30/04/2026
Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyi münasibətilə 2026-cı ilin 9-11 aprel tarixlərində Bakıda "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfrans, silsilə tədbirlər keçirilmişdir. Mərkəzin fəaliyyətində fərqlənən əməkdaşların və uzun illər səmərəli əməkdaşlıq adən ekspertlərin təltif edilməsi mərasimi keçirilmişdir.
Təltif edilənlər sırasında məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Rzayeva Təranə Əli qızı da vardır. 2004-cü ildən etibarən TQDK, 2016-cı ildən isə DİM-lə sıx və çoxşaxəli əməkdaşlıq edən T. Rzayeva fənn seminarlarında fəallığı, qiymətləndirmə materiallarının - test tapşırıqlarının tərtibi və ekspertizasındakı peşəkarlığı, dərsliklərin monitorinqindəki obyektivliyi, qapalı şəraitdəki (bunker) məhsuldar işi ilə təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində DİM-in 10 illik yubileyi münasibətilə Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif edilmişdir.
Təranə müəlliməni kollektiv adından təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.