Unec_Dizayn_məktəbi

Unec_Dizayn_məktəbi Azərbaycan Dövlət İqtisad Universiteti,
Unec Dizayn məktəbinin rəsmi facebook səhifəsi
//Qaynar Xətt//

24/12/2025

🇦🇿 Doğum gününüz mübarək, Cənab Prezident!

08/12/2025

Tələbələrimiz “Məhsulların bədii tərtibatı” fənni çərçivəsində yaradıcı praktiki işlər üzərində çalışıblar:

🎨 798 və 792 qruplarının tələbələri – vitraj texnikasında kompozisiyaların işlənməsi
🪞 794 qrupunun tələbələri – güzgü çərçivəsinin bədii tərtibatı

Tələbələr həm texniki bacarıqlarını inkişaf etdirib, həm də öz yaradıcılıqlarını tətbiq edərək fərqli və maraqlı işlər ortaya çıxarıblar.

Əməyi keçən bütün tələbələrimizi təbrik edir və uğurlar arzulayırıq! ✨
Müəllim: İlahə İsayeva

Bu gün 787 və 755 qrupları ilə birlikdə Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarət baş tutdu. 🎨Tələbələr muzeyin sərgi ...
08/12/2025

Bu gün 787 və 755 qrupları ilə birlikdə Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarət baş tutdu. 🎨

Tələbələr muzeyin sərgi zallarını gəzərək müxtəlif dövrlərə aid sənət nümunələri ilə tanış oldular, müəllimlərdən ətraflı məlumat aldılar və praktik biliklərini artırdılar.

Müəllim: Lidiya Safronova

21/11/2025

50×70 ölçülü kətan üzərində xromatik rənglərin ifadə gücündən istifadə edərək, müxtəlif janrların üslub xüsusiyyətlərini əks etdirən kompozisiya işi tamamlandı.
Yağlı və ya akril boya texnikasının imkanları ilə yaradılan bu iş, rənglərin harmoniyasını və fərdi yanaşmanı ön plana çıxarır. ✨

🎨 4-cü kurs, QR 788 — Portfolio fənni
👩‍🏫 Müəllim: dos. Elfanə Qasımova

08/11/2025

Bu gün Zəfər Gününün 5-ci ildönümüdür!
Beş il öncə torpaq danışdı, susqun dağlar dilləndi, yaralı yurd dirildi. Beş il öncə tarix səssiz dayanıb bizi dinlədi. Beş il öncə Ali Baş Komandan İlham Əliyevin səsi ilə Azərbaycan iradə, xalqın qəlbi ilə qüvvət tapdı. Şəhidlərimizin qanı ilə Zəfər yazıldı, onların ruhu ilə boylandı bayrağımız göylərə.
Allah bütün Şəhidlərə rəhmət eləsin.
Allah bütün qazilərə şəfa versin.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz və əbədi təşəkkürlər!
Qoy bu torpaqda zəfərin səsi əbədi səslənsin!
Zəfərimiz mübarək!

“Dizaynın Aktual Problemləri” jurnalımız!
06/11/2025

“Dizaynın Aktual Problemləri” jurnalımız!

🎨 Dizayn tarixi (741) və Parçaların bədii tərtibatı (787) fənləri üzrə tələbələrimizin Azərbaycan Xalça Muzeyinə maarifl...
05/11/2025

🎨 Dizayn tarixi (741) və Parçaların bədii tərtibatı (787) fənləri üzrə tələbələrimizin Azərbaycan Xalça Muzeyinə maarifləndirici səfəri baş tutdu.

Tələbələr muzeydə xalça sənətinin tarixi, ornamentlərin mənası və milli naxışların dizaynda tətbiqi ilə yaxından tanış oldular.
Bu ziyarət həm nəzəri biliklərin praktik mühitdə möhkəmləndirilməsi, həm də milli dəyərlərimizin dizaynda əks olunması baxımından olduqca faydalı keçdi.

📍 Azərbaycan Xalça Muzeyi
Müəllim: Safronova Lidiya
📸 Səfərdən rəngarəng anlar 👇

01/11/2025

734 qrup tələbələri “Rəngkarlıq 1” fənnində müəllimlə birgə rəng, ton və kompozisiya üzərində işləyərək yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər .

Address

M. Muxtarov Küç. 194
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Unec_Dizayn_məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Unec_Dizayn_məktəbi:

Shortcuts

Share