22/11/2025
COHUB55 AzETA (İngilis dili Müəllimləri Birliyi) üzvlərinə Azərbaycanda ingilis dili müəllimlərinin peşəkar inkişafı üçün proqramlar təşkil etmək, şəxsi inkişafları üçün mentorluq və kouçinq dəstəyi vermək üçün tərəfdaşlıq imzalamışdır.
İl boyu təşkil ediləcək xüsusi endirimlərlə beynəlxalq proqramlarda iştirak etmək, peşəkar kouçinq və mentorluq dəstəyi almaq istəyən ingilis dili müəllimləri AzETA üzvlüyünə qatıla bilərlər.
AzETA 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən ilk İngilis Dili Müəllimləri Birliyidir. Birlik yalnız Bakıda deyil bölgələrdə də fəaliyyət göstərir.
Üzvlər üçün təşkil edəcəyimiz görüşdə sizi maraqlandıran suallara cavab tapacaq, inkişafınız üçün ehtiyaclarınızı dinləyəcək və bu istiqamətdə sizlərə dəstək olacayıq.
Görüş beynəlxalq CPD akkreditasiyası, Böyük Britaniya akkreditasiyalı 120 saatlıq TESOL/TEFL kursu, müəllimlərin şəxsi və peşəkar inkişafı üzrə mentorluq və kouçinq barədə olacaq.
Tarix: 20 noyabr
Saat: 20:00
Müddət: 60 dəqiqə
Məkan: Onlayn, Zoom
Spiker: Vüsalə Abdulla, təsisçi, TESOL təlimçi və peşəkar ekspert kouç
Spiker: Günel Mehdiyeva, ICF peşəkar kouçu, təlimçi və gender ekspert Gunel Mehdiyeva
Görüşdə iştirak ödənişsizdir. İştirak yalnız AzETA üzvləri üçündür!
Birliyə üzv olmaq üçün müraciət edərək ətraflı məlumat ala bilərsiniz.