23/10/2023
# 3 nömrəli tam orta məktəbdə tədbirimiz baş tutdu
Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. 2 aylıq layihə çərçivəsində əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində 4 tam orta məktəbdə tədbirlər keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Bu məqsədlə, təşkilat Bakı şəhərində yerləşən ümumtəhsil müəssələrində şagirdlər arasında müvafiq mövzuda tədbirlər keçirmək niyyətindədir (01 sentyabr-31 oktyabr 2023).
Təşkilat tərəfindən Vətən müharibəsinə dair, 44 günlük qələbəyə həsr olunmuş təlimlərlə yanaşı “Zəfərə gedən yol”, adlı kitab və “Zəfərdən – Böyük qayıdışa!” buklet də hazırlanmışdır.
Təşkilatın ilk tədbiri oktyabrın 6-da Maştağa qəsəbəsində yerləşən 22 saylı tam orta məktəbdə, ikinci tədbiri oktyabr ayının 14-də Maştağa qəsəbəsində yerləşən 187 saylı tam orta məktəbdə və üçüncü tədbiri oktyabrın 20-də 3 saylı tam orta məktəbdə oldu. 44 günlük zəfər tariximizə həsr olunmuş tədbir məktəbin akt şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə davam etdi. Sonra isə tədbiri çıxış sözü ilə açan məktəbin direktoru müavini Yaqut xanım tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Tədbiri davam edən təşkilatın sədri Araz Şamilov qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Sonda məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiyalarda məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər.
Tədbirin sonunda çıxış edən AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Asya Əhmədova, AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, Tarix İntitutunun alimləri t.ü.f.d. Kamran İsmayılov və t.ü.f.d. Alı Balayev şagirdləri hər zaman Vətənimizi sevməyə, şəhidlərimizi unutmamağa çağırdı. Tədbirin sonunda təşkilatın sədri A. Şamilov tədbirdə iştirak edən bütün aktiv şagirdlərə diplom və hədiyyələr verdi.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. Təşkilat gələcəkdə Azərbaycanın digər rayonlarında da bu istiqamətdə işlər aparmaq niyyətindədir.