Əzim Əzimzade adina kollec

Əzim Əzimzade adina kollec Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır.

Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan sat

irik qrafikasının əsasını qoymuşdur.

Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, şarlatanlar onun satirik qələminin hədəfində olurdular. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.

Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.

Əzim Əzimzadə həm də Azərbaycanda ilk rəssamlıq məktəbinin banisi kimi tanınır. 1932-ci ildə o, indinin özünə qədər də fəaliyyət göstərən rəssamlıq məktəbini açır və ona rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycanın xalq rəssamı adına ilk dəfə Əzim Əzimzadə layiq görülüb.

Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Yaşadığı evdə rəssamın ev muzeyi açılmışdır.

29/05/2016
Diqqət!Səhfənin idarəçiyə(adminə) ehtiyacı var. Xüsusi tələblər yoxdur,  səhvə mövzusuna aid gündəlik  paylaşımlar etmək...
13/04/2016

Diqqət!

Səhfənin idarəçiyə(adminə) ehtiyacı var.
Xüsusi tələblər yoxdur, səhvə mövzusuna aid gündəlik paylaşımlar etmək lazım olacaq.
Yaradıcı tələbələr, rəssam və ya heykəltaraş, paylaşmaq instinkti olan istifadəçilər mesaj bölümünə yaza bilər.

22/02/2012

Ressamlar yalanla gerceyin üstünü acirlar, siyasetcilerse ise onu gizledirler.
V for Vendetta(film)

22/02/2012

Бог - такой же художник, как другие художники.

Arxiv)
27/11/2011

Arxiv)

6 otaqdan ibaret muzey
26/05/2011

6 otaqdan ibaret muzey

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Əzim Əzimzade adina kollec posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share