13/03/2024
“SQL ilə data analitikası” təliminə qeydiyyat başladı.
📌 Təlim haqqında məlumat:
● Təlimçi: Aydın Firdouzov
● Təlimin müddəti: 4 həftə (16 saat)
● Təlimin keçirilmə forması: Onlayn
● Təlimin keçirildiyi dil: Azərbaycan dili
🎓 Təlim proqramı kimin üçün nəzərdə tutulub?
Bu təlim proqramı SQL və data analitikası sahəsində bacarıqlarını artırmaq və praktiki təcrübə qazanmaq istəyən hər kəs üçün ideal bir seçimdir.
📚 Təlimdə nə öyrənəcəksiniz?
● SQL haqqında ilkin anlayışlar
● Oracle SQL ilə ilkin funksiyalar
● Oracle SQL ilə Aggregate funksiyaları
● Oracle SQL ilə Group funksiyaları
● Oracle SQL ilə Join-lər
● Oracle SQL ilə Set operatoru, SubQuery-lər
● Oracle SQL ilə Window funksiyaları
● Oracle SQL ilə DDL və DML funksiyaları
📖 Təlim metodikası:
Təlim proqramı interaktiv metodikalara və təcrübəyə əsaslanan bir təhsil modelini təqdim edir. Bu metodika iştirakçıların təlimi daha effektiv şəkildə başa vurmağını və əldə etdikləri bacarıqları müvafiq sahələrdə tətbiq etməklə təmin edir.
İştirakçılara hər modul üzrə “case study”-lər təşkil olunacaq və öyrəndiklərini praktikada tətbiq etmək üçün müvafiq tapşırıqlar təqdim olunacaq. Bu “case study”-lər və tapşırıqlar öyrəndikləri nəzəriyyəni daha dərin şəkildə anlamağa xidmət edir. İştirakçılara təlim müddəti ərzində mentorluq və “feedback” sessiyaları da təklif olunacaq. Bu, öyrənmə təcrübəsinin fərdiləşdirilməsi və şəxsi inkişaf üçün əlavə dəstək təmin edəcək.
Dərslər “Google Meet” üzərindən, təlimin ümumi tədrisi isə “Google Classroom” platforması üzərindən təşkil olunacaq. Bu platformada müəllimin təqdimatları, dərslərin video qeydləri və təlim materialları ilə asanlıqla tanış ola biləcəksiniz.
Elə indi, təlim haqqında ətraflı məlumat almaq üçün şərhə “➕” qoymağınız kifayətdir.