16/04/2026
Backend dünyasında rəqəmlər danışır! 💻📈
Azərbaycanda hazırkı bazar tələblərinə əsasən, Middle səviyyədə Backend developerin aylıq maaşı 1500+ AZN-dən başlayır. Əlbəttə ki, bilik səviyyən və seçdiyin proqramlaşdırma dili artdıqca bu rəqəm daha da yüksəlir! 🚀💸
Sən də bu gəlirli sahəyə addım atmağa hazırsan? Gəl, gələcəyini birlikdə quraq! 🦉✨
19/03/2026
🌱 Baharın gəlişi ilə birlikdə təbiət yenilənir, ümidlər cücərir və yeni başlanğıclar üçün qapılar açılır.
🍀 Bu bayram sizə bol ruzi-bərəkət, sağlamlıq və sevinc gətirsin.
🌼 Hər yeni gün sizə yeni imkanlar və uğurlar bəxş etsin.
✨ SEPTEM Academy sizə xoşbəxt, uğurlu və inkişaf dolu bir il arzulayır!
🤝 Bayramınız mübarək, əziz dostlar!
🌸🔥🌿🍀
18/03/2026
📊 SEPTEM Tech və Septem Academy dəstəyi ilə Bakı Ali Neft Məktəbinin Riyaziyyat Klubu ilə birlikdə təşkil etdikləri Pi Gününə həsr olunmuş tədbir müvəfəqiyyətlə başa çatdı!
Riyaziyyat və texnologiya arasında əlaqəni təşviq edən belə tədbirlər gənclərin texnologiya sahəsinə marağının artırılması və gələcək mühəndislərin formalaşması baxımından böyük əhəmiyyət daşıyır.
📌 Tədbirdə π (Pi) haqqında maraqlı məlumatlar, onun proqramlaşdırmada oynadığı rolu və riyaziyyatın əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verildi.
🥇 “Riyaziyyatda Yaradıcılıq və Beyin Döyüşü” yarışmasında ilk 3 yeri tutan komandaların üzvləri maraqlı hədiyyələr və sertifikatlarla mükafatlandırıldı. O cümlədən, Septem təqaüd proqramına üzvlük kartları təqdim olundu. Təqaüd üzrə üzvlük sahibləri Septem Academy tərəfindən təşkil olunan istənilən təlimlərinə 50% güzəşt əldə edir.
📌Əlavə olaraq, BANM bütün tələbələrinə Septem Təqaüd Proqramı çərçivəsində Septem Academy nin təlimlərinə 20% endirimin təqdim olunması elan olundu.
✨ Ən maraqlısı isə "Bəxtini sına" oyunu zamanı qalib gələn 1 tələbəyə Septem Tech şirkətində təcrübə proqramında iştirak etmək imkanı əldə etdi.
✨Tədbirin yüksək təşkilatçılığına görə BANM Riyaziyyat klubuna, xüsusilə də koordinator Gülüş xanıma dərin təşəkkürümüzü bildiririk!
✨Gənc istedadların inkişafını dəstəkləmək və texnologiya ekosisteminin güclənməsinə töhfə vermək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz bu istiqamətdə vizyonumuza uyğun olaraq müxtəlif layihələri davamlı şəkildə dəstəkləməyə davam edirik.
✨ Bu cür maraqlı tədbirdə iştirak edən bütün tələbələrə və qaliblərə bol-bol uğurlar və yeni nailiyyətlər arzu edirik. Rəqəmsal gələcəyimizi birlikdə quraq!
Növbəti tədbirlərdə görüşmək ümidi ilə!
🎓🧠📊
13/03/2026
Pi Günü yaxınlaşır!
✨️ Hörmətli BANM tələbələri
📢 Pi Günü münasibətilə BANM Riyaziyyat Klubu təşkilatçılığı ilə keçirilən “Riyaziyyatda Yaradıcılıq və Beyin Döyüşü” tədbirində Septem Academy və SEPTEM Tech tərəfdaş olaraq iştirak etməkdən məmnunluq duyur.
🚀 Tədbir çərçivəsində *Septem Academy-nin direktoru Əli Kərimzadə akademiyanın fəaliyyət istiqamətləri, gənclər üçün təqdim etdiyi təhsil imkanları və karyera inkişafı proqramları haqqında təqdimatla çıxış edəcək.
🏆 Tədbirin ən maraqlı hissələrindən biri isə mükafatlandırma mərasimi olacaq. İlk 3 qalib komandanın üzvləri tərəfdaş şirkətlər SEPTEM Tech və Septem Academy tərəfindən təqdim olunan qiymətli hədiyyələr və sertifikatlarla təltif olunacaqlar.
Gələcəyin mühəndisləri ilə görüşməyi və maraqlı müzakirələr aparmağı səbirsizliklə gözləyirik.
12/03/2026
🔥 Gələcəyin Product Owner-i olmaq istəyirsən? İndi şansını qaçırma!
Academy olaraq təşkil etdiyimiz Product Owner təliminə qəbul başladı!
🔥🔥 Üstəlik, SEPTEM Təqaüd Proqramı çərçivəsində Mərkəzimizə yaxınlaşaraq imtahandan yüksək nəticə göstərən tələbələrimizə 50% təqaüd imkanı təqdim ediləcək .
Tam keyfiyyətli və real nəticə verən təhsil almaq artıq çox rahat və sərfəlidir. 🚀
💥 Bu proqram sənə nə qazandıracaq?
✔ Real layihələr üzərində praktiki təcrübə
✔ Sənaye təcrübəli mentorlarla birbaşa iş
✔ CV-ni gücləndirəcək portfoliolar
✔ İş bazarına hazır bacarıqlar
✔ Güclü professional network
⏳ Yerlər məhduddur. Təqaüd fürsətindən yararlananların arasında olmaq istəyirsənsə, indi müraciət et!
Daha ətraflı
📩 +994 99 771 41 77
📍 Hacı Murad 1/1, Badamar Plaza
🌐 https://septem.academy