deyil…

@

Təmayül tədris modeli ilə bağlı maarifləndirici görüşlər davam edirBakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına...
19/06/2026

Təmayül tədris modeli ilə bağlı maarifləndirici görüşlər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına uyğun olaraq yeni yaradılan təmayül tədris modelinin tətbiqi ilə əlaqədar maarifləndirici görüşlər keçirilib. Bu çərçivədə 157 və 246 nömrəli məktəblərin müəllim və valideyn kollektivləri ilə görüş təşkil olunub.

Görüşlər zamanı təmayül tədris modelinin mahiyyəti, məqsədləri, şagirdlərin fərdi maraq və bacarıqlarının inkişafına verdiyi töhfələr, eləcə də modelin təhsil prosesinə gətirəcəyi yeniliklər barədə ətraflı məlumat verilib.

Həm müəllimləri, həm də valideynləri maraqlandıran və narahat edən məsələlər dinlənilib, səsləndirilən suallar cavablandırılıb, iştirakçılara ətraflı izahatlar təqdim olunub. Görüşlər qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində keçərək layihə ilə bağlı daha dolğun məlumatlandırmanın təmin olunmasına xidmət edib.

Maarifləndirici görüşlərin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.















Uğurlar paylaşılmaq üçündür! 🌟144 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif sahələrdə əldə etdikləri uğurlarla məktə...
19/06/2026

Uğurlar paylaşılmaq üçündür! 🌟

144 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif sahələrdə əldə etdikləri uğurlarla məktəbimizin adını yüksəltməyə davam edirlər.

Şagirdimiz Duyğu riyaziyyat olimpiadasında qızıl medal, Eldar isə gümüş medal qazanaraq yüksək bilik və bacarıqlarını nümayiş etdiriblər. İsmayıl şahmat üzrə növbəti uğuruna imza ataraq kuboku məktəbimizə gətirib. Xüsusilə sevindirici haldır ki, o, şahmata məktəbimizdə fəaliyyət göstərən dərnəkdə hazırlaşıb və bu, cari tədris ilində qazandığı ikinci böyük nailiyyətdir. İslam da iştirak etdiyi olimpiadada yüksək nəticə göstərərək qaliblər sırasında yer alıb.

Şagirdlərimizin qazandıqları hər bir uğur məktəbimizin inkişafına verilən töhfə, müəllimlərimizin əməyi və valideynlərin dəstəyinin nəticəsidir. Onların əldə etdiyi nailiyyətlər bütün məktəb kollektivinin qürur mənbəyidir.

Bütün şagirdlərimizi səmimi qəlbdən təbrik edir, onlara gələcək təhsil və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Uğurlarınız daim bol olsun! 👏🏆📚









Bir məktəbi bina deyil, insanlar məktəb edir…144 nömrəli məktəbin bu gün sahib olduğu dəyərlər, ənənələr və isti mühit i...
19/06/2026

Bir məktəbi bina deyil, insanlar məktəb edir…

144 nömrəli məktəbin bu gün sahib olduğu dəyərlər, ənənələr və isti mühit illərin zəhməti ilə formalaşıb. Bu dəyərlərin təməlində isə ömrünü təhsilə həsr etmiş, məktəbin hər uğuruna öz əməyini qatmış müəllimlər dayanır.

Rus dili müəllimimiz Zərnaz müəllim də həmin dəyərli insanlardan biridir. O, 30 ildən artıq bir müddətdə məktəbimizin ayrılmaz parçası olub, minlərlə şagirdin həyatına toxunub, yüzlərlə ailənin hörmət və sevgisini qazanıb. Təkcə fənnini tədris etməyib, həm də insanlıq, məsuliyyət və məktəbə bağlılıq nümunəsi göstərib.

Bu gün biz Zərnaz müəllimin 65 illik yubileyini qeyd etmək və onu yaxınlaşan təqaüd həyatı münasibətilə təbrik etmək üçün bir araya gəldik. Bu görüş sadəcə bir təbrik deyil, illərin əməyinə, sədaqətinə və məktəbimizə bəxş etdiyi dəyərlərə olan hörmətimizin ifadəsi idi.

144 nömrəli məktəbin gücü məhz belə insanlarda, belə müəllimlərdədir. Çünki məktəbləri yaşadan divarlar deyil, onların ruhunu formalaşdıran müəllimlərdir.

Hörmətli Zərnaz müəllim, məktəbimizə verdiyiniz illərə, yetişdirdiyiniz nəsillərə və yaratdığınız gözəl xatirələrə görə Sizə sonsuz təşəkkür edirik. Siz həmişə 144 ailəsinin ən dəyərli üzvlərindən biri olaraq qalacaqsınız.

