12/08/2020
12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.
Günümüz mübarək əziz gənclər!
01/06/2020
Salam qəlbi hələdə uşaqlıq üçün döyünən şəxslər!
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
30/05/2020
Salam,Əziz tələbələr!
Bu gün Mirzə Əlğkbər Sabirin doğum günüdür.
Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olmuşdu. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir.
XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.
Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi.
Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.
1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdır.
Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.
Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı.
29/05/2020
Salam Əziz tələbələr!
28.05.2020, saat 19: 00-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Məktəbəqədər təhsil fakültəsi və Kitab Klubun birgə təşkilatçılığı ilə,wp da online olaraq "Oxu,düşün və tap" adlı layihə keçirilmişdir.Layihə iki hissədən(müzakirə,sual cavab) hissədən ibarət olmuşdur.İlk olaraq İsmayıl Şıxlının həyat və yaradıcılığı,eyni zamanda "Dəli Kür" romanı müzakirə edilmiş,sonda sual cavab hissə baş tutmuşdur.Sual cavab hissədə ilk 3 yerə çıxan şəxslərə
I yer- Fakültə:Sabah qrupları
Tələbə:Lalə Ələkbərova
Il yer-Fakültə:İbtidai təhsil
Tələbə:Mətanət Əliyeva
III yer- Fakültə: Sabah qrupları
Tələbə:Kişiyeva Günay
İlk iki yer diplomla,III yerə çıxan tələbə təşəkkürnamə ilə təltif edilmişdir.
Layihəmizdə qalib olan tələbələri təbrik edirik və gələcək həyatlarında uğurlar arzu edirik.
28/05/2020
28 May Respublika günüdür!
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 102 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
27/05/2020
Əziz tələbələr!
26.05.2020, saat 16: 00-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İbtidai təhsil fakültəsi və Kitab Klubun birgə təşkilatçılığı ilə "Jest və bədən dili" təlimi baş tutmuşdur.Təlim Nuranə Abıyevanın təqdimatı ilə zoom mobil tətbiqində təşkil edilmişdir.Təlim zamanı Nuranə xanım 5 illik təcrübəsini izləyənlərlə bölüşmüş, jest dili ilə bağlı olan sualları cavablandırmışdır.
Sonda isə təlim iştirakçılarının jest dilinə olan marağını yüksək qiymətləndirmiş, jest dilini öyrənmək istəyən gənclərə öz məsləhətlərini vermişdir.
-ya dəvətimizi qəbul edib gəldiyi üçün təşəkkür edirik, növbəti təlimlərdə yenədə bizlərlə olmasını arzulayırıq
24/05/2020
Xoş ətirli Ramazan Bayramınız mübarək olsun😇
23/05/2020
Salam, əziz tələbələr!
Bu karantin günlərində siz kitabsevərləri unutmadıq. ADPU TGT Məktəbəqədər təhsil fakültəsi və ADPU TGT Kitab Klubun birgə təşkilatçılığı ilə *Oxu, düşün və tap* layihəsi ilə qarışınızdayıq. Sizlərlə kiçik bədii səyahətə çıxacağıq. İstiqamətimiz Göytəpə kəndi!🤩 Hansı əsəri oxuyacaqsınız? Artıq adı məlumdur, amma bir ipucu daha-Cahandar ağa! Bəli, bəli! Ismayıl Şıxlının möhtəşəm romanı "Dəli Kür"
Tənqidçilər deyirki, bu əsər ədəbiyyatdakı "itirilmiş vaxtı" çox gözəl sonlandırıb. Elə isə siz də vaxt itirmədən layihəmizə qoşulun. Şərtlərimiz çox sadədir:
▪︎Sizə təqdim olunan kitabı oxuyub, yazıçı və əsər haqda düşünürsünüz😉
▪︎Daha sonra *Microsoft teams* proqramında hazırlamış olduğumuz müxtəlif sualları sizlərə ünvanlayırıq.
▪︎Suallara düzgün cavab verən iki iştirakçımız diplomla təltif olunacaq.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScLett77CHuzQIarVANYoxZlNb2bAW3o5NKfo8d5wipLXNXvA/viewform?usp=sf_link
⏳Tarix: 28.05.2020
🕖Zaman:19:00
📌Məkan:Microsoft Teams
*Əlavə məlumat üçün:
Hüseynova Əsmər(ADPU TGT Kitab Klub sədr müavini)- 055 302 16 99
Zamanova Nərmin(Məktəbəqədər təhsil fakültəsi sədr müavini)- 070 658 02 11
22/05/2020
Salam əziz və dəyərli gənclərimiz🙋🏻♂️🙋🏻♀️
Jest dili və bədən dili nədir düşünürsən? 🤔 Jest və bədən dilini yaxşı öyrənmək istəyirsən?👍🏻
O zaman ADPU TGT İbtidai təhsil fakültəsi və Kitab Klubun birgə təşkil etdiyi möhtəşəm "Jest dili və bədən dili" təlimi tam sizlikdir😍
Jest dili-danışma və eşitmə əngəlli şəxslərin öz aralarında və ya fiziki baxımdan normal ünsiyyət qurmaq üçün əl hərəkətləri və üz mimikalarından yararlanaraq bir-birilərini anladıqları, anlatdıqları dildir.✊🏻
Bədən dili - qeyri-şifahi ünsiyyət formasıdır. Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Həm insanlar, həm də heyvanlar rabitənin bu formasından istifadə edir😊
Təlim 26 may saat 16:00 da təlimçi Nuranə Abıyeva və Orxan Şahbaz tərəfindən zoom proqramı vasitəsilə online şəkildə keçiriləcəkdir.
Sizdə bu təlimdən yararlanmaq üçün bizə qoşula bilərsiz😌
Təlimə qoşulmaq və məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiz ⤵️
Şəms Cəfərzadə(İbtidai təhsil fakültəsi mətbuat katibi)-0708795537
Akşin Abbaszadə (Kitab Klub Sədri)-0559855331
təlimi uğurla başa çatdıran şəxslər sertifikatla təmin olunacaq🗂️
19/05/2020
Əziz tələbələr!
17.05.2020, saat 16: 00-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Tarix və coğrafiya fakultəsi və Kitab Klubun birgə təşkilatçılığı ilə yazıçı,qiraətçi İlqar Fəhmi ilə onlayn görüş baş tutdu. Görüş zoom tətbiqi vasitəsilə keçirilmişdir. Görüş zamanında tələbələrin qiraətçilik istedadları aşkar olundu,İlqar bəy və tələbələr şeirlər səsləndirdi.Şeirlər dinlədikdən sonra İlqar bəyə suallar verildi və suallar cavablandırıldı.
Sonda isə tələbələrimizə şəxsi həyatlarında və təhsillərində uğurlar arzuladı.
18/05/2020
Əziz Tələbələr!
Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsinin ildönümüdür.
"Report" xatırladır ki, Laçının işğalından 28 il ötür.
1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.
Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.
15/05/2020
Əziz tələbələr!
15.05.2020, saat 18:00-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Filologiya fakültəsi və Kitab Klubun birgə təşkilatçılığı ilə psixoloq, yazıçı Rövşən Abdullaoğlu ilə onlayn görüş baş tutdu. Görüş və .kitabklub İnstagram səhifələrində təşkil edilmişdir. Görüşdə Rövşən bəy özünə inamsızlığın yaranma səbəbləri, özünəinamı artırmağın yolları haqqında söhbətlər etdi .
Sonda isə tələbələrimizə şəxsi həyatlarında və təhsillərində uğurlar arzuladı📚