25/10/2024
13 Sentyabr 2024-cü ildə İDDO Psixi Sağlamlıq Proqramı çərçivəsində Eksperimental Psixoloji Laboratoriya heyəti Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının direktor və professor heyəti ilə rəsmi görüşdə oldu.
Görüş zamanı psixologiya sahəsində olan boşluqlar, tədqiqatın olmaması, vahid sistemin olmaması, sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin qeyri-peşəkarlığı, klinik protokol üzrə işləməmələri və lisenziyasız fəaliyyətləri kimi problemlər müzakirə olundu. Günümüzdə özəl mərkəzlərin pərakəndə fəaliyyəti, əsassız qoyulan diaqnozların millətimizin gələcəyinə təsiri, vahid bir sistemin olmaması məsələləri gündəmə gətirildi və həlli yolları üçün təkliflər olundu. Kaferda müdiri Səxavət xanım Əliyeva, professor heyəti Elnarə Şəfiyeva, Rəna xanım, kafedra müəllimləri İmdad Bayramov və Kəmalə xanım da bu problemlərə öz fikirlərini bildirdilər.
Psixologiya elminə və bu vasitə ilə də cəmiyyətimizin inkişafına, sağlam genofondumuzun formalaşmasına birbaşa zərər verən bu proseslərin aradan qaldırılması, vahid bir sistemin formalaşdırılması məqsədilə qərarlar alındı və İDDO Psixi Sağlamlıq Proqramı Bakı Dövlət Universitetində psixologiya tələbələrini maarifləndirməyə, psixoloqların praktiki fəaliyyətində əməl etməli olduqları qanunları, vahid sistem üzrə işləmə biliklərini onlara aşılamağa başlayacaqdır.
İDDO Psixi Sağlamlıq Proqramı əməkdaşları Bakı Dövlət Universiteti psixologiya tələbərini maarifləndirəcək. Proqram onlara izah olunacaqdır. Eyni zamanda, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının professor heyəti ,Psixologiya sahəsi üzrə tərtib olunan standartların tətbiqinə nəzarət, bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin işinə nəzarət edəcək Texniki Komitəyə üzv oldular.
Yaradılan Texniki Komitə və standartlar sayəsində sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin fərdi və özbaşına fəaliyyəti aradan qaldırılacaq.
Bu şərəfli yolun sonu işıqdır!