Doğum gününüz mübarək olsun! Yeni həyat mərhələniz Sizə sağlamlıq, rahatlıq və xoş günlər gətirsin. 🌹❤️📚

15/06/2026
















Bir zəng çalındı, minlərlə xatirə oyandı… | 144 nömrəli məktəbdə Son ZəngBu gün 144 nömrəli tam orta məktəbdə növbəti bi...
13/06/2026

Bir zəng çalındı, minlərlə xatirə oyandı… | 144 nömrəli məktəbdə Son Zəng

Bu gün 144 nömrəli tam orta məktəbdə növbəti bir “Son zəng” çalındı. Amma bu, sadəcə bir tədris ilinin sonu deyildi. Bu gün məktəbimizin divarları arasında illərlə formalaşan ənənələrin, müəllim-şagird sevgisinin, həmkar hörmətinin və insanlıq dəyərlərinin ən gözəl təzahürünü gördük.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı, Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi. Xüsusi qürur hissi ilə məktəbimizin məzunu, Vətən müharibəsi şəhidi Muradın bacılarını tədbirimizdə qarşıladıq. Onların iştirakı hər birimiz üçün həm qürur, həm də məsuliyyət hissi yaratdı.

Bu günün ən təsirli məqamlarından biri isə məzunlarımızın öz müəllimlərinə göstərdikləri sonsuz sevgi və ehtiram oldu. Şagirdlərimizin xüsusi istəyi ilə illərini təhsilə həsr etmiş, artıq təqaüdə çıxmış müəllimlərimiz də tədbirə dəvət olunmuşdular. Onların məktəbə qayıdışı, şagirdləri ilə görüşü, kövrək baxışlar və səmimi qucaqlaşmalar hər kəsin qəlbinə toxundu.

Bu gün bir daha gördük ki, məktəb yalnız dərs keçilən bina deyil. Məktəb insanların bir-birinə sevgisinin, hörmətinin, etibarının və xatirələrinin yaşadığı böyük bir ailədir.

144 nömrəli məktəbdə bu gün son zəng çalındı. Lakin bu zəng ayrılığın deyil, müəllim zəhmətinə minnətdarlığın, məktəbə bağlılığın və gələcəyə inamın səsi kimi yadda qaldı.

Əziz məzunlarımız, yolunuz açıq, gələcəyiniz işıqlı olsun! Siz harada olursunuzsa olun, bu məktəbin bir parçası olaraq qalacaqsınız.

🏅 ŞAGİRDLƏRİMİZİN BEYNƏLXALQ UĞURU 🏅144 nömrəli tam orta məktəbin şagirdləri beynəlxalq bilik yarışlarında yüksək nəticə...
11/06/2026

🏅 ŞAGİRDLƏRİMİZİN BEYNƏLXALQ UĞURU 🏅

144 nömrəli tam orta məktəbin şagirdləri beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edərək məktəbimizin adını uğurla təmsil ediblər.

VI B sinif şagirdi Cavadov Zahid Global Olympiad Center (GOC) tərəfindən təşkil olunan Beynəlxalq Brainiacs İngilis dili olimpiadasında gümüş medal qazanaraq Malayziyada keçiriləcək final mərhələsinə vəsiqə əldə edib.

VI B sinif şagirdi Quliyev Yəhya Nemət oğlu isə beynəlxalq riyaziyyat müsabiqəsində bürünc medal qazanaraq Kanadanın Toronto şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Şagirdlərimizi qazandıqları nailiyyət münasibətilə ürəkdən təbrik edir, final mərhələsində onlara yeni-yeni uğurlar arzulayırıq. Onların əldə etdiyi nəticələr məktəbimizin təhsil sahəsində qazandığı uğurların bariz nümunəsidir.

👏 Uğurlarınız davamlı olsun!

144 nömrəli tam orta məktəbdə “Ayın İdman Növü” layihəsi çərçivəsində atletika yarışı keçirilib.Şagirdlərin fiziki hazır...
08/06/2026

144 nömrəli tam orta məktəbdə “Ayın İdman Növü” layihəsi çərçivəsində atletika yarışı keçirilib.

Şagirdlərin fiziki hazırlığının artırılması, sağlam həyat tərzinin təbliği və idmana marağın daha da gücləndirilməsi məqsədilə məktəbdə “Ayın İdman Növü” layihəsinə həsr olunmuş atletika yarışı təşkil olunub. Yarış zamanı şagirdlər atletika növləri üzrə öz bacarıqlarını nümayiş etdirərək sağlam rəqabət mühitində mübarizə aparıblar.

Tədbirin sonunda fərqlənən iştirakçılar təbrik olunub, bütün şagirdlərə gələcək yarışlarda uğurlar arzulanıb.

04/06/2026

Address


1111

Telephone

+994125684656

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share